XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2016 - 23:55

Molla Mənsurun öldürülmə səbəbiylə bağlı daha bir iddia:İran İŞİD-ə qarşı Taliban lideriylə anlaşıbmış!

 

FP iddiası; İran ve Taliban IŞİD'e karşı birlikte

 

Ötən həftə Taliban lideri Molla Əxtar Mənsurun Pakistan-Əfqanıstan sərhəddində Amerikanın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülməsiylə ortaya xeyli ilginc məlumatlar çıxmışdı. Ən heyrətdoğuran xəbər isə Molla Əxtarın istifadə etdiyi pasportla əlaqədar idi.

Strateq.az xəbər verir ki, Taliban liderinin cibindən onun Pakistan vətəndaşı olduğunu göstərən saxta pasport çıxmışdı. "Məhəmməd Vəli" adlı birisinə məxsus pasportun incələnməsi isə əsl sensasiya sayıla biləcək bir həqiqəti ortaya qoymuşdu: sən demə, Molla Mənsur son iki səfərini İrana edibmiş.

İranla ifrat sünni təşkilatı olaraq bilinən Talibanın arasında hansı əlaqə ola bilərdi?

Xəbər yayılandan sonra hər kəsin cavab axtardığı bu sual yersiz deyildi. “Foreign Policy” dərgisinin yazarı Yochi Dreazenin təbirincə desək, çünki İran siyasətçiləri uzun illər Əfqanıstan Talibanını sünni bir silahlı təşkilat kimi tanımışdılar: “Məhz bu səbəbdən, Əfqanıstanın işğalı  zamanı SSRİ-yə dəstək vermışdilər. 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğalında da eyni mövqe ortaya qoyulmuşdu”.

İndisə Molla Əxtarın son 2 səfərini İrana etməsi Talibanla rəsmi Tehran arasında gizli əməkdaşlığın mövcudluğunu göstərirdi. Dreazen də qələmə aldığı bugünkü yazısında həmin ehtimala diqqət çəkərək, qeyd edir: “Görünən budur ki, İran artıq Əfqanıstanda ən azı 3 min əsgəri olan İŞİD-i gördükdən sonra Talibanla müəyyən razılığa gəlmiş, hətta onunla ortaq hərəkət edirmiş".

Yazar bu iki bir-birinə zidd qüvvəni İŞİD-ə qarşı birləşdirən amilin ortaq maraqlar olduğunu düşünür O, Əfqanıstan ilə İran arasındakı 572 kilometrlik sərhəddin həm Tehran, həm də Taliban üçün böyük əhəmiyyət daşıdığını ifadə edərək, yazır: “Ötən aylarda Taliban heyəti Tehrana getdiyi xəbəri yayılmışdı. Həsən Ruhani administrasiyasi bu ziyarətdən xəbərdar olmadığını önə sürərkən, İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın bir xəbər agentliyi ziyarətin reallaşdığını bildirmişdi. Belə bir məqamda öldürülən Taliban liderinin iki dəfə İrana getdiyi ortaya çıxmışdı”.

Sözügedən ziyarətlərlə əlaqədar danışan digər analitiklər də istisna etmirlər ki, rəsmi Tehran öz siyasətinə zidd olaraq, Talibanla bəzi məsələlər ətrafında müzakirələrə başlamaq qərarı verə bilər.

Məsələyə bu aspektdən baxanda, Talibanın sabiq liderinin ABŞ tərəfindən öldürülməsinin əsl səbəbi aydınlaşır. Belə görünür ki, İŞİD-in Mərkəzi Asiyaya transferini planlaşdıran Vaşinqton Talibanın İranla yaxınlaşmasını heç arzulamırmış. Axı bu münasibətlərin dərinləşərək, sünni-şiə ittifaqını yaratması Yaxın Şərqdə Qərb hegemonluğunu sarsıda və islam dünyasını qan gölündə boğan, iqtisadi cəhətdən çökdürən, ölkələri darmadağın edən məzhəb müharibələrini sona çatdıra bilərdi. Bu isə islam dünyasının yaxın perspektivdə daxili ziddiyyətlərdən sıyrılıb, mədəniyyətlərarası savaş meydanına daha güclü çıxmasının önünü açmaq deməkdir.

 

Heydər Oğuz

Strateq.az