XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 18:51

Moskvadan Gürcüstana ağır zərbə:Cənubi Osetiya Rusiyaya birləşmək üçün müraciət etdi

osetiya

Gürcüstandan ayrılaraq özünü müstəqil elan etmiş separatçı Cənubi Osetiya Rusiya tərkibinə daxil olmaq qərarına gəlib.

Strateq.az "İnterfaks"a istinadla bildirir ki, Cənubi Osetiyanın Siyasi Şurası Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendum keçirilməsini təklif edib. Onlar bu təklifi prezident Leonid Tibilova təqdim ediblər.

Səsvermənin 2017-ci ildə keçirilməsi təklif edilir.

Tibilov bildirib ki, bu qərarı qəbul edir: “Biz xalqımızın əhav-ruhiyyəsini görürük və referendumun mexanizmləri barədə danışacağıq. Bununla bağlı müttəfiqimizlə məsləhətləşəcəyik”.

Eyni zamanda Rusiyaya birləşməklə bağlı müraciətin dəqiq prosedurunu hazırlamaq planlaşdırılır.

Xatırladaq ki, Cənubi Osetiya BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınıb. Yalnız 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua, daha sonra isə Venesuela tərəfindən müstəqil dövlət kimi tanınıb. Paytaxtı Sxinvali şəhəridir.

Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib.

Strateq.az