XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

30 May 2016 - 18:35

Pentaqon:"Yaxın Şərq savaşı ABŞ iqtisadiyyatını çökdürə bilər"

 

IŞİD, ABD ordusuna pahalıya mal oluyor!

 

“ABŞ ordusunun İŞİD-ə qarşı istifadə ağıllı silah ehtiyatları azalır”.

Strateq.az xəbər verir ki, bu önəmli etirafı Pentaqon sözçüsü general-leytenant Çarlz Brovn mətbuata verdiyi açıqlamasında bildirib.

Açıqlamasında müharibə ehtiyaclarını qarşılamaq üçün dünyanın digər bölgələrdəki ehtiyatları da nəzərə alaraq araşdırma aparmağın vacibliyinə toxunan Çarlz ABŞ-ın hər il ağıllı silahlara böyük investisiyalar qoyduğunu, ancaq İŞİD hücumlarıyla bunun daha da artdığını deyib. Generalın fikrincə, ehtiyatlar bu qədər sürətli tükənərsə, onun yerini doldurmaq üçün çəkilən xərclər ABŞ iqtisadiyyatına ciddi təsir göstərəcək.

Ekspertlər Pentaqonun bu narahatlığını əsassız hesab etmirlər. Bildirildiyinə görə, əvvəl 600 milyon dollara başa gələcəyi düşünülən İraq işğalına ABŞ 14 trilyon dollar xərcləyərək, bölgədən çıxmaq məcburiyyətində qalmışdı. Hərbi xərclərin bu cür sürətlə artması 2008-ci ildə ABŞ və dünya iqtisadiyyatında böhrana səbəb olmuşdu.




Yuxarı Əvvələ Ana Səhifə