XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 11:56

Erməni lobbisi Hillari Klintonu dəstəkləyəcək:Demokrat namizəd nəyə görə erməni icmasını qane edir?

Hillari-Klinton-16-4

 

ABŞ-dakı erməni diasporu prezident seçkilərində Demokrat partiyasının namizədi olan Hillari Klintonu dəstəkləyəcək.

Strateq.az bildirir ki, bu barədə “Forbes” jurnalının bugünkü sayında verilmiş məqalədə qeyd olunub. Jurnal seçki ərəfəsində ABŞ-da yaşayn etnik diasporanın mövqelərini təhlil edib.

Məqalədə qeyd olunur ki, ABŞ-da prezident marafonunun “superfinalına”  5 aydan az müddət qalıb. Praymeriz başa çatmasa da, favoritlər artıq məlumdur: respublikaçı Tramp və demokrat Hillari Klinton: “Seçkidə əsas faktorlardan biri də etno-lobbi komponentidir. Namizədlər ciddi elektoral və maliyyə resurslarına malik aparıcı etnik diasporanın dəstəyini qazanmağa cəhd edəcəklər. Əsas mübarizə cəbhəsi yəhudi, irland və erməni diasporaları uğrunda gedəcək. Bu etnik qruplar ABŞ-ın həlledici ştatlarında kompakt yaşamı və yüksək təşkilatçılığı ilə diqqəti cəlb edir”.

Jurnaldakı təhlildə vurğulanır ki, erməni diasporunun Demokrat partiyasının namizədini dəstəkləməsinin səbəbləri var. Diaspora hesab edir ki, ABŞ-da erməni icmasının formalaşmasında bu partiyanın böyük rolu olub. Erməni – Amerika təşkilatlarının Konqresdə və Ağ Evdə yüksək rütbəli demokratlarla həmişə sıx əlaqələri olub.  Demokrat prezident Vudro Vilsonun “Yaxın Şərq yardımı” qanunu ilə ermənilər böyük dəstək ala biliblər: “Yalnız 2012-ci ildə erməni diasporası Barak Obamanı dəstəkləməyəcəyini elan edib. Diaspora onu erməni soyqırımının tanınması ilə bağlı verdiyi sözü tutmamaqda günahlandırır. Obamanın bundan imtina etməsi erməni diasporunun demokratlara olan əminliyinə şübhə saldı”.

Məqalədə qeyd olunur ki, Hillari Klinton son 10 il ərzində erməni icmasının "soyqırım" haqqında qanun qəbul edilməsi ilə bağı səylərini dəstəkləyib. O, Senatda çoxsaylı erməniyönlü qətnamələrin sponsoru kimi çıxış edib: “Lakin dövlət katibi olduqdan sonra Klinton Konqresdə dinləmlər zamanı “soyqırım” sözünü işlətməkdən imtina edib. Buna baxmayaraq, Klinton Obamadan fərqli olaraq etimadı tam itirməyib. Görünür, Klinton soyqırım məsələsini Kaliforniyadakı noyabr seçkilərinə saxlayıb. Bu ştatda erməni lobbisi çox mütəşəkkildir və böyük siyasi çəkiyə malikdir. Trampla Klinton arasında seçim zamanı praqmatik erməni icması Klintona səs verəcək. ABŞ erməniləri başa düşür ki, o, erməni diasporası ilə böyük iş təcrübəsi olan yeganə namizəddir. Klinton Qarabağ münaqişəsinin incəliklərini bilir”.  

“Forbes”dakı təhlildə qeyd edilir ki, bununla yanaşı ABŞ-ın erməniəsilli nufuzlu siyasətçiləri – Kaliforniya qubernatoru Corc Dukmeciyan, konqresmenlər Stiv Derunyan Çarl Paşayan Respublikaçılar partiyasının üzvü olub. Erməni icmasının Respublikaçılarla da ciddi əlaqələri olub. Prezident Reyqan yeganə ABŞ prezidentidir ki, “soyqırım” terminin işlədib. Digər respublikaçı prezident – ata Corc Buşun dövründə erməni lobbisi Ermənistan və Qarabağa böyük həcmdə havayı yardımın ayrılmasına ail olublar: “Lakin buna baxmayaraq, Respublikaçıların bugünkü namizədlərinin erməni maraq qrupları ilə heç bir əlaqələri olmayıb. Bu isə erməni diasporu üçün Hillari Klintonu alternativsiz namizəd edir”.

Strateq.az