XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 12:34

Rus ekspert:“ABŞ sələfilərin əliylə Qazaxıstanda "Maydan" hazırlayır" - Təhlil

ishid-kazax 

Svyatoslav Qolikov

Politrussia.com, 07.06.2016

 

Qazaxıstan keçən bazar günü böyük terror hücumuna məruz qaldı – Aktobada 27 silahlı islamçı hərbi hissəyə və iki silah mağazasına hücum etdi. Onlardan 6 nəfər öldürüldü, 38 nəfər yaralandı. İndiki anda 12 silahlının məhv edildiyi, dördünün yaralandığı, yeddisinin axtarışda olduğu bildirilir. Şəhərdə terror təhlükəsinin “qırmızı” səviyyəsi qüvvədədir, internet kəsilib (Qazaxıstan KİV-in məlumatına görə, dünən günün ikinci yarısında internet bərpa edildi-tərc.). Bütün Qazaxıstanda 40 günlük mötədil “sarı” səviyyə tətbiq edilib.

Milli Təhlükəsizlik Komitəsi bir gündən sonra, iyunun 6-da dövlət çevrilişinin önləndiyi haqda məlumat verdi  və təşkilatçıların adını çəkdi: ən böyük biznesmen Toxtar Kuleşov, Qazaxıstan baş prokurorunun keçmiş müavini İlyas Baktıyev, daxili qoşunların keçmiş komandiri, general-mayor Hibratullah Doskaliyev və daxili qoşunlar komandirinin keçmiş birinci müavini, polis polkovniki Saken Aytbeko, fəaliyyətdə olan hərbi hissə komandirləri polkovnik Bekzat Jumin və polkovnik Kayrat Berlibayev.

Onlar torpaq islahatına qarşı etirazlar, iğtişaşların təşkili və silahlı çıxışlara hazırlıqda ittiham olunur.

Aktoba hadisələri ilə mayın 21-də Almatıda maydan cəhdi arasında hələlik birbaşa əlaqə müşahidə olunmur, lakin aydındır ki, Qazaxıstanda islamçı sələfilər gizli fəaliyyəti tərk edib və gələcək iğtişaşların əsas zərbə qüvvələrindən biri ola bilərlər. Qazaxıstanın Rusiyaya coğrafi və siyasi yaxınlığı nəzərə alınsa, Rusiya xüsusi xidmətləri üçün də bu cür təhlükə son dərəcə aktuallaşır. Cihadçı terrorçular Qazaxıstanda haradan peyda oldu və indiyədək Avrasiyanın ən təhlükəsiz ölkələrindən birində siyasi sabitsizləşdirmə cəhdlərində necə istifadə oluna bilərlər?

 

“İslam baharı”

 

Sələfilik SSRİ dağılandan sonra ilk illərdə ərəb ölkələrindən missionerlər vasitəsilə Qazaxıstana nüfuz etməyə başladı. Bu dini cərəyan 1990-cı illərin ikinci yarısından başlayaraq respublikanın qərbində – Manqistau, Atırau və Aktubinsk əyalətlərində geniş intişar qazandı. “Miras” fondunun amerikalı eksperti Ceykob Zennin dəyərləndirməyinə görə, Qərbi Qazaxıstan ərazisində 13 yaşdan 30 yaşadək gənclərin 70%-i sələfiliyin təsirindədir. “Terrorizmlə mübarizə haqda Qanun”un qəbulundan sonra Qazaxıstanın güc qurumlarının hələ 1999-cu ildən sələfi qrupların üzvlərini təqib etdiyinə baxmayaraq, respublika hökuməti uzun müddət problemə ciddi  əhəmiyyət vermədi. Sələfiliyin ardıcıllarının sayı artmağa davam etdi və hələ 1990-cı illərdə Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Pakistanın dini mərkəzlərinə təhsil almağa getmiş qazaxıstanlıların respublikaya dönüşü buna şərait yaradırdı. Hətta Qazaxıstan islamçıların xaricdən postsovet məkanına və əks istiqamətdə logistik yerdəyişmə zəncirində özünəməxsus “yük boşaltma” bazası rolunu oynamağa başladı.

2000-ci illərin birinci yarısında qazaxıstanlıların yaxın və uzaq xaricdə terrorçu təşkilatların fəaliyyətinə fəal şəkildə cəlb edilməsi başlandı, 2000-cin illərin ikinci yarısından isə artıq birbaşa respublika ərazisində ektremist və terrorçu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb edilən Qazaxıstan vətəndaşlarının sayı artdı. Məsələn, 2008-ci ildə Atırauda gizli “Qazax İslam cihadı” terror qruplaşması yaradıldı, qurumun üzvləri 2011-ci ilin yayında isə Əfqanıstanda “Cund əl-Xilafət” beynəlxalq terror təşkilatına birləşdilər.

120062 20.10.2005 Председатель Совета Федерации РФ Сергей Миронов и председатель сената парламента Казахстана Нуртай Абыкаев (справа налево) во время встречи в Москве. Владимир Вяткин/РИА Новости 

Qazaxıstan Respublikası (QR) Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Nurtay Abıkayev 2010-cu ildə Qazaxıstan vətəndaşlarının terrorçuluq fəaliyyəti, radikal ideologiyanın respublika ərazisinə yayılmağı və Qazaxıstan üçün terrorizm təhlükəsinin gerçəkliyini rəsmən etiraf etdi. O, beş ildən sonra isə dedi: “Biz internet, qeyri-leqal sızma vasitəsilə ekstremizm ideolgiyası və terrorizmin ölkədə təbliği, ekstremist   ədəbiyyatın və cürbəcür missionerlərin bir hədəfə cəmlənmiş cəlbetməsi ilə üzləşirik”.

2011-2012-ci ilərdə respublikada yerli radikal qrupların səs-küylü teraktlar silsiləsi və antiterror əməliyyatları ilə müşayiət edilən fəallıq sıçrayışı baş verdi. Nəhayət, məhz bu zaman dini ekstremizm və terrorizm problemi ən yüksək səviyyədə etiraf edildi, lakin hökumət guya ictimaiyyəti rahatsız etməmək üçün terrorçu fəaliyyət faktları haqda imkan daxilində susmağa üstünlük verir. Bununla belə, Marat Şibutov və Vyaçeslav Abramovun ətraflı “Qazaxıstanda terrorizm” məruzəsində bu cür fəallığın bütün nümunələri sadalanır və Qazaxıstanın qarşısında duran çağrışın bütün mürəkkəbliyi açıqlanır.  Respublikanın xüsusi xidmətləri son illərdə dini ekstremizmlə fəal iş aparır, özəl təyinatlı bölmələr antiterror fəaliyyətinə yönəlik müntəzəm döyüş hazırlığı kerçirir. Lakin Qazaxıstan güc qurumlarının bütün səylərinə baxmayaraq, respublikada gizli sələfi fəaliyyətini və yeni ardıcıllar cəlb etməyi davam etdirir, ölkədəki qeyri-sağlam sosial-iqtisadi durum buna xeyli şərait yaradır. Sələfilərin təsiri Qərbi Qazaxıstan bölgələrindən savayı, Cənubi Qazaxıstan vilayətinə də yayılıb. Təkcə Qazaxıstan müsəlmanları dini idarəsinə tabe olmayan  məscidlərdə deyil, müttəhimlərin dini ekstremizmə görə cəza çəkdiyi əmək-islah düşərgələrində fəal təbliğat gedir.

Suriya hadisələri ilə bağlı son iki ildə Qazaxıstan vətəndaşlarının İŞİD sıralarına cəlb ediməyi kəskin şəkildə artıb. Müxtəlif dəyərləndirmələrə görə, orada 250-300 qazax vuruşur. Onların əksəriyyəti Suriya və İraqa ailəsi ilə gedib: MTK-nin dəyərləndirməyinə görə, arvad-uşaq 200-ə yaxındır.

Radikal islamçılıq ideyalarının bir hədəfə yönəlik təbliğatı gedir, xarici missionerlər qeyri-leqal şəkildə respublikaya sızır və ekstremit ədəbiyyat daşınır, yerli sələfi strukturları xaricdən yardım alır. Sələfi strukturların Qazaxıstanda möhkəmlənməyi və resurs bazasının genişlənməyi ilə yanaşı ekstremit qruplaşmaların Mərkəzi Asiya respublikalarında fəaliyyəti də güclənir və Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərinin möhkəmliyinin müntəzəm şəkildə sınaqdan keçirildiyi Əfqanıstan ərazisindən islamçıların basqısı çoxalır.

Bundan başqa, ektremist qruplaşmaların Çinin Sinszyan-Uyğur müxtar rayonunda artan fəallığı müşahidə olunur. Bu bölgə də oradakı etiraz potensialı sayəsində İŞİD üçün Mərkəzi Asiya qədər özəl maraq doğurur.

Xarici “tərəfdaşlar”ımızdan kimlərin islamçıları öz geopolitik məqsədləri üçün fəal şəkildə istifadə etdiyini yada salsaq, nəticə çıxarmaq olar ki, Mərkəzi Asiya bölgəsində ekstremist qruplaşmalara ifrat effektli sabitsizləşdirmə aləti rolu ayrılır. Onlar öz oyunlarından başqa istər-istəməz özgələrin də oyununu oynayacaqlar. Qazaxıstan jurnalisti Əmir Kasenov hələ bir il əvvəl ABŞ-ın Qazaxıstan üçün hazırladığı “islam baharı” layihəsi haqda proqnoz verdi. Bu cür layihənin uğurla gerçəkləşməsi ABŞ-a  respublikanı “dünya ağalığı uğrunda əsas rəqibləri” Rusiya və Çinə  qarşı islamçı fəaliyyət platsdarmına çevirmək imkanı verər, hadisələrin bu cür  inkişafı halında isə Qazaxıstanın zəngin təbii sərvətləri misilsiz pay olar.

 

İslamçılar və "Maydan"

 

Bu ilin aprel-may aylarında Qazaxıstanda baş rolun liberal-millətçi müxalifətə verildiyi "Maydan" tamaşasının birinci hissəsi baş tutdu. Görünür, tamaşanın ikinci hissəsinə hazırlığı isə iyunun 5-6-da Aktobada gördük. Bununla belə, hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edilən Toxtar Kuleşovu iblisləşdirməyinə və Qazaxıstan maydanının təşkili və informasiya təminatına cəlb edilmiş bütün qüvvələri onun ayağına yazmağına dəyməz. O, daha çox Ukraynadakı Fritaş və yaxud Kolomoyski kimi xaricdən həyata keçirilən Qazaxıstanın “demokratikləşməsi” layihəsinin yerli icraçılarından biri idi.

Qazaxıstan islamçıları torpaq islahatına qarşı etirazın gedişində heç bir fəal addım atmadılar. Onlar da liberallar və millətçi vətənpərvərlər kimi hədəf auditoriyanın içində ümumi təbliğat yönündə təşviqatla məşğul olurdular – lakin bir qədər kiçik çalarla. Sələfilər standart müxalif ritorikaya Rusiya və Çində müsəlmanların sıxışdırlması və təqibi haqda məlumatları daim əlavə edir, yəni onlara gərək olan "Maydan" informasiya kampaniyası kimi səciyyələndirilən antirusiya və antiçin təbliğatını yönəldirdilər.  

qazax

Mülki fəalların mayın 21-də "Maydan" etiraz hərəkatı təşkil etmək cəhdləri iflasa uğradı və iki həftədən sonra səhnəyə islamçılar çıxdı.  Onalrın öz planları ilə hərəkət edib-etmədiyi və yaxud təkidlə çıxışa dəvət edildikləri haqda iddialara birmənalı şəkildə baş vurmayacağıq, lakin fakt bundan ibarətdir ki, Aktobadakı faciəli hadisələr müxalifət tərəfindən respublika hökumətinə qarşı informasiya-psixoloji basqının gücləndirilməsi üçün istifadə edildi. Aktoba hadisələrinin Qazaxıstan hökumətinin müxalifətə qarşı represssiyanı gücləndirmək bəhanəsilə ondan istifadə etmək və yaxud sonradan sülhyaradıcı rolunda çıxış etməkdən ötrü Qazaxıstanda “Suriya ssenarisi”ni işə salmaq niyyətində olan Rusiya xüsusi xidmətlərinin fitnəkarlığı haqda cəfəng sayıqlamalarla yanaşı, hazırda müxalifət təbliğatının baş istiqaməti bu tezisdən ibarətdir ki, hadisələrin bu cür inkişafında hökumətin özü günahkardır, çünki bütün leqal müxalif qüvvələri aradan sildi. Yaranmış boşluğu radikal ünsürlər dolduracaq və hökumət bundan sonra dinc etirazçıların əvəzinə silahlı və döyüşə hazır islamçılarla uğraşmalı olacaq.

Tanış bayatıdır – təhlükəsizliyə problem və təhdid yaratmaq, sonra isə bunda ya hakimiyyəti, ya da Rusiyanı ittiham etmək. İdealda isə Astana və Moskvanı bir-birinin üstünə salmaq.

Qazaxıstanda "Maydan hərəkatı"nın xarici ruhlandırıcılarının islam amilindən sonrakı sabitsizləşdirmə amili kimi istifadə etməyə cəhdindən xəbər verən daha bir maraqlı məqam. “Azadlıq radiosu” iyunun 6-da Aktoba hadisələri haqda xəbərlər məqaləsini dərc etdi: “Hansısa Qazaxıstan Azadlıq Ordusu beynəlxalq KİV üçün açıqlamada Aktoba hadisələrinə görə məsuliyyəti öz üzərinə götürüb. Müraciətdə xüsusən qeyd olunur ki, bu, Nazarbayev diktaturasına qarşı “Qazaxıstanın demokratik inkişaf yolu tərəfdarlarının ilk döyüşü” idi”.

İlk qaynağa, yəni “Azadlıq radiosu”na isnadən bu məlumatı elə həmin gün həm Qazaxıstan, həm də xarici KİV, o cümlədən “nüfuzlu” Bi-Bi-Si götür-qoy etmədən yaydı. Lakin Qazaxıstanda bu ordudan heç kimin xəbəri yoxdur və xüsusi xidmətlər Qazaxıstanın 365info.kz saytının jurnalistinin “Qazaxıstan Azadlıq Ordusu”nu kim uydurub?” sualına cavab verə bilmədi. Güman etmək məntiqlidir ki, ondan ancaq “Azadlıq radiosu”nun və MKİ-dəki sifarişçilərin  xəbəri var. Ümumiyyətlə, teatral fəaliyyət davam edir, rollar müəyyən edilib, çıxışlar cədvəl üzrədir.

Bütün bu durumda bu fakt əndişə doğurur ki, ölkədə iqtisadi ağırlaşma halında Qazaxıstan cəmiyyətində etiraz potensialı ancaq güclənəcək, sosial baxımdan zəif adamlar kütləsi isə sosial ədalətsizlik şüarlarına qarşı son dərəcə həssasdır. Bu isə bildirir ki, əslində, Qazaxıstan üçün “İslam baharı” layihəsi gerşəkləşə bilər.

 

Tərcümə Strateq.az-ındır.