Prezident yeni komissiya yaratdı, nazirlərə vəzifə verildi
Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncamla “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi yenidən müəyyənləşib:
Komissiyanın sədri:
Elmar Məmmədyarov (Azərbaycan Respublikasının xarici işlər naziri).
Komissiya sədrinin müavinləri:
Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri:
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova – Azərbaycan Kitab Cəmiyyətinin sədri”.