XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 23:42

Nazir Ramil Usubov:"Bütün Bakı qarnizonu yarışın təhlükəsizliyinə cəlb olunub" - VİDEO

usubov-111

İyunun 15-dən Azərbaycan polisi gücləndirimiş iş rejiminə keçib.

Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə, məqsəd Bakıda keçiriləcək "Formula 1" yarışlarında təhlükəsizliyin təmin edilməsidir: "…Yarışın özündə təhlükəsizliyin təmin edilməsi üçün 3 minə yaxın daxili işlər əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib".  

Ramil Üsubovun sözlərinə görə, həmin əməkdaşların bir hissəsi xüsusi geyimdə olacaq. Konkret olaraq, minə yaxın əməkdaş xüsusi zirehli jiletlər geyinəcək, fərqləndirici geyimdə olacaq.    

Daxili işlər naziri “Formula 1” yarışlarına tamaşa etmək üçün gələcək vətəndaşlara tövsiyələr də verib: “Tamaşa meydançalarına kəsici-deşici alətlər, tez alışan vasitələr, vətəndaşlara xəsarət yetirə biləcək bərk maddələr gətirmək olmaz. Kiçik butılkalarda su və şirə gətirmək olar, amma onların qabı şüşədən ola bilməz, plastik qablarda olmalıdır”. 

Aşağıdakı video-müsahibədə Daxili İşlər nazirinin fikirləri ilə ətraflı tanış ola bilərsiniz: