XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 07:28

ABŞ-dan Rusiya və Çinə qarşı həmlə:Barıtsız top hərb sənətinin ənənələrini dəyişdirəcək

ABD'den Rusya ve Çin'e karşı yeni hamle

Pentaqon Baltik ölkələrini Rusiyadan qorumaq və Cənubi Çin dənizindəki müttəfiqlərini Çin qarşısında dəstəkləmək məqsədiylə ABŞ donanması üçün elektromaqnit relsli top üzərində işləyir.

Strateq.az xəbər verir ki, bu iddianı nüfuzlu “Wall Street Journal” (WSJ) qəzeti irəli irəli sürüb.

Məlumata görə, barut və partlayıcı maddədən istifadə edilmədən atılan bu topun keçiricilik xüsusiyyətinə malik mərmisi elektromaqnetik relslərin köməyiylə hərəkətə gətiriləcək. İndiyə qədər bilinən toplardan xeyli fərqlənən həmin top mərmisinin uçuş sürəti saatda 7 min kilometrə çatacaq. Halbuki, adi topların ən maksimum sürətini saatda 5 min km-ə qədər artırmaq olar.

Yeni silah barədə “WSJ”-ə məlumat verən Donanma Araşdırmaları Bürosunun rəhbəri Admiral Mat Vinter relsli topla ABŞ-ın döyüş tərzinin dəyişəcəyini bildirib.

ABŞ müdafiə nazirinin müavini Robert Vork da Rusiyanın uzunmənzilli silahlarını inkişaf etdirməsini görməzlikdən gəlmənin mümkün olmadığını və ona hansısa addımlarla cavab verilməsinə ehtiyac yarandığını vurğulayıb. Vork relsli topla Rusiyaya layiqli cavabın veriləcəyinə inanır.

“Yeni Amerika Təhlükəsizlik Mərkəzi”nin ekspertlərindən olan Elbridj Kolbi də Rusiyanın uzunmənzilli yer-hava raketləri və yeni nəsil elektronik silahlar istehsal etməklə ABŞ-ın hərbi sahədəki ənənəvi üstünlüyünü itirdiyini etiraf edib və bunun narahatlıq doğurduğunu, qlobal sabitsizliyə gətirib çıxardacadığını deyib. Kolbinin fikrincə də, ABŞ mövcud hərb ənənələrini dəyişdirəcək kəşflərə imza atmalı idi və relsli top bu yeniliklərdən ola bilər.

Məlumata görə, Donanma Elm və Texnologiya Şöbəsi ilə Amerikanın müdafiə şirkəti BAE Systems tərəfindən kəşf olunan 32 megajül gücündəki bu ölümcül silah 2012-ci ildə ABŞ-ın Virginia əyaləti Dahlgren bölgəsində sınaqdan keçirilib. Müdafiə sənayesində köklü dəyişikliyə yol açacağı gözlənilən topun 2020-ci sonra ABŞ ordusunun arsenalına daxil olacağı bildirilir.