XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 10:37

Türkiyə Rusiya ilə yaxınlaşma üçün yol xəritəsi müəyyənləşdirdi –Dekabrın 15-dək atılacaq 9 addım

EP

Çətinər Çətin

Yeni Safak (Tükiyə), 18.06.2016

 

Türkiyə-Rusiya münasibətlərində yaz ovqatı gələcəyə ümid verir. Ankara münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün yol xəritəsi müəyyən edib. Rusiya tərəfdən qarşılıqlı addımlarla bu yolu keçməyi planlaşdıran Türkiyə üçüncü ölkənin vasitəçiliyini gərəksiz sayır və hesab edir ki, proses bu cür daha sürətlə irəliləyəcək. Son hədəf – 15 dekabradək münasibətlərin əvvəlki səviyyəsinə qayıtmaqdır.

Türkiyə hava məkanına girmiş Rusiya təyyarəsinin məhvindən sonra böhrana girmiş Tükiyə-Rusya münasibətlərinin normallaşdırılması yolunda dalbadal addımlar atılır. Qarşılıqlı fəaliyyət əsasında köhnə dövrlərə dönməyi hədəfləmiş Ankara doqquz bəndlik yol xəritəsi hazırlayıb.

Məsələn, iki ölkə xalqlarının qarşılıqlı fəaliyyətinin əvvəlki səviyyəyə qalxması üçün kommunikasiya vasitələri, hər şeydən öncə KİV və QKT (qeyri-kommersiya təşkilatları – tərc.) hərəkətə gətiriləcək. Hədəf – dekabrın 15-ə iki ölkənin münasibətlərini təyyarənin məhv edilməsi böhranına qədərki ən yüksək səviyyəyə çatdırmaqdır. Ankara bu yarımillik prosesin ilk üç ayında müvafiq müəssisələrin yüksəkçinli təmsilçilərini Rusiyadakı bütün tədbir və görüşlərə göndərəcək. Sentbyarın 1-də doğru iqtisadi, siyasi, mədəni, sosial sahələrdə dəymiş ziyanın həcmi qiymətləndiriləcək.

 

Qarşılıqlı səmimi siqnallar

 

Prezident Tayib Ərdoğanın “münasibətlərimizi layiqli səviyyəyə çıxartmaq” arzusu ilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi ismarıca Kremldən cavab gəlib. RF prezidenti mətbuat katibi Dmitri Peskov qeyd edib: “Biz Türkiyə ilə xoş münasibətlər və normallaşma istəyirik. Biz xeyirxah, qarşılıqlı şəkildə sərfəli əməkdaşlıq dövrünə dönmək istəyirik. Lakin Ankara zəruri addımlar atmalıdır”.

Türkiyə səmimi siqnallar mübadiləsindən sonra iki ölkə münasibətlərinin normallaşma prosesinə girməyi üçün sıradakı addımları atmağı planlaşdırır.

1. Avqustun 15-ə qədər normallaşma. Son hədəf – iki ölkənin münasibətlərini dekabrın 15-dək təyyarə böhranından öncəki səviyyəyə qaldırmaqdır. Ankara bu məqsədə yetmək üçün münasibətləri avqustun 15-dək normallaşdırmaq, sonra isə ən yüksək səviyyəyə qaldırmağı  planlaşdırır.

2. Rusiyadakı tədbirlərdə ən yüksək səviyyədə iştirak. Ankara bu ilin dekabrınadək sürəcək yarımillik prosesin ilk üç ayında uyğun nazirliklərin yüksəkçinli təmsilçilərini Rusiyada baş tutacaq bütün tədbirlərə göndərəcək. Bu iştirak nazir müavini, müşavir, baş direktorlar səviyyəsində ola bilər.

3. Ziyanın qiymətləndirilməsi. Münasibətlərin normallaşması prosesində mühüm məqam sentyabrın 1-i olacaq. Bu tarixə doğru iqtisadi, siyasi, mədəni, sosial sahələrdə dəymiş ziyan hesablanacaq. Növbəti üç ayda bu ziyanı dəf etmək və durumu hər şeydən əvvəl siyasi və iqtisadi sahələrdə normal məcraya qaytarmaqdan ötrü rusiyalı həmkarlarla qarşılıqlı fəaliyyət şəbəkəsi yaratmağa qiymətli hədiyyə ediləcək.

4. Kommunikasiya vasitələri. İki ölkə xalqlarının qarşılıqlı fəaliyyətini əvvəlki səviyyəyə çıxartmaq üçün kommunikasiya vasitələri, hər şeydən öncə KİV və QKT işə salınacaq.

5. İctimai diplomatiya. Dost, qonşu Rusiya ilə münasibətlərin inkişafı üçün ictimai diplomatiya, birinci növbədə media sahəsində işlər görüləcək. İlk növbədə vurğulanacaq ki, təyyarənin düşməyi rusiyalı pilotun səhvi nəticəsində baş verib. Bu zaman bu qədər gərgin dövrdə münasibətlərin normallaşmağına dialoq və diplomatiya üçün kanalların açıqlığı şərait yaradacaq. Həm də ondan danışılacaq ki, Türkiyə SSRİ dağılandan sonra Rusiya xalqının tərəfini tutdu və indi Türkiyədə yaranmış qohumluq münasibətləri sayəsində iki ölkə xalqlarının münasibəti ailəvi olub. Bundan başqa, SSRİ dağılandan sonra türkdilli respublikalarda bu dövlətlərin inkişafı üçün Rusiya ilə birlikdə edilmiş səylərə diqqət yönəldiləcək. Bununla bərabər, Rusiyada türk kino sənayesinə dəstək təmin ediləcək.

6. Səylərin əlaqələndirilməsi. İndiki dəyişikliklər səbəbindən xarici işlər nazirliyində Rusiya ilə münasibətlər haqda məsələ üzərində Yaxın Şərqlə (Suriya) məşğul olan şöbə işləyəcək.

7. “İşçi qrup”un hədiyyəsi. Rusiya ilə münasibətlərin normallaşması və yüksək səviyyəyə qaldırılması üçün müxtəlif institutların təmsil olunduğu işçi qrup yaradılacaq.

8. Biznes birliklərin cəlbi. Normallaşma prosesinə Türkiyə Palata və Birjalar Birliyi (TOBB), Türkiyə Sənayeçiləri və Biznesmenləri Birliyi (TÜSİAD), Müstəqil Sənayeçilər və Biznesmenlər Birliyi (MÜSİAD) kimi ən böyük biznes birliklərinin dəstəyinin önəminə diqqət yönəldiləcək.

9. Vasitəçisiz. İki ölkə əvvəllər münasibətlərin normallaşmasında vasitəçi qismində çıxış etmək istəyini ifadə edib, lakin Ankara Moskva ilə birbaşa danışıqlara başlamağı planlaşdırır və hesab edir ki, vasitəçinin iştirakı danışıqlar prosesini ləngidəcək. Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində uğursuz vasitəçilik nümunəsindən sonra İsraillə münasibətlər prosesinin vasitəçi ölkəsiz daha sürətlə gedəcəyi haqda baxış hökm sürür.

 

Tərcümə Strateq.az-ındır.