XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 14:23

“Əvvəlcə 5, sonra 2 rayonun azad olunması və dəhliz…” –Rəsmi Bakı Sankt-Peterburqda razılaşdırılmış detalları açıqladı (VİDEO)

novruz-1.jpg

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır: əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər, prinsip etibarilə, razılığa gəldilər", – deyə Administrasiya rəhbərinin müavini bildirib.