XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 21:42

Rusiyadan Ukraynaya nüvə təhdidi

Rusiya ötən il Ukraynadan ilhaq etdiyi Krıma nüvə silahı yerləşdirə biləcəyini açıqladı. Reyter agentliyinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin fikirlərindən belə çıxıb.

Belə ki, Mixail Ulyanov “Krımda nüvə silah olub olmadığını bilmirəm. Belə bir planın olub olmadığından da xəbərdar deyiləm. Ancaq prinsip olaraq Rusiya bunu edə bilər.” ifadələrini səsləndirib

Ulyanovun bu mövqeyi Avropanın diplomatik dairələrində Krıma nüvə silah yerləşdirmək niyyəti kimi başa düşülüb.

Xəbəri şərh edən NATO-nun Avropadakı hərbi birləşmələrinin Ali baş komandanı general Filip Bridlav da faktı inkar etməyib. O, Rusiyanın artıq Krıma nüvə başlıqlı silahlar yerləşdirməyə başladığını bildirib.

Qeyd edək ki, bundan bir ay əvvəl Kırım tatarlarının lideri Mustafa Cəmilov bu barədə həyəcan təbili çalmışdı.