XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2015 - 10:30

“Azersun Holdinq”in prezidenti meydan oxudu: “Çomaq zoru ilə malları ucuzlaşdırmaq olmaz”
ebcef7907b55abba05ea5632bfb82316_XL
Azərsun qiymətləri xırda-xırda artıracaq.
“”Azersun Holdinq” devalvasiyadan sonra qiymətləri artırmayıb. Lakin gələcəkdə qiymətlərin artırılması qaçılmazdır”
Bunu jurnalistlərə “Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
O belə davam edib: “Azersunun istehsal etdiyi məhsulların xammalının orta hesabla 50%-i xaricdən idxal olunur. Digər 50% isə daxili imkanlar hesabına təmin olunur. 34% olan devalvasiyanın yarısı qədər, yəni təxminən 17-20% bizə təsir göstərir. Hazırda əlimizdə xammal ehtiyatlarımız var. Onları “əridəndən” sonra yavaş-yavaş qiymətləri artırmağa başlayacağıq. Bu təbii prosesdir”.
Holdinqin Müşahidə Şurasının sədri bildirib ki, qiymətlərin dövlət tərəfindən artırılmasına imkan verilməməsi uzun çəkə bilməz:
“Mətbuat da yaxşı məlumatlanmalıdır ki, çomaq zoru ilə malları ucuzlaşdırmaq olmaz. Bu çox getməyəcək. Bunu ruslar etdilər. Olmaz! Bu, sərbəst iqtisadiyyatdır. Ən doğrusu, əhalinin və iş adamlarının işləməsi üçün əlavə şərait yaradılmalıdır. Əhali işlədikcə pulu çoxalacaqdır və həmin pul bütün ölkəyə yayılacaqdır”(marja).



Yuxarı Əvvələ Ana Səhifə