XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 18:23

Qaz müharibələri Türkmənistanı da ağuşuna alır –Moskva Aşqabadı “Taliban”la qorxudur

taliban-turkmen

Filipp Yeqorov

Rosbalt.ru, 17.06.2016

 

Türkmənistanın “Альтернативные новости” müxalif internet saytı Əfqanıstan sərhədində xidmət edən 27 türkmən sərhədçisinin eyni vaxtda həlakı haqda məlumat yayıb. Hadisə şəraiti məlum deyil və məlumatın rəsmi təsdiqi yoxdur. Lakin son zamanlar türkmən sərhədçilərinin həlak olduğu hallar əsla nadir hadisə deyil. “Taliban” döyüşçüləri son iki-üç ildə Əfqanıstan tərəfdən Türkmənistana müntəzəm şəkidə soxulurlar. Bir qayda olaraq, hər şey eyni sxem üzrə baş verir – sərhədçilərin kiçik patrul dəstələri atəşə məruz qalır. Hücumun hədəfi, adətən, birdir – silah əldə etmək. Taliblər iki-üç cüt avtomat ələ keçirib qonşu əraziyə dönürlər.

Bu cür həmlələr, ən azı, 2014-cü ildən qeydə alınır. Məsələn, taliblər 2014-cü ilin martında Əfqanıstanın Mukur mahalında sərhədi keçərək üç türkmən sərhədçini güllələyiblər. Oxşar əhvalat həmin ilin mayında yaraqlılar Əfqanıstanın Faryab əyalətindən sərhədi keçib üç türkmən sərhədçini güllələyərkən də baş verib. İslamçıların qəniməti iki avtomat və bir puleymot oldu.

Taliblər avqustda Türkmənistanın iki sərhəd postuna hücum ediblər. Qeyri-rəsmi məlumatlara görə, amansız döyüşdən sonra nəticədə bir neçə türkmən sərhədçi  öldürülüb və yaralanıb, qalanları isə sərhəd postunu tərk etməyə məcbur olublar.

Əfqanıstandan yaraqlı kiçik qrupların türkmən sərhədçilərinə hücumları 2015 və deyildiyi kimi, 2016-cı ildə də davam edib. Lakin ekspertlərin əksəriyyəti əmindir ki, yenə də Türkmənistanın güneyindən irimiqyaslı təcavüz gözləməyinə dəyməz.

Səbəb bir neçədir.

Birincisi, taliblər sırf Əfqanıstan hadisəsidir. Onların qonşulara təsir yaymaq üzrə heç bir kürəsəl layihəsi yoxdur. Əsas vəzifələri Əfqanıstanı “kafirlər”dən təmizləməkdir.

İkincisi, taliblərə qarşı qərbli müttəfiqlərin dəstəklədiyi Əfqanıstan ordusu durur. “Taliban”ın hansısa önəmli əraziləri nəzarətə götürmək cəhdlərinin qabağı hələlik alınır. Əlbəttə, Əfqanıstanda taliblərdən savayı İŞİD də fəaliyyət göstərir, lakin onun “malikanə”sindəki – Suriya və İraqda – ağır durum nəzərə alınsa, İŞİD-in hazrda Mərkəzi Asiyaya  yayılmağa halı yoxdur. Onun əsas vəzifəsi amerikayönlü və rusiyayönlü koalisiyanın zərbələri altında tab gətirmək və heç olmasa, Yaxın Şərqdə nəzarət etdiyi ərazilərdə möhkəmlənməkdir.

Beləiklə, görürük ki, qonşu Türkmənistanın ərazilərinə mücahidlərin kiçik qruplarının hücumları davam etsə də, bu, yaxın perspektivdə çətin ki, kürəsəl nəyəsə çevrilsin.

Bu arada rəsmi Rusiya Türkmənistanın “MDB-nin güney cinahı”nı müstəqil şəkildə qorumaq bacarığı haqda dərin narahatlığını dalbadal getdikcə daha çox ifadə edir.

Xatırladaq ki, RF xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yanvarında Aşqabad səfəri zamanı ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədova bu haqda fikrini deyib. Bu mövzu Rusiya müdafiə naziri Sergey Şoyqunun Türkmənistan paytaxtına bu yaxındakı səfəri zamanı da qaldırıldı.

Moskvalı yüksəkrütbəli qonaqların formalcasına bu cür rahatsızlıq üçün əsası var. Neytral Türkmənistanın ordusu bölgənin ən zəif ordularından biridir. Hökumət hazırda sayı 80 min nəfərə çatdırılmış ordunun sayca artmağı üçün səylər göstərir. Bu məqsədlə çağırış yaşı artırılıb, ehtiyat hərbçilərin müntəzəm yığımı keçirilir, lakin imkanın həddi var. Türkmənistan ordusunun sayca azlığından başqa digər qüsurları korrupsiyanın yüksək səviyyəsi və “dedovşina”dır.

Lakin istisna olunmur ki, Türkmənistanın güney sərhədinin möhkəmliyi üçün Kremlin təşvişi təkcə bu faktlarla izah olunmur. Diqqət yetirməyinə dəyər ki, bu ölkənin təhlükəsizliyi Rusiya şərhində, adətən, həmişə türkmən qazının “Qazprom”a tədarükü ilə eyni qəlibdə görünür. Daha doğrusu, tərəflərin qiymət üzrə razılaşmaması üzündən 2016-cı ildə kəslimiş tədarükün təzələnməsində.

Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyada ən böyük qaz ehtiyatına malik ölkələr dördlüyünə daxildir (ölkə hasilat üzrə 11-ci yerdədir). Unutmağına dəyməz ki, Kiyevdə hakimiyyət dəyişənədək Ukraynaya tədarük edilən və onun ərazisindən tranzitlə Qərbə gedən Rusiya qazı xeyli dərəcədə karbohidrogenlərin qatışığını təmsil edirdi: Sibir yataqlarından və Türkmənistandan daha ucuz qaz – nəticədə son məhsul əməlli-başlı ucuz düşürdü.

2014-2015-ci illərdə dünya enerji daşıyıcıları bazarı çökənədək Rusiya-Türkmənistan münasibətlərində hər şey yaxşı idi. Neft qiymətinə təbii qazın qiyməti də bağlandığından “Qazprom” türkmən yanacağının da qiymətinin azaldılmasını tələb etdi. Cavabında Aşqabad bildirdi ki, “Qazprom” “ödəniş qabiliyyətli deyil”.

Geniş yayılmış bir fikir var ki, “Qazprom” təkcə “milli sərvət” deyil, həm də “Rusiyanın strateji silahıdır”. Çünki öz malının qiymətini təkcə iqtisadi durumdan çıxış etməklə deyil, həm də siyasi və digər qənaətlər üzündən formalaşdırır. Lakin bu halda “Qazprom”un Türkmənistana qarşı tələbi sırf iqtisadi məntiqlə bağlı idi. Söhbətin hansı rəqəmlərdən getdiyini ancaq sezmək olar. Bir məsələ aydındır – qazın dəli qiymətli dövrləri arxada qalıb (məsələn, Ukrayna prezident Yanukoviçin dönəmində hər min kubmetrə görə “Qazprom”a 415, Almaniya isə 385 dollar ödəyirdi). Neft qiymətinin təyini ilə birgə qiymətlər labüdən enməliydi. KİV-in məlumatına görə, “Qazprom” 2015-ci ildə min kubmetr qaza görə Qazaxıstan, Türkmənistan və Özbəkistana 180,39 dollar ödəyirdi. Lakin bu cür gəlir Berdımuhəmmədovu qane etmir. Ancaq “Qazprom”la Türkmənistan arasında müqavilənin pozulma səbəbləri müxtəlif cür ola bilər. Məsələn, Aşqabad Rusiyaya qaz satmaq istəmir, lakin şərq istiqamətində tədarükü artıraraq Çinə məmnuniyyətlə satır. Söhbət həm də Tükmənistandan Əfqanıstan ərazisi ilə Hindistana qaz kəmərinin (TƏPH) inşasından gedir. Berdımuhəmmədov bu qaz kəmərinin inşasının ilkin mərhələsinin maliyyələşdirilməyi üçün 45 milyon dollardan çox pul ayrılması üçün sərəncam imzalayıb.

Bundan başqa, Türkmənistan və Azərbaycan Xəzər dənizindən keçməklə Qərbə daha bir kəmərin inşası məsələsində anlaşma əldə edib. Azərbaycan energetika naziri Natiq Əliyev Sergey Şoyqunun Aşqabad səfərindən iki həftə əvvəl bildirdi ki, ölkəsi və Türkmənistan “Türkmənistan qazının “Cənub qaz dəhlizi” vasitəsilə Avropaya nəql imkanı məsələsi üzrə danışıqlar aparır” (“Trend”).

Bütün bunlar nəzərə alınmaqla Türkmənistanın güney sərhədinin təhlükəsizliyi məsələsi bir qədər başqa işıqda görünür – bu ölkəyə hərbi yardım sırımaqla öz təsirini gücləndirmək. Məsələn, Moskva bu cür planı həyata keçirə bilərmi və hansı görkəmdə gerçəkləşdiriləcək? Əgər bacarsa, qalmış son kozır – Türkmənistanda rusdilli əhalinin vəziyyəti – oynanılacaqmı?

Ona görə də istisna etmək olmaz ki, Moskva bütün mübahisəli məsələlər üzrə Aşqabadla razılaşa bilməsə, Rusiya KİV təkcə Türkmənistan tərəfinin “Qazprom”la olan öhdəlikləri  yerinə yetirmədiyini yada salmayacaq, həm də bu ölkədə insan haqlarının durumu mövzusunu qaldıracaq ki, Türkmənistan hökumətinin buna cavabı asan olmayacaq.

 

Tərcümə Strateq.az-ındır.