XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 May 2016 - 13:29

“Stratfor” Rusiya iqtisadiyyatını gözləyən təhlükələrdən yazdı:“Rusiyanı kimin islahatları dəyişəcək?"

put

 

Stratfor (ABŞ), 28.05.2016

Rusiya iqtisadiyyatı dağınıq durumdadır. Hökumət 2016-cı il büdcəsini artıq iki dəfə azaldıb, lakin Kreml bu ildə xərclərə nisbətdə hələ də qəti qərar qəbul etməyib. Hökumət üzvləri, güc təmsilçiləri və texnokratlar meydana çıxmış iqtisadi çətinliklərin bu və ya digər üsulla öhdəsindən gəlməyə cəhd edib uzunmüddətli böhrandan necə yayınmaq xüsusunda iki il ərzində səs-küylü mübahisələr aparırlar. Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı yaxın üç ilə fəaliyyət planı hazırlamaq üçün öz İqtisadi Şurasının rəyasət heyətini bərpa etdi. Bu heyət iki il müddətində yarımürgülü durumda idi.

O, əvvəlcə onlarla iqtisadçı, dövlət xadimi və iş adamından ibarət idi, lakin bu qrup son dərəcə böyük, tərkibcə rəngarəng idi və buna görə də Rusiyanın gələcək iqtisadi və maliyyə strategiyasına nisbətdə onun daxilində razılığa gəlmək nisbətən çətin olurdu. Rəyasət heyəti indiki tərkibində Rusiyanın üç əsas iqtisadi düşərgəsini təmsil edən cəmi altı nəfərə qədər azalıb.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Naibullina Rusiya iqtisadiyyatının hər hansı köklü islahatını və yaxud inkişaf üçün stimulları nəzərdə tutmayan daha mühafizəkar düşərgəyə başçılıq edir.

Keçmiş maliyyə naziri Aleksey Kudrin ikinci qrupa rəhbərlik edir. Çoxlarının daha çox gerçəkçi düşünən iqtisadçılardan biri saydığı Kudrin xərclərin ixtisarına görə o zamankı prezident Dmitri Medvedyevlə yaranmış fikir ayrılığına görə öz vəzifəsini tərk etdi. Kudrin, həmçinin baxışca ona yaxın maliyyə naziri Anton Siluanoviqtisadi inkişaf naziri Aleksey Ulyukayev kimi simalar təkcə iqtisadiyyatın deyil, Rusiyanın bütün sisteminin struktur islahatları uğrunda çıxış edirlər. Qrup üzvləri dövlətin iqtisadiyyatdakı rolunu azaltmağa çağırır ki, bu da Rusiyadakı mərkəzləşdirilmiş idarəçilik sistemi üçün yüksək dərəcədə şok təklifdir. Nazirliklər daha cəlbedici və strateji xeyli şirkətin özəlləşdirilməsi üzrə planların gerçəkləşdirilməsi ilə artıq məşğul olsa da, Kudrinin qrupu lap dərinə getmək və dövlət maliyyələşdirilməsini artırmağı, sosial, hüquqi islahatlar, həmçinin təhlükəsizlik sahəsində islahatlar təklif etmək niyyətindədir.

Kudrinin düşərgəsi öz baxışlarına görə rəyasət heyətinin "Stolıpin klubu" adı altında qəribə kollektivi təmsil edən üçüncü düşərgəsindən kəskin şəkildə fərqlənir. 1906-1911-ci illərdə Rusiya baş naziri vəzifəsini tutmuş Pyotr Stolıpinin şərəfinə adlandırılmış bu qrupa prezident müşaviri Sergey Qlazyov və “Vneşekonombank” sədrinin  müavini Andrey Klepaç rəhbərlik edirlər.

"Stolıpin klubu"nun üzvləri hesab edirlər ki, irimiqyaslı stimulların tətbiqi üçün hökumət xeyli pul çap etməlidir ki, bu da dövləti büdcə kəsirini artırmağa vadar edəcək. Klub üzvləri eyni zamanda Rusiyanın Qərblə maliyyə əlaqələrinin böyük hissəsini kəsmək, Rusiya banklarına xarici valyutanı işlətməyi və yaxud xarici kreditlər almağı qadağan etməklə nəticələncək radikal islahatlar uğrunda çıxış edir. Bundan başqa, onlar tələb edirlər ki, Rusiya firmaları qüvvədə olan və Qərbdən alınmış istiqrazlarla bağlı defolt elan etsin.

Bu klubun siyasəti şərəfinə adlandırıldığı adamla az ümumi cəhətlərə malik olsa da, bununla belə, Stolıpin Rusiyası Rusiyanın hazırda üzləşdiyi problemlərin çoxu sarıdan əziyyət çəkirdi. Stolıpin 1906-cı ildə ölkədə ciddi sabitsizliyə reaksiya verib Rusiya iqtisadiyyatında, həmçinin siyasi və sosial sistemlərdə silsilə radikal islahatlar apardı. O zaman Rusiyada demoqrafik durum dəyişirdi, çünki Rusiya kəndliləri şəhərlərə köçməyə başladı.  

Bundan başqa, slavyan və qeyri-slavyan əhali, həmçinin sərhədyanı ərazilərin sakinləri arasında gərginlik yarandı. Rusiya imperiyasının iqtisadiyyatı 1899-cu ildə Avropa sənayesinin və pul bazarlarının sıxılması üzündən xeyli zəiflədi. Rusiya aristokratlarının üçdə biri öz aktivlərini satıb bu qayda ilə aşağı sinifləri işsiz və yaxud idarə edə bilmədiyi hansısa mülkiyyətə qoydu. Bütün bu böhran hadisələri 1905-ci ildə öz zirvəsinə yetişdi. Etirazlar, üsyanlar və zorakılıq Rusiya imperiyası üçün səciyyəvi hadisələr oldu və bütün bunlar ölkədə 12 ildən sonra baş verəcək inqilabın ilk carçısı oldu. Sankt-Peterburqda bir milyona yaxın adam zadəgan nümayəndələrə qarşı etiraz etdi. Ölkəboyu təhsil müəssisələrində tətillər baş verdi, slavyanlar isə o vaxt yəhudilərə, polyaklara, litovlara və milli azlıqların digər təmsilçilərinə qarşı çıxış etdilər. Birləşmiş Ştatların o zaman Sankt-Peterburqda işləmiş konsulu qeyd edirdi ki, ölkədə “qətllər… qarətlər və hər cür cinayətlər baş verir”. Rusiya imperiyası baş vermiş iğtişaşlar nəticəsində çat verdi, lakin bununla belə, onun rəhbərləri o cümlədən parlament sisteminin tətbiqi sayəsində yalnız cüzi güzəştlər etdilər. Ancaq Stolıpin anlayırdı ki, sistem bütövlükdə yenidən düzəldilmə tələb edir. O, hesab edirdi ki, imperiya iqtisadiyyatının dövlətdən asılılığının azalması taca loyal yanaşası müstəqil işçilər sinfini formalaşdıracaq. Onun islahatları aqrar sektorda başlasa da, təhsil sisteminin, həmçinin məhkəmə və siyasi sistemin liberallaşdırılması üçün səylər göstərdi. Kudrin bir çox baxımdan məhz bunu etməyi təklif edir.  

Stolıpinin konsepsiyası Rusiya imperiyasını Qərbin daha irəli getmiş ölkələrinin statusuna yaxınlaşdırmağı bacaran iqtisadi inqilab kimi ruh yüksəkliyi ilə qarşılandı. Lakin Stolıpin islahatlarının keçirilməsi prosesi dayandırıldı, sonra isə I dünya savaşı və rus inqilabı nəticəsində yolundan çıxdı. Stolıpin islahatlarının nəyə – ölkə problemlərinin həllinə, yaxud ağırlaşmasına gətirib çıxarcağı xüsusunda bu gün yalnız fərziyyələr yürütmək olar.

İqtisadi Şuranın rəyasət heyətinin üç düşərgəsi bu gün oxşar çətinliklərlə üzləşir. Rusiya mövcud saysız-hesabsız problemlərə etinasız yanaşsa, sabitliyi bərpa edə bilməz. Kudrinin iqtisadiyyatın yenidən tərtiblənməsi üzrə planları uzunmüddətli perspektivdə Rusiyada durumu dəyişdirəcək. Amma Stolıpinin islahatları kimi, struktur dəyişiklikləri yenidən öz təsirini göstərməyə başlayan nə Rusiyaya göstərilən xarici basqını, nə əlverişli siyasi, etnik və iqtisadi amilləri nəzərə alır. Daha vacibi budur ki, Rusiya xalqının səbiri kifayət etməyəcək və hökumət islahatlarının ölkəni böhrandan nə vaxt çıxracağını gözləmək halında olmayacaq.

 

Tərcümə Strateq.az-ındır   




Yuxarı Əvvələ Ana Səhifə