XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 09:40

Qazaxıstanda nə baş verib:Terror, yoxsa gələcək hakimiyyət uğrunda klanlararası savaş?

nazarbayev

İvan Preobrajenski

Rosbalt.ru, 06.06.2016

 

Yerli hökumət bildirir ki, Qazaxıstanda dövlət çevrilişinə cəhd baş verib. Düzdür, atışma nədənsə paytaxtdan uzaqda idi. 75 yaşlı Nursultan Nazarbayevin vəfatı və yaxud əmək qabiliyyətsizliyi halında bir neçə klan bir-biri ilə pəncələşməyə hazırlaşır. Ziddiyyətli məlumatlara görə, Qazaxıstanın Aktoba şəhərində 12-16 nəfər ölüdrülüb, onlarla yaralı var. Yerli xüsusi xidmətlərin iddiasına əsasən, söhbət eyni zamanda həm teraktdan və biznesmen Toxtar Kuleşovun hazırladığı dövlət çevrilişinə cəhddən gedir.  

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Mətbuat xidmətinin təmsilçisi Ruslan Karasyev jurnalistlərə bildirib: “Onun fəaliyyət planı gərginlik ocaqları yaratmaq, etiraz aksiyaları və kütləvi iğtişaşların təşkili yolu ilə ölkədə durumun sabitsizləşdirilməsini nəzərdə tuturdu və bu fonda “alternartiv hökumət” deyilən qurum formalaşdırmaq və mövcud hökumətin strukturunu dəyişdirməyi planlaşdırmışdı”.

Yekunda terrorçuların silah mağazalarına və Milli qvardiyanın bölməsinə hücumundan sonra ölkədə terror təhlükəsinin “sarı” səviyyəsi tətbiq edildi. Aktobanın özündə isə təhlükə səviyyəsi “qırmızı”dır. Şəhərdə internet kəsilib, vətəndaşlara ehtiyac olmadan evdən çıxmamaq tövsiyə olunub.

Hərbi və hüquq-mühafizə orqanlarının iddiasına görə, gecə beş terrorçunu məhv etməyə müvəffəq olublar, lakin “təxminən, yeddisi” hələlik azadlıqdadır.

Xatırladaq ki, əvvəllər Kuleşovun ona yaxın silahdaşı həbs edilib.

Bu versiyaya inansaq, istisna olunmur ki, silah mağazalarının qəzəblənmiş kütlə və yaxud yaraqlılar tərəfindən ələ keçirtmək cəhdləri məhz hüquq-mühafizə orqanlarının keçirdiyi həbslərə reaksiya idi. Yəni terrorçular əvvəlcədən təşəbbüsü əldən verib və yalnız hüquq-mühafizə orqanlarının fəaliyyyətinə reaksiya verirdilər.

Düzdür, Ramazan amili islamçı radikallar haqda düşüncələrə səbəb olsa da, müsəlmanlar üçün müqəddəs Ramazan ayının lap əvvəlində Kuleşovun Aktobadakı baş vermiş çıxışlara həqiqətən dəxli olduğu haqda çoxları şübhəsini bildirir.

Məsələ burasındadır ki, iş adamı və “Şımkentpivo” MMC-nin keçmiş direktoru Tuleşov və bir neçə “silahdaşı” bu ilin yanvarında özəl əməliyyatın gedişində “Riksos Xadişa Şımkent” otelində və pivə zavodunun binasında həbs edilib. O vaxt bildirildiyi kimi, axtarış zamanı odlu silahlar, narkotik maddələr və hansısa ədəbiyyat aşkarlanaraq götürülmüşdü. Düzdür, nəzərə alınsa ki, Kuleşovun biznesi spirtli içkilərin istehsalı və satışı ilə bağlı idi, artıq o zaman onu islamçı kimi qələmə vermək hökumət üçün müşkül məsələydi. Və hər halda Aktoba qiyamını dini radikallar vasitəsilə həbs edilmiş iş adamına bağlamaq cəhdləri göz qabağındadır.

Lakin söhbət dövlət çevrilişinə gecikmiş cəhddən getmirsə, onda Aktobada silah mağazalarına və Milli qvardiya bölməsinə hücumun arxasında kim dura bilərdi?

Ekspertlərin əksəriyyəti hələ rəsmi məlumat yayılmazdan əvvəl, ehtimal edirdi ki, iyulun əvvəlində 76 yaşı tamam olacaq indiki prezident Nursultan Nazarbayevin vəfatı və yaxud iş qabiliyyətsizliyi halında bir neçə klanın pəncələşməyə hazır olduğu Qazaxıstanda hakimiyyət uğrunda mübarizə göz qabağındadır. Və bu versiya əvvəlki kimi yetərincə inandırıcı görünür.

İkinci variant – Rusiya və Qazaxıstnda qadağan edilmiş terrorçu təşkilat İŞİD-ə yönəlik islamçı radikalların çıxışıdır. Bununla belə, bu variant klanların mübarizəsi haqda birinci versiyanı təkzib etmir, çünki terrorçular həmişə kiminsə dəstəyi və mailiyyəsindən yararlanırlar. Pərdə arxasında islamçıları ən məsul məqamda “səhnəyə buraxaraq” öz məqsədləri üçün istifadə etməyə cəhd göstərən tamamilə dünyəvi adamlar dura bilər. Xüsusən də mayın 21-də torpaq qanunvericiliyinə qarşı etiraz kimi baş tutmuş xalq təlatümlərinin çaxnaşdırdığı Qazaxıstanda indi məhz bu cür məqam yetişib.

İstənilən halda, Aktoba iğtişaşlarının təşəbbüskarı və birbaşa iştirakçısı kimlər olur-olsun, onlar, həqiqətən də, Nazarbayevin nüfuzuna zərbə endirirlər. Görünür, doğrudan da, Qazaxıstanın indiki hökuməti ölkədəki duruma getdikcə daha çətinliklə nəzarət edir, klanlar isə dövlətin təməlini dağıdaraq ölkənin daimi rəhbərinin səhnədən getməyini gözləməklə altdan-altdan hakimiyyət uğrunda mübarizə aparır.

 

Tərcümə Strateq.az-ındır.