XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 13:51

Məzhəb müharibələri üçün ABŞ ildə 3 milyard dollar xərcləyirmiş

ABŞ Müdafiə Nazirliyi İraq və Suriyada İŞİD-ə qarşı apardığı mübarizənin bir illik maliyyə hesabatını açıqladı. 2014-cü ildən bəri “Kökündən həll” adlanan əməliyyatlara çəkilən xərc 2 milyard 740 milyon dollardır.

Strateq.az xəbər verir ki, hesabata görə, ABŞ İŞİD-i yox etmək məqsədilə əsgəri hava əməliyyatları, müşahidə və hərbi texnikaların nəqli üçün hər gün 9 milyon 100 min dollarından keçir. Tək yüksək texnologiyalı F-22 təyyarələrinin bir saatlıq uçuşu 68 min dollara başa gəlir.

Əməliyyatda iştirak edən Amerika donanmasına indiyə qədər çəkilən xərc isə 438 milyon dollar civarındadır. Piyada qüvvələrinə də az pul getməyib. İraq əsgərlərinə verilən təlimlərin də daxil olduğu bu sahəyə 274 milyon dollar pul xərclənib. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama təkcə son həftə ərzsində 450 hərbi təlimçini İraqa göndərmək təlimatı vermişdi.

İraq və Suriyanın eyni məqsədlər üçün daha çox pul xərclədiyini və İŞİD-in hər gün yeni yerlər ələ keçirib xaraba qoyduğunu, yüzlərlə insanın öldürüldüyünü nəzərə alsaq, müharibənin Yaxın Şərqə nə qədər böyük zərbə vurduğunu anlamaq mümkündür. Təbii ki, bir də İŞİD-in mövcudluğu üçün Körfəz ölkələrinin xərclədiyi pullar da hesaba qatılsa, bu kapitalla islam coğrafiyasının sülh şəraitində nə qədər ciddi tərəqqiyə imza atacağını düşünə bilərik. Nə yazıq ki, dünya gücləri sülhə yox, müharibəyə pul ödəyirlər.

Heydər Oğuz

Strateq.az