XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 09:16

Erməni analitik İqor Muradyan:“Ermənistan zaman keçdikcə bir dövlət kimi varlığını dayandıracaq” - Təhlil  

 muradyan-2

İqor Muradyan

Lragir.am (Ermənistan), 18.05.2016

 

Rusiya niyə Ermənistanla Azərbaycan araslında yeni müharibəyə təkan verdi? Əslində, ruslar strateji perspektivdə Cənubi Qafqaz üzərində nəzarəti gücləndirməyə cəhd etdilər. Ermənistan üzərində nəzarət total idi və vassala döndərilmişdi. Lakin Ermənistanda antirus əhvalı getdikcə güclənirdi. Bu, Rusiyanın Ermənistana münasibətdə uzunmüddətli və çoxsaylı nümunələrində möhkəmlənmişdi. Ruslar başa düşdülər ki, Ermənistan gec-tez Rusiyanın nəzarətindən çıxacaq və NATO ilə Avropa birliyinə inteqrasiya olunacaq.

Türkiyə ilə alyansda olan Azərbaycan Rusiyanın vassalı kimi nəzərdən keçirilə bilməz, lakin son zamanlar təcridə düşdüyündən Rusiyaya tabe ölkə olmaqdan başqa şansı qalmamışdı.

İstənilən halda Rusiyaya Cənubi Qafqazda nüfuzu gücləndirmək lazım idi. Ən yaxşı üsul Amerikadansa Rusiyanın daha çox vasitəçi ola biləcəyi müharibə idi.

Lakin bu müharibənin daha mühüm səbəbləri var idi. Rusiya Suriyada müharibəni uduzdu, lakin beynəlxalq danışıqların iştirakçısı ola bildi və Ukraynadakı münaqişə və sanksiyaların tətbiqindən sonra artıq bir neçə il arzusunda olduğu kimi, ABŞ və Qərbin digər ölkələri ilə eyni masa arxasında əyləşdi. İndiki halda Cənuibi Qafqaz Rusiya üçün hadisələr vasitəsilə diqqəti özünə cəlb etməyi bacardığı Suriyaya bənzər predmet oldu.

Ümumiyyətlə isə daha mühüm bir problem var idi – Qarabağ münaqişəsinə qarışmağa Türkiyənin legitim əsası olmaması üçün onun Azərbaycana təsirini zəiflətmək.

Rusiyanın xeyli sürən siyasəti sayəsində beynəlxalq təcridə düşmüş və texniki durumda daha az hazırlığı olan Ermənistan hər halda Rusiyanın vassalı roluna girib tələblərini qəbul etdi. Rusiya müəyyən qədər öz niyyətlərinə çatmağa nail oldu, lakin Almaniya Avropa siyasətində müəyyən məqsədləri ilə bağlı olaraq sanksiyaları ləğv etmək cəhdləri etsə də, Rusiya ABŞ-la eyni sırada durmağa nail olmadı.

Gərginliyin azaldılması və yaxud bölgəsəl təhlükəsizliyin hansısa daha adekvat sisteminin yaradılması xüsusən də kiçik dövlətlər üçün hədəf və yaxud həyat iksiri deyil. Əslində, “gərginliyin azaldılması” və təhlükəsizlik haqda bütün bu naqqalxanalar aşkar demaqogiyadır. Kiçik dövlətlər öz siyasi müstəqilliklərini istisnasız olaraq qüvvələr balansının saxlanması şəraitində və geopolitik mübarizədə qorumağa iqtidarlıdır. Çoxyönlü siyasətin yürüdülməyi də müəyyən dərəcədə siyasi blefdir, lakin xarici çağırışlara cavab və bu dövləti tamamilə vassallaşdırmağa cəhdlər oldu.

Ermənistanın faktiki bölünməsi haqda Türkiyə ilə Rusiya arasındakı 1921-ci il 16 mart tarixli müqavilə bu iki dövlətin bölgədə tamamilə hökmran olduğu dövrdə imzalandı.

Birincisi, istənilən Rusiya-Türkiyə alyansı həmişə davamsız şəkildə mövcud olub və ən sonda onların münasibətlərində növbəti hərbi və yaxud siyasi böhrana gətirib çıxarıb.

İkincisi, Türkiyə cəmiyyəti hələ də müəyyənləşməyib və artan nifaq bu və ya başqa formada Anadoluda türk dövlətinin “transformasiyasına" gətirib çıxardacaq.

Yeni geopolitik doktrinalar – yeni osmançılıq və yeni pantürkizm meydana çıxır. Türkiyəni genişlənmə doktrinaları bir qayda kimi “dalğa-dalğa” gəlir və gedir, lakin başqa biçimdə və cilddə mütləq dönür.  

Qeyd etmək lazımdır ki, bu alyans heç bir sabitliyə səbəb olmayacaq. ABŞ və tərəfdaşı Böyük Britaniyanın bölgəyə təsir üçün xeyli üsulları var. ABŞ və Böyük Britaniyanın Qara dənizdə plan və vəzifələri hətta detalları ilə yaxşı öyrənilib. Onların Qara dəniz-Qafqaz bölgəsində mümkün hərbi iştirakının məntiqi və formatı tamamilə aydındır. Əlbəttə, bu iştirak digər hövzədəkilərdən daha sadə, lakin qarşıdurmanın daha yüksək səviyyəyə keçirilməsi üçün yetərli olacaq.

Qara dəniz bölgəsində dövlətlərin – ABŞ-ın müttəfiqləri Bolqarıstan, Rumıniya, Ukrayna və Gürcüstanın bloku yaradılır. Bu mənada Türkiyə və Rusiya sıx əməkdaşlığa və çoxplanlı siyasi bazarlığa məhkumdur. Bazarlığın predmetləri o qədər çox və müxtəlif taxçalardadır ki, geniş manevr və siyasi resurslar kimi çıxış edən bu predmetlərin qarşılıqlı əvəzlənməsi imkanları var.

Əlbəttə, hər şey “ağ-qara” və yaxud “dostlar-düşmənlər” sxemi üzrə görünəcək: məsələn, Bolqarıstan Rusiya ilə sıx münasibətləri saxlayacaq, Odessa “azad şəhər” ola bilər, lakin qarşıdurmanın cizgiləri cızılıb.

Gürcüstan həmişə olduğu kimi perspektivdə də “qurbanlıq quzu” kimi  qalacaq.

Azərbaycan o qədər dar çərçivəyə sıxışdırılacaq ki, əslində, xarici münasibətlərdə neft və qaz satışı ilə kifayətlənəcək.

Ermənistan Rusiya-Türkiyə münasibətlərində mübadilə materialı rolu oynayaraq siyasi müstəqilliyini tam şəkildə itirəcək. Şübhə yoxdur ki, Ermənistan zaman keçdikcə bir dövlət kimi varlığını dayandıracaq.  

ABŞ-ın bölgədə ortamüddətli perspektivdə rolu haqda məsələ hələ də həll olunmayıb. Əsas neft ehtiyatları tükənəndən sonra ABŞ bölgəyə marağını itirəcək ki, bu da Qazaxıstanla Türkmənistanın Çinə geoiqtisadi yön alması nəticəsində sürətlənə bilər. İstənilən halda ABŞ-ın Qara dəniz bölgəsində hətta az-çox hərbi-siyasi iştirtakı halında da Avrasiyanın iç bölgələrinə təsir imkanı çətin olacaq. ABŞ-ın Avrasiya siyasəti artıq indidən əsassız şəkildə məsrəfli olmağa başlayıb ki, bu da Konqresdə və isteblişment dairələrində müzakirə olunmaya bilməz.

ABŞ və Böyük Britaniya Qara dəniz-Qafqaz bölgəsində “üçüncü qüvvə”  kimi həmişə əsaslı olacaq, lakin Türkiyə ilə Rusiya uyğun razılaşmalar əldə edə bilsə, müəyyənedici amildən uzaq olacaq.

Hələlik Türkiyənin Rusiyaya münasibətdə siyasəti dəyişikliksiz qalır və türklər Qara dənizin hərbləşdirilməsində iştirak edirlər. NATO Qara dənizə mümkün qədər çox mühüm hərbi poliqon statusu gətirməyə çalışır, Rusiyaya qarşı köklənmiş raket müdafiəsini çevrə üzrə qapamaq niyyətindədir.

İranın mövqeyindən anlamaq mümkün olduğu qədər, Tehranda bu prosesləri böyük əndişə ilə izləyir, həmişəki kimi gözləmə mövqeyinə üstünlük verirlər. Türkiyə ilə Rusiya arasında hətta kəsik-kəsik görünüşdə alyans İranın bu iki dövlətdən asılılığını şərtləndirir. İranı gələcəkdə bu bağlılıqda iştiraka dəvət edə bilərlər, lakin yalnız tabeçilik rolunda.

Rusiya Türkiyə və İranla münasibətlərdə tarazlaşmağa cəhd edir, lakin birgə qərarların qəbl edilməsində həlledici söz Türkiyə və Rusiyaya qalacaq.

Qeyd etmək lazımdır ki, son zamanlar Türkiyə ilə İran arasında yaranan münasibətlər bölgədəki gerçək siyasi duruma az şey gətirdi. Ola bilsin, bir qədər ziddiyyətlidir, lakin üfüqdə ABŞ-la İran arasında bəzi ümumi maraqlar aydın görünür. Rusiya tarixən həm Türkiyəyə, həm də İrana münasibətdə uduzub.

Hazırda Türkiyə bir qədər düşüncə və şübhələrdən sonra anladı ki, bu durumda Rusiya ilə qarşıdurmanı davam etdirmək daha yaxşıdır. İran Rusiyadan mümkün olan hər şey əldə etməyə, lakin ola bilsin, ondan daha uzaq durmağa çalışır.

Rusiya təkcə Qərb yönündə deyil, həm də strateji Cənubda və Çinlə Yaponiya ilə münasibətlərdə dalana dirənib. Hazırda Rusiya bütün səylərini işə salır ki, Cənubi Qafqazı əldə saxlasın, lakin bu bölgə Qara dəniz arenasının davamına çevrilib və getdikcə daha çox hərbləşdiriləcək, transatlantik münasibətləri daha aktual olacaq.

 

Tərcümə Strateq.az-ındır.