XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 17:09

Qazaxıstan qarışdı:Silah mağazalarına və hərbi hissəyə basqın oldu

aktobe 1

Qazaxıstanın Aktobe şəhərində günün ikinci yarısında başlanmış atışma nəticəsində 20-dən çox adam ziyan çəkib.

Strateq.az Tengrinews-a isnadən bildirir: “Ziyan çəkənlər olduqca çoxdur. Dəqiq məlumat verilmir, bütün briqadalar məşğuldur. 20-dən çox yaralı var, ölənlər haqda heç nə deyilmir”.

Həmçinin məlum olub ki, ziyan çəkənlər içində dinc əhalidən də var. Onlar silah mağazalarının əməkdaşlarıdır və ilkin məlumata görə, həmin mağazalar qarət olunub. Qarətçilər şəhərin üç rayonunda mağazaları soyduqdan sonra hərbi hissədən girovlar götürüblər. Güc strukturları antiterror əməliyyatına başlayıb və şəhərin müəyyən hissələri mühasirəyə alınıb. 

Qazaxıstan DİN rəsmi təmsilçisi Almas Sadubayev Tengrinews.kz-a bildirib: “Qarətçilərin hücumu nəticəsində “Pallada” mağazasının satıcısı yaralanıb. Hərbi hissəyə hücumu dəf edərkən bir zabit və bir hərbçi həlak olub, doqquz hərbçi yaralanıb”.

DİN-in məlumatına görə, hücumçulardan biri saxlanıb, üçü öldürülüb, biri yaralanıb.

***

Axşam saatlarında yaylan məlumata görə, artıq Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı öldürülüb, 7 nəfərsə saxlanılıb.

Məlumatı verən Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev həmçinin eyib ki, digər basqınçıların yaxalanması istiqamətində əməliyyat tədbirləri  davam etdirilir.

Xatırladaq ki, Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsinə basqın zamanı ümumilikdə 6 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.

"Regnum" agentliyi isə məlumat yayıb ki, bəzi təhlilçilər hadisənin ölkənin məhz bu hissəsində baş verməsini bir sıra faktorlarla bağlayırlar. Sovet vaxtlarında İslamın çox az yayıldığı bu ərazidə hazırda məhz qeyri-ənənəvi İslam kök atmağa başlayıb. 

Bundan başqa, neft sənayesinə görə bu ərazidə varlılarla yoxsullar arasındakı uçurum daha dərindir. 

Rusiyanın RBK agentliyi isə xəbər verib ki, şəhərdəki hadisələr bir neçə videokamera ilə qeydə alınıb və kameralarda azı 10 silahlı şəxs görünüb.

aktobe-1