XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 04:13

ABŞ sanksiyalarının əhatə dairəsini genişləndirir

Rusiyanın daha bir bankı və gənclər təşkilatı “qara siyahıya” düşdü

Rəsmi Vaşinqton Ukraynanın şərqində sabitliyi pozan separatçılara dəstək verdikləri səbəbiylə 14 fiziki şəxs və bəzi təşkilatları “qara siyahı”ya aldı. Anadolu Agentliyinə isnad edən Strateq.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Bu dəfəki sanksiyaya məruz qalanlar arasında Ukraynanın keçmiş Baş naziri Mikola Azarov, Yanukoviç dövründə Baş nazirin birinci müavini vəzifəsini icra edən Serqey Arbuzov və sabiq Səhiyyə naziri Raisa Bogatıreva da var.

Maliyyə Nazirliyi ayrıca Krımda fəaliyyət göstərən Rusiya Milli Ticarət Bankının mal varlığını dondurub. Ukraynada döyüşmək üçün hərbi təcrübəyə sahib vətəndaşları səfərbərliyə alan Avrasiya Gənclik Birliyi də bu siyahıya düşənlər arasındadır.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə kəşfiyyatı üzrə məsləhətçisi Adam Szubin verdiyi açqlamada bu qərarı belə şərh edib: “Böhranın başlanğıcından etibarən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozanlardan bunun əvəzini çıxacağımızı demişdik. Əgər Rusiya Ukraynanda separatizmi dəstəkləməyə, Minsk razılaşmasının şərtlərini pozmağa davam edərsə, məruz qalacağı sanksiyalar daha ağır olacaq”.