XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 09:51

Baltikyanı ölkələrdə mümkün Rusiya-NATO savaşı:Qələbəyə kim daha yaxındır? - Təhlil

nato-rusiya-1

Kayl Mizokami

The Week (ABŞ), 17.06.2016

 

Ötən həftə Putin Rusiyasının NATO qüvvələrini cəmi beş günə əzərək Baltika ölkələrində sürəti qələbə qazanacağı və nəticədə əl-ayağı ilə dirəşən Estoniya, Latviya, Litvanın, ola bilsin, hətta Polşanın yeni dəmir pərdə arxasına düşəcəyi barədə xəbər reportajlarının qasırğasını müşahidə etdik.

Bəs əslində Rusiya – keçmiş Sovet İttifaqının kölgəsi bunu edə bilərmi? Həmişəki kimi, işlərin əsil durumu xeyli qəlizdir.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter konqresdə çıxış edərək bildirib ki, strateji araşdırma mərkəzinin məruzəsində təqdim edilmiş qənaətlərlə razıdır. Məruzəyə əsasən, Rusiya ildırımsürətli hərbi kampaniya aparacağı halda NATO hazırda Baltik ölkələrini müdafiə edə bilməz.

Məruzədə qeyd edilir ki, üç kiçik ölkənin birlikdə səfərbər etdiyi əsasən yüngülsilahlı 11 tabor Rusiyanın bölgədə tankı, motopiyadası, artilleriyası, hava-desant hissələri, dəniz piyadası, “Yer-yer” sinifli raketləri və zərbə helikopterləri ilə dislokasiya etdiyi 46 taborla heç bir müqayisəyə gəlmir.

Bir qayda kimi, əsaslı şəkildə qələbə nəzərdə tutmaq üçün hücum edən qoşunun üçə-bir nisbətində say üstünlüyü olmalıdır. İndiki anda Baltika ölkələrində bu nisbət “birin dördə” olan nisbətindən çoxdur – əsasən, böyük atəş gücü və taktiki çevikliyə malik daha ağır zirehli tanklar və mexanikləşdirilmiş qoşunlar hesabına.  

NATO-nun qalan üzv ölkələri Baltik ölkələrinin müdafiəsi üçün operativ şəkildə daha səkkiz tabor (yeddisi Amerikanındır) səfərbər edə bilər, lakin bu qoşunların böyük qismi yaxşı təlim keçsə də, yüngül silahlıdır. NATO Baltik ölkələrində daha dörd tank və mexanikləşdirilmiş tabor yerləşdirməyi planlaşdırır – bunun sayəsində nisbət daha az təhlükəli, lakin hələ də riskli – ikinin birə nisbətində olacaq. Dörd ölkə qoşun göndərmək vəd edir.     

NATO-ya qarşı müharibədə Moskvanın xeyli üstünlükləri olacaq. Müharibə birbaşa Rusiya sərhədlərinin yanında gedəcək və hücum üçün bütün ölkədən atılmış qüvvə və vəsaitləri düzə biləcək. Rusiyanın təchizat yolları – sərhəddən 150 km-dən uzaq deyil – nisbətən qısa olacaq ki, bu da əlverişlidir. Çünki logistika Rusiyanın zəif tərəfidr. Bundan başqa, Rusiya gözlənilməzlik ünsüründən faydalanacaq.

Lakin Rusiyanın həm də əməlli-başlı zəif tərəfləri də var. Rusiya on illər boyunca keçmiş Sovet İttifaqından qalmış silahlı qüvvələrin hesabına var olub. Sovet qoşun hissələrinin əksəriyyəti Rusiya ərazisində baza salmışdı və 1991-ci ildə sosialist rejiminin sonu çatanda sovet qoşunları Rusiyanınkı oldu – həmin şəxsi heyət və texnika ilə. Ola bilsin, bu, hətta yaxşılığa doğru idi, çünki Rusiya o zaman iyirmi il sürən iqtisadi durğunluq zolağına girirdi. Ağır, bahalı texnika yararsız hala düşdü. Hərbi hissələr yarıac qalırdı və əldə olan məlumata görə, hətta cəmi üç il əvvəl Uzaq Şərqdəki Rusya qoşunları ağır durumda idi – onlara korlanmış məhsul və yaxud hətta it yeməyi yedirirdilər.

Lakin Rusiya iqtisadiyyatı 2014-cü ildə ayaqüstə durdu və Rusiya silahlı qüvvələrinin modernləşdirilməsi üzrə irimiqyaslı proqramın gerçəkləşdirilməsinə girişdi. Silahlı qüvvələrin sayını 1,2 milyondan daha rasional 1 milyonadək azaltmaq, peşəkar serjant korpusu yaratmaq, həmçinin maaşları artırmaq və şəraiti yaxşılaşdırmaq planlşdırılırdı ki, daha yüksək keyfiyyət səciyyəli çağırışçılar cəlb edilsin.

Bundan savayı, Rusya hərbçiləri köhnəlmiş sovet texnikasının əvəzinə yenisini almalıydılar. Rusiya 2020-ci ilə doğru ordunun silahlanmasında müasir hərbi texnikanın 10%-dən 7%-dək artmalı olduğu əzəmətli proqramın gerçəkləşməsinə girişdi. Bu, büdcəyə 720 milyard dollara başa gəlməliydi.

Bu proqram belə də yerinə yetirilmədi. Cəmi iki il sonra neft qiymətlərinin çöküşü və Krımın ilhaqından sonra Qərbin tətbiq etdiyi sanksiyalar üzündən Rusiya iqtisdiyyatının növbəti iflası və müfdafiə büdcəsinin azalması baş verdi. T-14 “Armata” və gözəçarpmaz PAK FA çoxfunksiyalı qırıcı kimi yeni hərbi texnikanın alışı simvolik rəqəmlərədək azaldı. Ona görə də silahlanmada köhnə texnikanı saxlamaq lazım gəlir.

Ümumiyyətlə, Rusiya silahlı qüvvələri NATO-nunku qədər yaxşı təlim almayıb. Rusiyanın Çeçenistadakı qoşunları özünü yaxşı biçimdə göstərmədi – atəş gücünə güvənib düşmənin külünü göyə sovururdu.  

Rusiya quru qoşunları 2008-ci ildə Gürcüstanla müharibədə olduqca ləng təprənirdi. Dağ yerində döyüşmək məcburiyyəti vəziyyəti ağırlaşdırsa da, əsas amillərdən biri naqis təlim, hazırlıqsızlıq və müasir texnikanın yoxluğu idi. NATO ölkələrinin əksəriyyəti bu vəzifənin öhdəsindən daha yaxşı gələ bilərdi.

Lap bu yaxınlarda isə Rusyanın Krımdakı müharibəsini etirazçıların, hərbiləşdirilmiş birləşmələrin və rus hərbçilərinin iştirakı ilə “hibrid müharibə”nin yeni növü kimi göylərə qaldırdılar. Lakin məsələ bunadaydı ki, Moskva adi üsulla Ukraynaya müdaxiləni özünə rəva bilməzdi, buna görə də improvizasiya etməli oldu. Hibrid müharibənin daha bir adı var – ucuz müharibə.

Rusiyanın NATO ilə istənilən müharibəsində gerçək təhlükə bunda deyil ki, NATO uduza bilər: NATO hərbi əməliyyatlar teatrının hüdudlarından kənarda yerləşdirilmiş hərbi hava, quru və hərbi dəniz qüvvələrinin köməyi ilə son nəticədə qalib gələr. Ruslar səriştəsiz hərəkət etsə və kampaniyada labüdən ağır və mürəkkəb səhvlər buraxsa, NATO hətta gözlənildiyindən daha erkən qalib gəlməyə başlayar.

Təhlükə bundan ibarətdir ki, birbaşa öz sərhədlərinin yanında NATO-nun əks-hücumu şəraitində ciddi məğlubiyyətə məruz qalan Rusiyanın adi silahları qurtarar və o, taktiki nüvə silahından istifadə edə bilər. Bu isə tammiqyaslı nüvə savaşına keçə bilər.

Alyansın Rusiya ilə münaqişənin qabağını almağı lazımdır, lakin bunu zəifik deyil, güc mövqeyindən etməlidir. Rusiya başa düşsə ki, NATO Baltika ölkələrinin müdafiəsində həmrəydir, (alyansa) hücumun əlverişsizliyini anlayar. Və o zaman NATO qalib gələcək.

 

Tərcümə Strateq.az-ındır.