“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin yaxınlığındakı hərbi münaqişələrin alovlanması bu təşkilata üzv dövlətlər üçün təhlükədir”.
Strateq.az bildirir ki, bu barədə Yerevanda olan KTMT-nin baş direktoru Sergey Bordyuja keçirdiyi mətbuat konfransında bildirib.
Dağlıq Qarabağdakı aprel əməliyyatına toxunan baş direktor deyib ki, belə təzahürlər diqqətdən kənarda qalmır. O, Rusiyanın vəziyyətin normallaşması və münaqişənin həlli üçün aktiv rolunu qeyd edib.
Bordyuja bildirib ki, Rusiya prezidentinin, baş nazirinin, müdafiə nazirinin fəallığı müttəfiqlik fəaliyyətidır: “KTMT təkcə katibliklə məhdudlaşmır. Qurum altı dövlətdən ibarətdir və siyasi rıçaqlar mühüm təsir faktorudur. KTMT-yə bu prizmadan baxmaq lazımdır”.