XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 May 2016 - 12:31

Rusiyanın TAP narahatlığı:"Avropa Azərbaycanın köməyi ilə Rusiya qazından imtina edə bilməz"

tap-tanap-1

Discussio.ru, 18.05.2016

 

Avropa Komissiyasında (AK) Azərbaycan qazını Cənubi Avropaya tədarük edəsi TAP qaz kəmərinin çəkiləcəyi günü “tarixi gün” adlandırırlar. AK nəzərdə tutur ki, bu qayda ilə yanacaq qaynaqları şaxələndirilir. Əslində isə, layihə Avropanın ikili standartlarının növbəti illüstrasiyasıdır: Avropa bürokratları Rusiyanın oxşar layihələrinə tamam başqa yanaşma tətbiq edirlər.

Yunanıstanda Transadriatik qaz kəmərinin inşasının rəsmi açılışı oldu – layihə Azərbaycan qazının Yunanıstan ərazisindən Avropaya tədarükünü nəzərdə tutur. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç kəmərin inşa gününün başlanmasını “tarixi” adlandırdı. Onun sözlərinə görə, layihənin gerçəkləşdirilməsinin böyük önəmi var, çünki qaz kəməri Avropanın böyük energetik təhlükəsizliyini ifadə edir.

AK vitse-prezidenti deyib: “Biz gözləyirik ki, 2020-ci ildə Xəzər bölgəsindən Avropaya qaz tədarükü daxil ola bilər. Lakin “Cənub qaz dəhlizi” genişləndirilə və hər il əzəldən planlaşdırılan 10 milyard kubmetr qazı nəql edə bilər. Biz gələcəkdə Xəzərdən, həmçinin  Mərkəzi Asiyadan, Türkmənistan kimi ölkələrdən daha çox qaz ala bilərik”.

Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya TAP-dan gəlir götürəcək. Lakin Yunanıstan hamıdan çox udacaq: kəmərin ümumən 880 km uzunluğundan 540 km-i onun ərazisindən keçəcək. Ölkənin baş naziri Aleksis Sipras əbəs yerə bildirməyib ki, TAP qaz kəməri onun ölkəsi üçün yeni eranı ifadə edir. Yunanıstan təkcə Xəzərin qaz ehtiyatlarına çıxış əldə etmir, bu boru sayəsində bölgənin energetik qovşağına çevrilir. Sipras bu kəmərə görə ölkəyə 1,5 milyarad avro yatırım gözləyir. Bu, böhranda olan Yunanıstan üçün çox böyük puldur. Bu,  Yunanıstan sənayesinə mənfəət gətirəcək, çünki ölkə şirkətləri inşaata cəlb olunacaq. Nəhayət, 8 min nəfər bu inşaat sayəsində iş yeri əldə edəcək.

Bu layihəyə Yunanıstan-Bolqarıstan interkollektorunun birinci fazasını artıq inşa etmiş Bolqarıstan da sevinir. Bolqarıstan energetika naziri Temenjuka Petkova bildirib: “Bolqarıstan hökumətinin prioritetlərindən biri təbii qaz tədarükünün qaynaq və marşrutlarının şaxələndirilməyidir. Yunanıstanla interkonnekterin inşasının Bolqarıstan üçün prioritet əhəmiyyəti var”.

“Yunanıstan-Bolqarıstan” interkonnekterinin texniki gücü ildə 3-5 milyard kubmetr qaz təşkil etməliydi. Lakin indi bunu 10 milyard kubmetri çatdırmaq imkanından danışmağa başlayıblar. Plan üzrə, qaz bəndi 2018-ci ildə kommersiya istismarına verilməlidir.

Albaniya da öz xeyrini əldə edəcək. O, indiyədək Avropanın enerji şəbəkələrindən təcrid edilmişdi, lakin TAP-ın sayəsində bölgənin enerji şəbəkəsinə qoşula bilər. Hələ bunu demirik ki, ölkə layihənin digər iştirakçıları kimi birbaşa xarici yatırım qismində, təxminən, bir milyard avro, əlavə iş yerləri və vergi köçürmələri qazana bilər. Və əlbəttə, Albaniya Qərbi Balkanın enerji təchizatı şəbəkəsinə qaz tədarük edə bilər.

Lakin Şefçoviç nə qədər lovğalansa da, Avropa bu kəmərin və Azərbaycanın köməyi ilə Rusiya qazından imtina edə bilməz.

Bu başdan qeyd edək ki, Azərbaycan qazının  İtaliyanın cənubuna girişi ilbəil geri gedir. Əvvəlcə söhbət 2018-ci ildən gedirdi, indi isə 2019-cu ildən danışırlar. Fakt üzrə hər şey daha bir neçə il uzana bilər. Çünki Şahdəniz yatağının (TAP-ın ehtiyat bazası) ikinci növbəsinin işlənməsi çox da rəvan getmir. BP-Azerbaijan-da bildiriblər ki, layihənin gerçəkləşdirilməsi üzrə işlər 2016-cı il martın 1-ə 66% icra edilib. Milli energetik təhlükəsizlik Fondunun rəhbəri Konstantin Simonov qiymətləndirir: “Orada müddət üzrə böyük geriləmə baş verir və görünür, layihə artıq 2020-ci ildən o yana keçir. Düşünürəm ki, ümumi iqtisadi durum nəzərə alınmaqla Azərbaycan qazı Avropaya real olaraq 2022-ci ildə daxil olacaq”.

Nəhayət, söhbət, 80%-i İtaliyaya çatacaq 10 milyarad kubmetr Azərbaycan qazının TAP üzrə tədarükündən gedir. Halbuki Avropanın şərqinə – Yunanıstan və Bolqarıstana cəmi 2 milyard kubmetr qaz gələcək. Həm də əzəldən qaz kəmərinin AB üçün məğzi qaz tədarükünün şaxələndirilməsindən ibarət idi. Lakin burada söhbət hansı şaxələndirmədən gedə bilər? Bolqarıstan və Yunanıstandan fərqli olaraq İtaliya bazarı onsuz da şaxələndirilib. İtaliyalılar xeyli sayda qaynaqdan – Əlcəzair, Qətər, Norveç, Hollandiya, Liviya və nəhayət, Rusiyadan  təbii qaz alırlar. İtaliya qazın üçdə birini Əlcəzairdən, tam 40%-ni (25 milyard kubmetr) Rusiyadan alır.

Buna görə də demək olmaz ki, İtaliya 4-5 ildən sonra Azərbaycandan ildə 8 milyard kubmetr qaz alarkən bir o qədər də "Qazprom"dan almağı tərgidəcək. Hətta Azərbaycan qazı "Qazprom"unkundan ucuz olacaqsa da (ki, şübhəli məsələdir). İtaliyanın qiymətcə adətən Rusiya qazından daha baha Qətər və Əlcəzairin STQ-dan (STQ – sıxılmış təbii qaz-tərc.) imtina etmək sərfəli olacaq. Ona görə də "Qazprom" Azərbaycanın gəlişi ilə İtaliya bazarında payını itirməyə bilər. Hər şey qiymət siyasətindən asılıdır. Nəhayət, 2015-ci ilin yekunlarına görə, Rusiya Avropaya, demək olar, 160 milyard kubmetr qaz tədarük edib. Buna görə də 10 milyard kubmetr Azərbaycan qazı nə "Qazprom"un mövqelərinə, nə də bütünlükdə Avropa bazarındakı tərtibə təsir edə bilər.

TAP üzrə qaz tədarükünü 10 milyard kubmetrdən 20-ə qaldırmaq haqda Şefçoviçin fərəhli açıqlamaları xülyadan artıq bir şey deyil, çünki ehtiyat bazasının imkanları ilə möhkəmlənmir. Azərbaycan daha artıq verə bilməz və Türkmənistanda, İraqda və yaxud daha haradasa hələ yeni yataqların tapılması və işlənməyi lazımdır. Hazırda əlavə yanacaq həcmini asanlıqla təmin edə biləcək yeganə qurum "Qazprom"dur.  

 

Amerika izi

 

Buraxılış mərasimində təkcə Avropa Birliyinin deyil, həm də Yunanıstan, Türkiyə, İtaliya və Bolqarıstandan yüksəkçinli məmurlar iştirak edirdilər. Bu layihəyə sanki heç bir kommersiya münasibəti olmayan ABŞ-sız da ötüşülmədi. ABŞ Dövlət Departamentinin özəl təmsilçsi Amos Hokşteyn gəlmişdi. Həmin Hoksteyn ki, cəmi bir neçə həftə əvvəl Rusiya borusu xüsusunda AB-nin beynini yuyurdu: "ABŞ istəmir ki, AB ölkələri “Şimal axını-2” layihəsinə pul qoysun". Amma, budur, Avropanın güneyində Rusiya kəmərlərinə rəqib layihə bəyənildi. Buna görə də bütün çalarlara baxmayaraq, onu inşa edirlər. Məsələn, AB-nin Üçüncü enerji zərfinin normalarını pozmaq faktı. Bu cür arqument “Cənub dəhlizi”nin bağlanması üçün yetərlidir. Söhbət TAP-dan düşəndə isə bütün bu pozuntular qeyri-prinsipial oldu.

Müqayisə üçün: "Qazprom" “Cənub axını”nda Avropa ərazisi üzrə quru hissəsinin yarısının səhmdarı idi, yəni qazın eyni zamanda həm hasilatçısı, həm də nəqlçisi idi ki, bu da Üçüncü enerji zərfinin normalarını formal olaraq pozur. TAP-da da yalnız bir az pərdələnmiş şəkildə eyni durumdur. TAP-ın formal səhmdarları və yatağını işləyən müxtəlif şirkətlərdir. Lakin diqqətlə yanaşılsa, aydın olur ki, belə deyil: yatağın işlənməsi ilə BP-Azerbaijan və Azərbaycanın dövlət şirkəti SOCAR-ın başçılığı ilə konsorsium məşğul olur. TAP layihəsinin ən böyük səhmdarları isə həmin BP və SOCAR-dır (boruda hər birinin  payı 20%-dir).

İkili standartın daha bir nümunəsi: Avropa Komissiyası Azərbaycanın SOCAR-ına TAP-ı tamamilə öz qazı ilə doldurmaq icazəsi verdi. Lakin Avropanın energetika normalarına görə, Avropa ərazisinə istənilən qaz tədarükçüsünün kəmərə rəqabətli çıxışı təmin edilməlidir. TAP kəməri ilə qanun çərçivəsində eynilə OPAL-la (“Şimal axını”nın Avropa  ərazisində davamı) davrandıqları kimi davranmalıydılar. "Qazprom"a OPAL-a borunun gücünün yalnız 50%-i qədər qaz vurmağa icazə verdilər. Borunun qalan hissəsini “Üçüncü energetika zərfinin tələb etdiyi kimi, hansısa başqa bir tədarükçüyə” saxladılar. Lakin Avropa Komissiyası Üçüncü energetika zərfindən istisna kimi qələmə verməklə TAP üçün bu problem həll etdi. "Qazprom" nə qədər xahiş etdisə, heç bir güzəşt əldə edə bilmədi.

Ən gülməlisi budur ki, "Qazprom"dan başqa OPAL üzrə qaz vurmaq istəyənlər yoxdur. Halbuki TAP üzrə qaz vurmaq istəyən gerçək minnətçilər çoxdur.

 

Tərcümə Strateq.az-ındır.                          

                                                      

            




Yuxarı Əvvələ Ana Səhifə