Səudiyyə Ərəbistanı ilə İsveç arasında diplomatik böhran yaşanır. İsveçin iki ölkə arasında imzalanan hərbi əməkdaşlıq razılaşmasını uzatmayacağı bəyanatının ardından rəsmi Riyad bu ölkədəki səfirini geri çağırdı.
Srtateq.az-ın bildirdiyinə görə, məlumat İsveç Xarici İşlər Nazirliyi tərəfindən yayıb. Nazirlik sözçüsü Erik Boman, “Səudiyyə Ərəbistanının öz səfirini Riyada çağırdığı məlumatını aldıq” deyib.
Bomanın etirafına görə, gərginiliyin səbəbi ölkəsinin insan hüquqları və demokratiya problemlərinə görə Səudiyyə Ərəbistanını tənqid etməsidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir neçə gün öncə Qahirədə keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirlərinin sammitində İsveç xarici işlər naziri Margot Uallstroemin çıxışına mane olmuşdu. Bununla da iki ölkə arasındakı iplər qopmuşdur.