Prezident Ali Məhkəmənin sədr müavini haqda sərəncam imzaladı
Prezident İlham Əliyev bu gün növbəti sərəncam verib.
Strateq.az xəbər verir ki, məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Strateq.az onu da bildirir ki, Hikmət Mirzəyev Ali Məhkəmə sədrinin müavini vəzifəsində işləyir. O, həm də Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin qardaşıdır.