XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 04:36

Prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı ATƏT-dən açıqlama:"Sammiti Rusiya çağırır"

putin-eliyev-sarkis

"ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitə hazırlıqda iştirak etmir".

APA-nın xəbərinə görə, bunu “TASS”a təşkilatın KİV-lə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nataşa Radjakoviç bildirib.  Radjakoviç məsələyə şərh verməkdən boyun qaçırıb və görüşün tarixinə dair suala cavab verməyib.

ATƏT Sankt Peterburqda  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitin təşkilində iştirak etmir və biz bu məsələni şərh edə bilmərik”, – deyə Radjakoviç bildirib.

“Bizim bildiyimizə görə, sammit Rusiyanın təşəbbüsü ilə çağırılır. Bu səbəbdən də suallarınızı Rusiya tərəfinə yönəltməlisiniz”, – deyə Radjakoviç əlavə edib.  

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Peskov iyunun 10-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli sammitə hazırlıqların getdiyini bildirib. O, sammitin Sankt Peterburqda keçiriləcəyini bildirib.

APA-nın bundan əvvəl "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y. Uşakovun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacaqlar.

O, V. Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcəyini, daha sonra danışıqların üçtərəfli formatda davam etdiriləcəyini qeyd edib: “Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”.