XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2015 - 20:09

Rusiyanın əzəmət və qüdrət ehtirası: Ruslar buna nəyi qurban veriblər? –TƏHLİL

putin avtomat.jpg

Nüfuzlu Karnegi Fondu Rusiyada daxili siyasi vəziyyəti və Moskvanın dünya liderliyi uğrunda apardığı siyasəti təhlil edən məqalə hazırlayıb.

Strateq.az Karnegi Fondunun Moskva Mərkəzinin həmin təhlilini oxucularına təqdim edir:

“Futbol üzrə dünya çempionatını Rusiyadan geri almaq istəyirlər. Təkcə geri almaq deyil, həmçinin onu ləkələmək, qaralamaq istəyirlər”. Prezident Putin FİFA-dakı rüşvət qalmaqalını məhz belə qəbul edib. Rusiya FİFA-a ilə bağlı Sürixdə baş verən hadisədə özünə qarşı bir deyil, iki təhlükəni gördü.

Onlardan biri fərdidi: “Ruslar və ərəblər, guya, afrikalılara və ingilislərə rüşvət veriblər, İsveçrə isə onları ABŞ-da mühakimə etmək üçün həbs edib”. Bu o deməkdir ki, bizim hər birimizi istənilən yerdə, istədikləri vaxt həbs etmək mümkünüdür. Nə isveçrə saatlarının, nə də banklarının arxasında gizlənmək olmayacaq.

Digəri isə ictimai təhlükədir: “Yenə bizim bayramımızı pozmaq istəyirlər”. Putin artıq bir neçə dəfə incik halda Soçi Olimpiadasının diskreditə edilməsini “koordinasiya olunan kampaniya” adlandırmışdı və bunun ABŞ tərəfindən edildiyini vurğulamışdı.

Yalnız Rusiya nəsə böyük, ümumdünya əhəmiyyətli, nəhəng mərasimləri bayram etmək istəyir.

Moskva bununla bütün dünyaya təşkil etdiyi nəhəng təntənəni nümayiş etdirməklə, özünün rəhbərlik etdiyi tədbirləri dünyaya təqdim etmək, insanlara göstərmək niyyəti güdür: bunun üçün heç bir ölkənin etmədiyi Olimpiada atəşfəşanlığına əl atır, dünyada heç kəsin etmədiyi “Avroviziya”nı keçirir, ingilisin, amerikalının, polyakın məəttəl qaldığı, dünyanın lap o başına qədər çatan çempionat keçirmək istəyir…

Putinin andiçmə mərasimi müxalifətin Bolotnaya meydanındakı çoxminli etiraz aksiyası ilə yadda qaldı. Əhvalı pozulmuş Putin andiçmə mərasimində yalnız bir prinsiplə hərəkət edirdi: “Siz ki mənim bayramımı belə korladınız, mən də sizin həyatınızı korlayacağam!”.

Ona isə rus triumfu kimi təqdim olunan Soçi Olimpiadası əvəzinə, dünyaya antirus bayramı olmuş Maydanı göstərdilər.

Bəziləri guman edir ki, Putin Krımı ələ keçirməklə spontan hərəkət etməyib.

Xaricdən baxdıqda, futbol çempionatını Moskvanın əlindən almaq ədalətli görünür. Amma məsələ heç də bu qədər sadə deyil. Bu çempionat bir sıra suallara cavab verəcək: Krımın yerində nə olacaq? Krımı nə əvəz edəcək?

Rusiyanın əzəməti barədə iddiaları nə ilə razı salmalı? 10 il əvvəl Rusiyaya digər ölkələrin qorxduğu, qüdrətli dövlət kimi hörmət qoyulduğuna əhalinin 47 faizi inanırdısa, indi bu, əhalinin 70 faizini təşkil edir. 2005-cü ildə bu, cəmi 30 faiz idi.

Qeyd etməliiyk ki, rus çarlığının hazırkı belə uzunmüddətli olmasında ölkədaxili ictimai rəy mühüm rol oynayıb. Bu ictimai rəy isə xalqla hakimiyyət arasında bağlanmış qeyri-rəsmi müqavilədir.

Sülh küçəsi

çoxları, yəqin ki, yeni “soyuq müharibə”nin əvvəlkindən öz qeyri-adi dərəcədə yüngüllüyü ilə seçildiyini sezə bilib. İndi Moskva “mühairbə” sözünü açıq-aşkar işlədir: “Müharibə lazımdır! Ana Vətən! Amerikoslar lap qudurublar! Hara gəldi soxulurlar! Bizə heç nə saxlamrlar. Bəlkə, elə birbaşa gücümüzü göstərməklə onları öz yerində oturdaq, Günəş altında yerimizi tutaq?!”.

Yerigəlmişkən, bir yunan solçu deputatın mötəbər məclislərin birində dediyi sağlıq kimi: “Qara qüvvələr 3-cü dünya müharibəsi hazırlayır, içək o sağlığa ki, yenə də qələbə Moskvada qeyd olunsun”.

Bu sağlığa içməyə kimsəni tapmağın mümkün olacağı hələ naməlumdur. Amma bu əhvalı bölüşmək üçün kimlərsə var. Sosioloqlar müəyyən ediblər ki, Rusiyada əhalinin yarısı Ukraynadakı müharibənin Qərblə müharibəyə çevriləcəyindən ehtiyatlanır, digər yarısı isə bundan qorxmur. Gənclərin 40 faizi bu müharibənin əleyhinədir, 3 faizi isə Rusiyanın Qərbə qalib gələcəyinə əmindir.

Daha maraqlı bir detal da ortadadır: Putinin Krım böhranının qızğın vaxtında dediyi “atom silahı döyüş hazırılığna gətirilib” sözləri rəyi soruşulanların 47 faizində qorxu yaratmayıb. “Qorxanlar azlıqdadır”, – deyə sosioloq şikayətlənib.

SSRİ minlərlə tank istehsal edə, SS-20 raketlərini özünün Avropa hissəsində yerləşdirə bilirdi. Amma Sovet İttifaqını idarə edən qocalar heç vaxt müharibə haqqında belə asanlıqla çərənləmzdilər. Sovet təbliğatçısı heç vaxt deməzdi ki, “Biz Amerikanı radiaktiv kül təpəsinə çevriə bilərik”. O deyərdi: “Dünyada o qədər nüvə silahı yığılıb ki, insanlıq Yer kürəsini radiaktov küllüyə çevirə bilər”.

Sovet məktəblisi siyasi informasiyalarda, ilk növbədə, bunu öyrənirdi – nüvə müharibəsində qalib yoxdur. Bayram konsertində isə yer kürəsini kövrək şüşə kimi göstərirdilər.

Məsələ təkcə sovet rəhbərliyinin məsuliyyətində deyildi. Doğrudur, bu məsuliyyət, həqiqətən, dünyada sülhün taleyini həll edirdi. Amma əsas məqam böyük müharibənin qoyduğu travmada idi – 1941-ci ildə Qərbdən SSRİ-yə hucum edilmişdi, onlar Moskvaya qədər gəlib çıxaraq Volqaya doğru xeyli irəliləmişdilər, 30 milyon insan qurban getmişdi. Böyük qurbanlardan sonra SSRİ rəhbərliyi sovet xalqına bunun bir daha təkrar olunmayacağını vəd etmişdi. Amma bunun üçün dözmək lazım gələcəkdi. Ola bilsin, nəsə çatmayacaq, hər şeyi əldə etmək çətin olacaq, amma daha heç kim sizin yaxınlarınızı və doğmalarınızı öldürməyəcək.

Müharibədən sonrakı dövrün ictimaiyyətiylə hakimiyyət arasında bağlanmış bu müqavilənin kökündə sülh dururdu: “Biz öz firavanlığımızı, azadlığımızı qurban verməyə hazırıq, təki müharibə olmasın”.

Başqa sözlə desək, sovet vətəndaşları öz azadlığını və yaxşı yaşamaq istəyini sülhlə dəyişməyə razılaşmışdı. Hətta Əfqanıstandakı lokal müharibə belə, bu müqavilənin ciddi pozulması idi. Məhz buna görə, əfqan müharibəsi SSRİ-nin çökməsində mühüm detal sayılır.

Mal-ərzaq sahəsində qıtlıq, defisit, fikir azadlığı sahəsində bütün çətinliklər qalırdı, amma doğma və yaxınların müharibədə həlak olanlarının cəsədləri gəlirdi. Hakimiyyət çətinlik və qeyr-azadlığı onun əsas mənasından məhrum etdi.

Bax, buradan qol çəkin

O vaxtdan etibarən, xalqla hakimiyyət arasında bu qeyri-rəsmi anlaşma bir neçə dəfə dəyişdi. SSRİ-nin dağıdılması hesabına Qərb həyat tərzində yaşamaq vədi müxtəlif səbəblərdən alınmadı. Əksinə, bu, xalq tərəfindən müqavilənin pozulması, böyük aldanış epoxası kimi qəbul edildi. Biz öz ölkəmiz
dən, onun əvvəlki formasından, sərhədlərindən imtina etdik ki, qərb həyat tərzini əldə edək, bu dünyanın bir hissəsi olaq. Bəs, hanı bunlar?!

Əgər “soyuq müharibə” zamanı sovet insanı ABŞ-a qarşı dururdusa, yenidənqurma zamanında bütün dünyadakı sülhün xətrinə onunla barışdı. İndi onun maddi problemlərindən savayı, böyük, qüdrətli ölkələrin bərabərlik hissi qalmışdı.

90-cı illərdə maddi çətinliklər qalsa da, bu bərabərlik hissini itirməyə başladı. Yeltsinin son, Putinin ilkin dövrlərinin xalqla müqaviləsi belə idi: Qoy kimsə bu 3-sü dünyaya xas olan çirkli, darıxdırıcı, axmaq, heç kimə lazım olmayan siyasəti götürüb, əvəzində bizə dünyanın böyük, birinci, təmiz və utandırıcı olmayan ölkəsini versin! Başqa sözlə desək – maddi rifah əvəzinə, azadlıq…

Bu müqavilənin böyük hissəsi yerinə yetirildi. Elə ilk plana gözlənilmədiyi halda, nəhənglik mövzusu çıxdı. Qüdrətli dövrün itirilməsi və onu tezliklə geri qaytarmaq arzusu hazırda rusların ən incə və gərgin yeridi.

Hazırda xalqla hakimiyyət arasında bağlanmış qeyri-rəsmi müqavilənin şərti belədir: sosial firavanlıq və azadlıq ideyası qüdrətli və böyük ölkə olmaq arzusu ilə dəyişdirlib. Nəhənglik, həmçinin özünə müharibə imkanını da daxil edib. Məhz buna görə, cəmiyyət belə militarist əhvaldadır. Buna görə, müharibə qorxusu Brejnev-Andropov dövründə olduğundan azdır.

Qüdrətli olmağa tələbatın haradan və niyə məhz indi yarandığı barədə nəsə demək çətindir. Ola bilsin ki, əvvəlki müqavilə sona qədər yerinə yetirilməyib: rus insanı yaxınlaşsa da, tamam-kamal qərb həyat tərzinə keçə bilmədi. İqtisadi artım ləngidi.

Bəlkə də işin bir səbəbi maddi tələbatdadır: ilkin maddi tələbatlar, pis-yaxşı, ödənilirdi və xalq daha yüksək missiya barədə düşünməli olub. Rus xalqı üçünsə bu, adi bir işdir: 70 il bəşəriyyətin avanqardı olasan və birdən heç nə… Darıxdırıcıdır. Amma axı o, xeyirxahlıq və nur mücəssəməsidir.

Bəlkə də azadlığı maddi rifahla dəyişməklə biz səhv etmişik. İndi bu, bizə əzab verir. Bəlkə də Qərbi müxtəlif terminlərlə ittiham etmək arzusu burdan doğur: “Onlar da orada, Amerikada qul rejimindədirlər -tolerantlığın, geylərin, rəngli dərilərin, korporasiyaların itaətindədirlər”.

Azadlığı qurban verməklə əldə etdikləri yaxşı rifahı digərlərinin hesabına kompensasiya etmək ehtirası doğub – “Bəli, biz daha yaxşı yaşamağa başlamışıq, amma bunun üçün hüquqlarımızı qurban verməyə razı olmuşuq. Amma siz pis yaşamırsınız, hələ üstəgəl bunu üçün heç nəyinizdən keçməmisiniz. Elə isə, zəhmət çəkin, rahatlığınızdan keçin”.

Qaqarin necə dözürdü?

Geridə qalmış ölkədə qüdrətli və nəhəng olmaq – hakimiyyət üçün çox əlverişli istəkdir. Xüsusi ilə bu istəyi təkzib ruhu ilə şişirdəndə… Bu zaman o, özünün imkanları ilə deyil, digərlərinin əməyinin inkar olunması postulatı üzərində formalaşır. Sənin hara gəldiyin mühüm deyil – əsas odur ki, digəri dolaşıb qalsın. Sənin inəyinin nə qədər süd verməsi vacib deyil, əsas odur ki, qonşunun inəyi yerli cins deyil və əvvəl-axır partlamaya düşəcək, şaxta vuracaq, kor olacaq, canavarlar yeyəcək…

Bu qüdrət və əzəmət nədədir? Qərbdə olduğu kimi yaşamamaqda. Hətta belə demək olar: “Necəyiksə, hər halda Qərbdə olduğu kimi deyil”. Əfqanıstanda taliblər əbada gəzir, torpaq daxmalarda yaşayır, suyu kəhrizdən gətririr, onunla yuyunur, dağ cığırları ilə gəzirlər. İŞİD ərazisində yaşayanlar musiqi dinləməyə belə cəsarət etmirlər, küçəyə çıxmırlar, hamı kimi geyinmirlər, hamı kimi baxmırlar… Bütün dünya onları görəndə, dəhşətə gəlir. Amma hər iki tərəf öz əzəmətlərinin qoyununda gəzirlər.

Rusiyada Qərb sanksiyalarının əks effekt verməsi üçün hər cür imkan var. Buradakı mərhumetmələr bu əzəmətin bir əlaməti kimi qəbul edilə bilər. Son 70-80 ildə biz nəsə əzəmətli, böyük bir iş görəndə, həmişə çox çətin yaşamışıq. Müharibədə qalib gəlmişik, ölkəni bərpa etmişik, kosmosu fəth etmişik, nəhəng zavodlar tikmişik, kolxoz qurmuşuq… Hamısında həyat çox çətin olub. Amma biz sadə istehlakçı olanda, nəsə istehsal edəndə, gətirəndə, alış-veriş üçün gedən zaman, bəyəm, biz mühüm iş görmürük? Kollektiv şüurun buludlarında nəhənglik və onun artıqlığı arasında əlaqə yoxa çıxır.

Nəhənglik iddiası təkcə hərbi baxımdan təhlükəli deyil. Həm də ona görə qorxuludur ki, onun həqiqiliyini yoxlamaq çox çətin olur. Deməli, həm də bu əzəmətə asanlıqla aldanmaq olar. Müasir dünyada bu, hər yedə baş verir. (Talibləri xatırladıq artıq). Rusiyanın da özünəməxsus təcrübəsi var: 70 il ərzində saqqallı almanın arxiv elmini təəccüblənmiş dünyaya təlim etdik. özümüz də bu rahat olmayan pozada yaşamağa cəhd göstərdik.

Daxili ixtiraların əsasında dünyada real qüdrət qurmaq mümkün deyil: vahid seksual oriyentasiya uğrunda mübairzə, Ukrayna faşizmi ilə vətən müharibəsi, öz sivilsizasiyanda bişməklə buna nail olmaq mümkün deyil. Dünya bunu anlamayacaq.

Hazırladı: Xaqani SƏFƏROĞLU