XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 16:01

“Vaşinqton Post”:“Putinlə Tramp arasında vasitəçi azərbaycanlı milyarder olub”

putin tramp

Tom Hamburger, Rozalinda Helderman, Maykl Bimbaum

The Washington Post (ABŞ), 19.06.2016

 

Donald Tramp Moskvaya gətirdiyi “Miss Kainat” gözəllik müsabiqəsində iştirak edən qızların və maqnatların mühitində fırlanaraq özünü suda balıq kimi hiss edirdi.  Bununla belə, bir fəxri qonağın  – Rusiya prezidenti Vladimir Putinin gəlişinin xüsusi intizarında idi.  Tramp bildirdi ki, Putini şəxsən müsabiqəyə dəvət edir və nyu-yorklu biznesmen şouya bir gün qalmış rusiyalı liderlə təkbətək söhbət etmək istəyirdi.   

Putin son dəqiqədə gəlişini ləğv etdi, lakin Trampla Putin arasında vasitəçi kimi çıxış edən moskvalı milyarder Araz Ağalarovun söylədiyi kimi, Trampa ənənəvi rus hədiyyəsi – imzalı, şifrəli mücrü və olduqca hərarətli məktub göndərdi.

Buna baxmayaraq, istirahət günləri Tramp üçün məhsuldar oldu. O, müsabiqənin Moskvada təşkili xatirinə Ağalarovun və digər investorların ödədiyi 14 milyon dollarlıq payını aldı. Ağalarovun sözlərinə görə, Tramp Moskvanın mərkəzində Tramp Qülləsinin inşası haqda müqavilə imzaladı ki, bu da amerikalı biznesmenin bu layihəni icra etməkdə, ən azı, beşinci cəhdi oldu.

Trampın Putinlə 1980-ci illərin əvvəlindən başlamış münasibətləri ABŞ-da seçkiqabağı kampaniyanın son dərəcə maraqlı yönlərindən birinə çevrilib. Amerikanın siyasi liderləri və ölkə təhlükəsizliyindən sorumlu vəzfəli şəxsləri arasında Rusiya prezidenti xüsusunda həmrəylik var: Rusiya prezidenti onlar üçün insan haqlarına və keçmiş sovet blokunun nüfuz və ərazisini bərpa etməyə cəhd etməklə beynəlxalq normalara etinasız yanaşan zavallıdır.

Tramp qismən işgüzar iddiaların təsiri altında formalaşmış başqa fikrin tərəfdarıdır. Tramp və ailə üzvləri 1980-ci illərdən işgüzar imkanlar axtarışında Moskvaya tez-tez səfər edir və bütün dünyada əmlak alışında rusiyalı investorlara güvənirdilər.

Bu dinamika Trampın dünyagörüşünün analitik mərkəzlərin nəticələri, hökumət və beynəlxalq diplomatik konfransların materialları  əsasında deyil, kommersiya prizması vasitəsilə nə dərəcədə biçimləndiyini göstərir. Respublika partiyasında Putinə qarşı durmaq bacarığı möhkəmliyin önəmli sınağı sayılır, lakin Tramp və Putin bunun əvəzində elə hey bir-birinə yaltaqlanırlar. Putin dekabrda Trampı parlaq və istedadlı sima adlandırdı, Tramp isə cavab verdi ki, bu kompliment onun üçün şərəfdir.

İltifat mübadiləsi davam etdi. Tramp cümə axşamı tədbirdə bu sözləri sitat gətirdi  və Rusiya liderini niyə rədd etmədiyini izah etdi: “Bu oğlan məni dahi adlandırdı, mən isə onu rədd etməliyəm? Belə şey olmayacaq”.

Putin Peterburq forumunda cümə günü Trampı parlaq şəxsiyyət adlandırdı və dedi ki, Amerika-Rusiya münasibətlərinin tammiqyaslı bərpası haqda onun təklifini alqışlayır.

Tramp kampaniyanın davamında Moskva ilə yeni tərəfdaşlıq münasibətləri qurmağa, qərbyönlü ölkələrin Rusiyadan başlıca müdafiəçisi NATO-nu, müttəfiq gücləri ciddi təftişə məruz qoymağa çağırdı. Və Tramp özünü Rusiya ilə maliyyə əlaqələri olan müşavirlərlə əhatə etdi.

Araz Ağalarov və rusiyalı pop musiqiçi oğlu Emin Ağalarov The Washington Post-a danışdılar ki, Trampla həmin gözəllik müsabiqəsindən sonra dostlaşıb və Nyu-Yorkda ona baş çəkərək söhbətləşiblər. Həmçinin Amerika-Rusiya münasibətləri barədə Emin Ağalarov xatırlayır: “O həmişə deyirdi ki, ABŞ-la Rusiya arasındakı nifaq ölkələrin heç birinə xeyir vermir və iki ölkə xalqlarının rihafı naminə bunu qaydaya salmaq lazımdır”.

Rusiya ABŞ-da inidiki seçkiqabağı kampaniyaya, xüsusən də Trampa  böyük diqqət göstərir. Rusiya səfiri xarici diplomatların daxili siyasətdən uzaq durmağına əsaslanan ənənəni pozub Trampın seçkiöncəsi tədbirlərinə baş çəkdi və iki ölkə arasındakı “dəhşətlıi düşmənlik çevrəsi”nə son qoymağa çağırdı.

Bununla belə, Trampın Rusiya ilə münasibətləri qərbyönlü ölkələri və Amerika xarici siyasət idarəsini narahat edir.

Gürcüstan müdafiə naziri Tina Xidaşeli deyir: “Trampın seçkiöncəsi ritorikası Kremlin bütün məmurlarının ən böyük arzusunu ifadə edir. O, təhlükəli, qorxuducu və məsuliyyətsizdir… ABŞ prezidentliyinə namizəd  bu cür danışırsa, problem böyükdür”.

Onun baxışını siyasi spektrin hər iki tərəfindən Rusiya üzrə ekspertlərin əksəriyyəti bölüşür. 2014-cü ildə ABŞ-ın Rusiya səfiri postundan istefa vermiş Maykl Makfol deyir ki, Trampın Rusiyaya münasibəti “dünyada həmsöhbətlərimin hamısını əsəbiləşməyə məcbur edir. Mən də əsəbiləşirəm”.

ABŞ prezidenti Corc Buşun administrasiyasında dövlət katibinin köməkçisi postunu tutmuş Devid Kramer deyir ki, Trampın Rusiya liderinə münasibəti onu dəhşətə gətirir: “Məgər Putin tərəfdən dəstəyə sevinmək olar? Putin zəifliyi və uyğunlaşma yanaşımını istismar edir. Növbəti Amerika prezidentində bunu tapacağını düşünəndə əsirəm”.

Trampın mətbuat katibi yazılı şəkildə təqdim edilmiş suallara cavab vermədi.

Trampın xaric siyasət üzrə müşavirlərindən biri, Obama dönəmində müdafiə nazirliyinin kəşfiyyat agentliyinə rəhbərlik etmiş istefada olan general-leytenant Maykl Flinn hesab edir ki, Tramp Hillari Klintondan xeyli dərəcədə güclü lider olacaq.

Tramp 1996-cı ildə Amerikanın tütün şirkətlərinin rəhbərlərinə Moskvada elitar yaşayış kompleksi inşa etməyi məsləhət gördü. Trampla işləmiş memar Ted Libman biznesmen üçün Trump International kompleksinin Moskva məmurları ilə görüşdə istifadə etdiyi eskizlərini necə hazırladığını xatırlayır.   

Tramp 2005-ci ildə Moskvada Tramp qülləsi inşa etmək imkanlarını öyrənmək üçün Nyu-Yorkun layihəçi şirkəti ilə birillik müqavilə bağladı. Bayrock Group şirkəti köhnə qələm fabrikinin yerini seçdi, lakin bu cəhd də iflasa uğradı. Cəhdlər davam etdi. Kiçik Donald Tramp 2008-ci ildə dedi ki, saziş bağlamaq ümidilə yarım ildə altı dəfə Moskvada olub. Onun sözlərinə görə, Rusiya paytaxtındakı layihələri bir neçə alıcını cəlb edib. Lakin Trampın oğlunun izah etdiyi kimi, Rusiya ilə bağlı ciddi problemlər var.

“Biz biznesimizi nə qədər ora keçirtmək istəsək də, Rusiya başqa dünyadır. Orada hər şey kimin kimin tanışı olduğu, kimin qardaşının kimə pul ödəməyinin başında qurulur. Ora, əslində, ürküdücü bir dünyadır”, – deyə kiçik Tramp 2008-ci idlə izah edirdi.

Trampın işgüzar iddiaları postsovet respublikaları və keçmiş Şərqi Avropa blokuna yayıldı. O, Kiyev, Yalta və Varşavada saziş bağlamaq imkanlarını öyrəndi, həmçinin Azərbaycanda otel inşası vaxtı onun adından istfadə etməyə icazə verdi. Otel artıq tikilib, lakin hələlik açılmayıb və layihə iqtisadi problemlər üzündən dondurulub.

O, 2011-ci ildə Gürcüstanda üç gün keçirdi və Qara dənizin Batumi kurort şəhərində yeni layihəsi haqda elan verdi. Layihə geçəkləşdirilmədi, lakin səlahiyyətli məmur Georgi Rtsxiladze The Washington Post-a bildirdi ki, saziş bağlanandan sonra Tampın adından istifadə etmək üçün komission haqqı ödənilib.

Tramp 2013-cü ildə Moskvada daşınmaz əmlak sahəsində layihələri üçün yeni tərəfdaş tapdı. O, Azərbaycandan çıxmış, daşınmaz əmlakla məşğul olan və layihələrə öz adını vermək həvəsinə görə “rusiyalı Tramp” ləqəbi qazanmış maqnat Araz Ağalarov oldu. Ağalarovun var-dövləti qismən dövlətin maliyyələşdirdiyi inşaat layihələri sayəsində toplanıb ki, bu da şirkətin Putin hökumətinə yaxınlığından xəbər verir. Putin gözəllik müsabiqəsi keçiriləndən dərhal sonra Ağalarovu Rusiya Federasiyasının olduqca nüfuzlu müklafatı Şərəf ordeni ilə təltif etdi.  Ata və oğul Aağlarovlar The Washington Post-la onların təmtəraqlı ticarət mərkəzindəki elitar “Nobu” restoranında söhbətləşdilər.

Onların dediklərinə görə, Trampla ilk dəfə gözəllik müsabiqəsi  iştirakçılarından birini Emin Ağalarovun videokilpi üçün tutmaq istərkən rastlaşıblar. Tramp klipə gözəllərlə birlikdə gəldi. 2013-cü ildə video və müsabiqədən sonra Trampla Moskvada inşaat layihələrinin müzakirəsi daxil olmaqla daha ciddi münasibətləri yarandı.

Emin Ağalarov nağıl edir: “Atamı inandırdım ki, Ağalarov Qülləsnin yanında Tramp Qülləsinin ucaldılması əla olardı və o, layihə ilə maraqlandı”.

Tramp hələ respublikaçıların dopdolu meydançasında öz yeri uğrunda mübarizə apararkən Putin bu il əvvəllər onun haqqında yaxşı rəylər söyləməyə başlayanda Trampın Rusiyaya münasibəti diqqət çəkdi.  Tramp mart debatlarında Putini olduqca güclü Rusiya lideri adlandırdı və onu Obama ilə tutuşdurub dedi ki, Putin Amerika liderindən güclüdür. Düzdür, “güclü hökmən yaxşı mənasına gəlmir” deyərək sözlərini yumşaltdı.

Onun Putin haqda sözləri hər iki partiya liderlərini çaşdırdı, lakin bəziləri Rusiya ilə daha konstruktiv münasibətlərin İŞİD terrorçu qruplaşmasının öhdəsindən gəlməyə kömək edəcəyindən danışmağa başladılar.

Trampın əsas köməkçilərinin də Rusiya ilə əlaqələri var. Kampaniyanın başçısı Pol Manafort rusiyayönlü oliqarxlarla xeyli milyon dollarlıq saziş bağlayıb və Ukraynanın rusiyayönlü prezidenti Yanukoviçin müşaviri olub. Manafort şərh haqda xahişə cavab vermədi.

Nyu-York praymerizində Trampa yardım edən müşavir Maykl Kaputo 1990-cı illərdə o zamankı prezident Boris Yeltsini dəstəkləyən qruplarla işləməklə 7 il Rusiyada yaşayıb. Kaputo 2000-ci illərdə “Qazprom Media” şirkətyilə bir neçə aylıq müqavilə bağlayıb ki, Putinin ABŞ-dakı imici yaxşılaşsın.

Kaputo şərh verməkdən imtina etdi. Onun doğma şəhərində çıxan Buffalo News qəzetinə bildirib ki, həmin işə görə bu gün qürur duymur, lakin Putin o vaxtlar  o qədər pis oğlan sayılmırdı.

Müdafiə nazirliyinin kəşfiyyat agnetliyinin keçmiş rəhbəri, Trampın vitse-prezidentiyə mümkün namizədi adlandırılan müşaviri Flinn 2015-ci ildə bu yaxınlarda Kremlə bağlı, ABŞ və digər Qərb ölkələri üçün yayımlanan ingilisdilli şəbəkənin RT telekanalının şərəfinə tədbirdə Putinlə yanaşı görünərkən bütün diplomatik korpusu sarsıtdı.

Trampın xarici siyasət üzrə daha bir müşaviri Karter Peyc bir zamanlar Merrill Lynch şirkətnin Moskva şöbəsinə başçılıq edib və ona iş verənin saytındakı bioqrafiyaya əsasən, Rusiyanın energetika nəhəngi “Qazprom”un müşaviri olub.

Peyc də The Washington Post-un müsahibə haqda xahişinə cavab vermədi…

 

Tərcümə Strateq.az-ındr.




Yuxarı Əvvələ Ana Səhifə