XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 16:06

Rusiyadan şok iddia:“Almaniya Ərdoğanı devirib, Davudoğlunu hakimiyyətə gətirmək istəyir" - Təhlil

merkel-davudoqlu

Rostislav İşenko

RİA Novosti, 02.06.2016

 

Bundestaq 1915-ci il erməni soyqırımı  (mətndə bu cürdür – tərc.) faktını tanıdı. Türkiyə cavabında Almaniyadakı səfirini geri çağırdı. Avropa qaynaşır.

Düşünürsən ki, bu həngamə haradan qopdu? Fransa daxil olmaqla Avropanın yarısı soyqırım faktını lap çoxdan tanıyıb və Türkiyə əsəbiləşmir, hətta Avropa Birliyi ilə vizasız rejim haqda danışıqlar aparır. İndi isə soyqırımını tanımış AB üzvlərinin sayında, vur-tut, cüzi genişlənməyə bu cür reaksiya…

Məsələ burasındadır ki, məhz Almaniyadan bu cür “arxadan zərbə” gözləmək Türkiyəyə ağır idi. Və məsələ təkcə Merkelin vizasız rejim və maliyyə yardımı əvəzində Türkiyənin qaçqınları Avropaya buraxmamaq öhdəliyi haqda Ərdoğanla bağladığı sazişdə maraqlı olmağında deyil. Nəhayət, Avropa aydın şəkildə işarə etdi ki, Ankara üçün vizasız rejimə səs verməyəcək. Beləliklə, qaçqınlar üzrə saziş yenə də təhlükə altına düşdü.

Fransanın erməni soyqırımını tanıması izah edilən idi – orada güclü və nüfuzlu erməni icması var. Almaniyada isə əksinə, keçən əsrin 60-70-ci illərində qazanc dalınca gəlmiş, çoxdan vətəndaş olmuş, Almaniya türklərinin ikinci, bəzən isə üçüncü nəslini böyütmüş türklərin xeyli nüfuzu var.

Bundan savayı, Almaniya I dünya savaşında Türkiyənin müttəfiqi idi. Türk ordusu və donanmasında xeyli sayda alman hərbi müşavirlər var idi. Almaniyanın Türkiyə siyasətinə təsir etmək imkanı var idi.

Bütün bunlar bu məsələdə Almaniyanın əlverişli mövqeyinin dəyişilməzliyinə güvənməkdə Türkiyəyə əsas verirdi. Bu, Almaniyanın AB-də oynadığı aparıcı rol nəzərə alınmaqla ikiqat əhəmiyyətli idi. Gördüyümüz kimi, Almaniyanın soyqırım üzrə öz mövqeyini saxlamaq və tanıma ilə bağlı tələsməməyə bütün əsasları var idi. Lakin məsələ hakim partiyanın iştirakı ilə gündəliyə daxil edildi və operativ şəkildə səsə qoyuldu.

 

Türklər niyə bu cür  incidilər?

 

Əlbəttə, güman etmək olar ki, bu, qaçqınlar haqda Türkiyə şantajına cavabdır. AB-nin Türkiyə üçün vizasız rejim tətbiq etməyəcəyi aydınlaşandan sonra Ərdoğan əsəbi reaksiya verdi və Almaniya-Türkiyə münasibətləri gərginləşdi. Lakin bu, iki dövlətin münasibətlərində problemlərin meydana çıxdığı birinci və yeganə hal deyil. O bu və ya digər formada tədricən həll olunur.

Bu arada, anlamaq lazımdır ki, Almaniyanın erməni soyqırımını tanıması Türkiyə üçün, sadəcə, son dərəcə ağrılı məsələ deyil, həm də uzaqmənzilli gedişdir. Bu, müharibə elan etməkdən də pisdir. Müharibələr bitir, sülh bağlanır, vuruşan ölkələr normal, hətta dostluq münasibətləri qurmağa başlayır.

Türkiyə ilə münasibətlərdə erməni soyqırımını tanımaq faktını bu qərarı ancaq ləğv etməklə tarazlaşdırmaq mümkündür. Lakin başa düşürük ki, bu, mümkün deyil. Bundestaq hər saatda beş dəfə qərarını dəyişən cavan qız deyil. Qərar qəbul edilərkən hamı başa düşürdü ki, bu, həmişəlikdir. Yəni bu qıcıqlandırıcı qərar indi Almaniya-Türkiyə münasibətlərində uzun müddət təsir göstərəcək. Hətta Ərdoğan nə qədər hakimiyyətdədirsə, bu, onun üçün şəxsi təhqir oacaq.

Bununla belə, Türkiyənin AB-də, xüsusən də Almaniyada güzəranı qəlizləşdirməyə yetərincə imkanları var. Türkiyə ərazisindəki milyonlarla qaçqını sadəcə növbəti dəfə Avropa cənnəti uğrunda yürüşə “dümsükləmək” kifayətdir. Makedoniya, Yunanıstan, Serbiya və Macarıstanı, az qala, silib-süpürmüş keçənilki dalğa göldə xırda dalğa kimi görünər. Yəni Almaniya Türkiyəyə qarşı bu cür düşmən addım atmaqla ya bundan çıxış etməliydi ki, artıq qısamüddətli perspektivdə Türkiyənin elə problemləri olacaq ki, Avropa yadına da düşməyəcək, ya da Türkiyənin başında Ərdoğan olmayacaq, onun əvəzləyicisi isə razılığa gəlmək mümkün olası siyasətçi olacaq.    

Türkiyəyə gəlincə, Ərdoğanın uğursuz Yaxın Şərq siyasəti və Türkiyədə kürdlərin üsyanı ilə bağlı onsuz da ciddi problemlər yaşayır. Bu üsyan inamla vətəndaş müharibəsinə keçir. Ekspertlər artıq indidən türk dövlətçiliyinə təhlükədən danışırlar.

 

Niyə indi?

 

Lakin Türkiyənin dağılması AB-nin problemlərini həll etməyəcək. Yalnız ağırlaşdıracaq. Çünki Şimali Afrika və yaxın Şərqdən milyonlarla qaçqına Türkiyədən də on milyonlarla qaçqın əlavə olunacaq. Nəticə etibarilə, Almaniya Ərdoğanın hakimiyyətdən gedəcəyinə ümid edir. Bu gün az ağalabatan görünsə də, bu cür variant mümkündür.

Türkiyənin parlaq siyasətçilərinin karyerası hərbi çevrilişlər nəticəsində dəfələrlə pozulub. Bu, Türkiyə üçün israfçılıq deyil, siyasi ənənədir. Ərdoğan orduda təmzilik apardı və generalları müəyyən müddətə iddialarını toxdatmağa vadar etdi. Lakin buna görə onu daha çox sevməyə başlamadılar. O, xarici siyasi uğurlara nail olduqca və rəddedilməz nüfuza sahib olduqca altdan-altdan yetişən narazılığa diqqət yetirməmək olmurdu. Lakin uğursuzluq dalğası artdıqca hərbçilər itirilmiş nüfuzlarını geri qaytarmağa cəhd edə bilərlər. Əlbəttə, Ərdoğanı əvəzləyə biləsi siyasi fiqur lazımdır. Bu təsadüf qəribə olsa da, bu yaxınlarda istefaya getmiş baş nazir Davudoğlu həm türk hərbçiəri, həm də Avropa ilə yaxşı şəxsi münasibətlər qura bildi. O, Türkiyənin AB ilə danışıqlarda sərt mövqedən çəkilməyini təkid edir və əsaslı güzəştlərin gərəkdiyi haqda tezis irəli sürürdü.  

Yəni Ərdoğanın uzaqlaşdırılması üçün zəruri daxili və xarici şərtlər formalaşıb. Sonrakı məsələ ancaq bundan ibarətdir ki, indiki prezidentin opponentləri nə qədər qətiyyətli və o, potensial cəbhəni sürətlə və amansızcasına boğmaq iqtidarında olacaqmı?

 

Ərdoğandan sonra nə olacaq?

 

Amma qorxuram ki, hətta Ərdoğanın hakmiyyətdən uzaqlaşdırılacağı halda da durum Almaniya üçün nəinki yaxşılaşacaq, həm də sürətlə pisləşəcək. Ona nahaqdan sultan demir və yeniosmançılıqda ittiham edirlər. O, xaraktercə Osman evinin ilk sultanları kimi qəddar və güzəştsiz adamdır. Onlar da tez-tez düşmənin tam mühasirəsində hərəkət etməli olurdular. Hətta Ankara yaxınlığındakı döyüşdə Topal Teymura uduzmuş və əsirlikdə həlak olmuş İldırım Bəyazid kimi məğlubiyyətlərə uğradılar. Lakin geri çəkilmədilər, qələbə çalmayınca ard-arda eyni döyüş meydanına döndülər.

Türkiyə hazırda həm də Ərdoğanın xarici siyasət səhvləri nəticəsində yenidən ağır duruma və düşmən mühasirəsinə düşüb. Ankara təkcə ən yaxın qonşuları (Suriya, İran, İsrail) ilə deyil, həm də Rusiya, ABŞ və AB ilə dalaşıb.

Manevr etmək artıq gecdir. Yaxın Şərqdə Türkiyə maraqları nəzərə alınmadan  dünyanın ən böyük oyunçularının iştirakı ilə çoxlu sayda tərtib biçimlənib. Məlum olduğu kimi, daxili çəkişmələr istənilən hökumətin xarici siyasət imkanlarını zəiflədir. Nə qədər ziddiyyətli olsa da, çətin ki Türkiyəni indiki böhrana sürükləmiş Ərdoğandan başqa kimsə ölkəni bu durumdan çıxarda bilər.

Ərdoğan hələ də xalqın digər siyasətçilərə inam səviyəsinin tay gəlmədiyi ciddi dəstəyinə malikdir. Onun xarici siyasət təcridini yarmaq imkanı var. Bunun üçün, vur-tut, səhvi etiraf edib vurulmuş təyyarəyə görə Rusiyadan üzr istəmək və Rusiya-Türkiyə münasibətlərindəki böhranın nizamlanmasının digər asan  şərtlərini həyata keçirmək lazımdır.

Bununla belə, Almaniyanın son birmənalı hərəkətləri düşünməyə əsas verir ki, Berlində Ərdoğanın aparıcı türk siyasətçisi kimi salamat qalmaq və daha bir qədər uzun müddət hakimiyyətdə duruş gətirmək bacarığında olmadığı qənaətinə gəliblər.

 

Tərcümə Strateq.az-ındır.