XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 16:02

Avropa Çinə onu xilas edəcək qüvvə kimi baxır: G7-də Rusiya əvəzinə Çin? – Təhlil

Gəlin, özümüzə qapanmayaq. Binoklu ətraf dünyaya yönəldək və II Dünya Savaşındakı kimi, radio dalğalarında bəyanatlar səsləndirənlərə diqqət yetirək. ABŞ müdafiə naziri Eşton Ketrin qeyd edir: “Beynəlxalq hüququn yol verdiyi hər yerdə üzəcək, uçacaq, əməliyyat keçirəcəyik”.

Bu sözlər Güney çin dənizinə – ABŞ-la çinin Asiyadakı başlıca strateji mübarizə zonasına aiddir. Lakin cəmi bir həftə sonra çin Mərkəzi hərbi komissiyasının generalı Fan çanlun (bu rütbədən isə anlamaq olar ki, hərbi iyerarxiyada dövlət başçısından dərhal sonra o gəlir) birhəftəlik səfərlə Amerika torpağına qədəm qoydu.

Eyni zamanda başqa önəmli hadisələr də baş verdi. Türkiyədə seçkilər keçirilərkən, Almaniyada iştirakçıların daha geniş ərazidə qüvvələr balansı müəyyənləşdirməyə çalışdığı G7-nin sammiti gedirdi. G7 liderləri Asiyadakı gərginliklə bağlı qayğılarını ifadə etdilər, lakin bununla belə, çinlə bağlı heç bir əlaqə vurğulamadılar, sanksiyalardan söz də açılmadı.

Sammitdə ABŞ prezidenti Barak Obama da iştrak etdi. Onun bu məsələyə baxışı məlum idi (iki ay öncə səsləndirib): çinin inkişafı sülhsevər yöndə olacaqsa, ABŞ bundan narahat deyil, lakin ABŞ əmin olmalıdır ki, çin beynəlxalq normalara sadiqdir və başqa ölkələri əzmək üçün qüvvəyə əl atmayacaq. Açıqlamada bildirilirdi: “Filippin və Vyetnam çin qədər böyük deyil, lakin bu, onu bildirmir ki, onları dirsəkləmək olar”.

Elə buradaca qeyd edim ki, iynun sonunda Vaşinqtonda “ABŞ və çinin strateji və iqtisadi dialoqu” adlı görüş keçiriləcək və gündəlikdə ABŞ-ın iqtisadi problemlərinin nizamlanması ilə bağlı məsələlər olacaq.

Bu məlumatı da əlavə edək ki, çin lideri Si Szinpin Obamanın dəvəti ilə 2015-ci ilin sentyabrında ABŞ-a səfər edəcək. Həm də maraqlı mənzərə alınacaq.

Vaşinqton Asiyanın bir çox ölkələrini öz təsir dairəsində görmək istəyərdi. Lakin onların heç biri iki nəhəngin – iki odun arasına düşmək istəmir. Bundan başqa, bölgə dövlətləri Güney çin dənizindəki ərazi və adalara iddialıdır.

Avropa isə, demək olar, bu məsələyə əhəmiyyət vermir. Avropa dövlətləri faktiki olaraq ABŞ-ı atıb, hətta başında çinin durduğu Asiya infrastruktur investisiya Bankına qoşulub. Buradakı səbəb tamamilə “duyğusal” faydadır. Avropa çinə onu xilas edə biləsi qüvvə kimi baxır. Buna görə də ABŞ-ın yuxarıda təsvir edilən manevrlərində müəyyən məna var!

Rusiya “out”!

Dünyanın iqtisadiyyatca inkişaf etmiş ölkələrini birləşdirən “Yeddilər qrupu” sammitində baş mövzulardan biri Rusiya və Ukrayna böhranı oldu. Krımla bağlı hadisələrdən sonra Rusiyanı ikinci dəfə bu görüşə dəvət etmirlər. Hətta sammitə qatılan ölkələr Rusiyaya qarşı sanksiyaları davam etdirir.

Bundan başqa, qərara gəldilər ki, zəruri halda yeni sanksiyalar tətbiq edilsin və yaxud qüvvədə olanlar sərtləşdirilsin.

ABŞ prezidentinin bu haqda dediyini eşitmək önəmlidir: “Son nəticədə bu sual cənab Putinədir. ölkəsinin iqtisadiyyatını dağıtmaqda davam edib-etməyəcəyi barədə o, qərara gəlməlidir”.

Məlumdur ki, ABŞ Rusiya sərhədlərinə sarı siyasi və iqtisadi lağım atmağa meylli olmayan Avropanın bir sıra mühüm ölkələrini (məsələn, Fransa və Almaniyanı) uzun müddət öz tərəfinə çəkməyə cəhd etdi. Lakin İtaliyanı inandırdıqları kimi, onları da inandırdılar. G7-nin bu sammitini ABŞ-ın aktivinə yzmaq olar. “Yeddilik” bu sammitlə göstərdi ki, Rusiyaya qarşı vahid mövqe tutur. AB-nin iyulda baş tutacaq sammitində də oxşar qərarın qəbul ediləcəyi şəksizdir.

Başqa sözlə, G7-də Rusiyanın yeri boşdur və Putin bir müddət bu masanın arxasında əyləşməyəcək… Rusiyanı mühasirəyə almaqda olan Amerika isə dal qapıdan çini keçirtməyə çalışacaq.

çin “in”!

Burada sual yaranır: Rusiyaya qarşı vahid cəbhə yaratmaq üçün ABŞ-çin münasibətlərində potensial varmı? G7-nin qapılarının çinin üzünə indi açılacağını söyləmək son dərəcə təşəxxüslü olardı. Əlbəttə, çinlə G8 perspektivi hələlik boş sözlərdir, lakin Si Szinpinin kölgəsi orada uzanıb…

çin bir gün bu masanın arxasına əyləşəcək. Məsələ burasındadır ki, G7 öz çəkisi ilə dünyaya basqı göstərməyə başlayan Asiya ölkələri ilə müqayisədə nüfuzunu itirməyə başlayıb. Belə hallarda (xüsusən maliyyə məsələlərində) Qərbin sevimli üsulu isə öz düşmənini (rəqibini) kamına çəkməkdir.

Bəs çin buna nə deyəcək? Əlbəttə, Pekin-Moskva münasibətləri çox yaxşı inkişaf edib. Lakin çin lap çoxdan yalnız bir prinsipdən çıxış etməklə xarici siyasət yürüdür: bizim marağımız hansıdır? Əlbəttə, bu, o demək deyil ki, çin Rusiyanı “satacaq”. Lakin çin Rusiya ilə münasibətlərinə Qərb qarşı yönəlmiş nəsə bir şey kimi yanaşmır. Pekin birinci növbədə öz maraqlarına çatmaqda maraqlıdır.

Başqa bir mühüm məqam bundan ibarətdir ki, çinlə Qərbin münasibətlərində kürəsəl probelmlər var. Lakin əməkdaşlq mühiti daha genişdir.

çin G7-dəki boş kürsüyə əyləşəcəkmi? Məlum deyil. Lakin onun G 20-dəki ən uca kürsüyə əyləşməsinə sayılı günlər qalıb. Bu iki yer isə bir-birinə bağlıdır…

Nedret Ersanel

“Yeni Safak” (Türkiyə), 18.06.2015