XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 22:09

Sovet ordusu bərpa edilir? –MDB-yə üzv ölkələrin orudlarının vahid peyk xəbərləşmə sistemi yaradılır

ssri-ordu

21-22 iyunda MDB İcra Komitəsinin ekspertlər qrupu Minsk şəhərində toplantı keçirəcək. Toplantıda hərbi məqsədli peyk xəbərləşmə sistemlərinin istifadə və inkişaf etdirilməsi ilə əlaqədar saziş layihəsi hazırlanacaq”.

Strateq.az xəbər verir ki, bu məlumatı MDB İcra Komitəsinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir: "Peyk xəbərləşmə sistemin yaradılması məqsədilə Rusiya Federasiyası Müdafiə Nazirliyi MDB Müdafiə nazirliklərinə aid rabitə sisteminin texniki xüsusiyyətlərini formalaşdırmağa və onu milli şöbələrin tələblərinə uyğunlaşdırmağa kömək edəcək”.

Sənəddə yaradılması nəzərdə tutulan yeni sistem üçün tələb olunan araşdırma və tədqiqatların MDB ölkələrinə aid elm və sənaye mərkəzlərində aparılacağı da qeyd edilir. Bu fəaliyyətlərin əlaqələndirilməsinə isə MDB üzvü ölkələrin Müdafiə Nazirləri Şurası nəzarət edəcək və mütəxəssislərin hazırladığı layihələr MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.

Qeyd edək ki, MDB məkanında ordunun vahid xəbərləşmə sisteminə keçməsi Sovet ordusunun yenidən yaradılması düşüncəsini ağla gətirir. Sovet hakimiyyətinin ilk illərində də əslində buna bənzər silahlı qüvvələr sistemi yaradılmış, hər “respublikaya” aid milli ordu birlikləri vahid komandanlıq altında birləşmişdi. II Dünya müharibəsindən sonra qaliblər sırasında yer alan SSRİ yaranmış əlverişli fürsətdən istifadə edərək, bu yalançı milli ordulara son qoydu və vahid silahlı qüvvələr sisteminə keçdi.

Sabah Minskdə konturlarının cızılacağı gözlənilən yeni sistem yaradıldıqdan sonra Azərbaycanın Ermənistan ordusuyla müqayisədə kosmik üstünlüyü də faktiki heçə endiriləcək.

Ekspertlərin fikrincə, Moskvanın bu addımı NATO qüvvələrinin Rusiya sərhədlərinə doğru yayılmasına cavab xarakteri daşıyır. Kreml sanki bununla dişə-diş, gözə-göz savaşa hazır olduğunu bildirmək istəyir. Sank-Peterburqda təşkil edilən Beynəlxalq İqtisadi Forum çərçivəsində dünən mətbuat nümayəndələri ilə bir araya gələn Putinin dediyi aşağıdakı sözlər də bu ehtimalı gücləndirir:

"ABŞ Avropada hərbi gücünü artırır. Buna qarşılıq vermək məcburiyyətində qalacağıq. Rusiyanın cavab addımı aqressivliklə suçlanacak. Amma biz yalnız öz təhlükəsizliyimizi düsünmürük. Dünyadakı güc tarazlığının qorunması lazımdır. "

Heydər Oğuz

Strateq.az