Bombardımanlarla əli-qolu sındırılan İŞİD indi, deyəsən, mübarizə metodunu dəyməyə qərar verib. Kafir elan etdiyi qüvvələrə silahlı mübarizədən virtial savaşa keçən təşkilat bir müddət əvvəl ‘5elafabook‘ adlı facebookunu yaratdığını elan etmişdi. İndi isə http://ebay.com.md/ adlı saytı dağıdıb və onun səhifəsinə bu şəkildə yerləşdirib.
Qeyd edək ki, eBay internet üzərindən xidmət göstərən ən böyük auksion saytıdır. Qurucusu İran əsilli Pierre Omidyar olan saytın Moldaviya səhifəsini dağıdan İŞİD-in bununla nəyə nail olduğu mübahisəlidir. Adminləri dağıdılan bu saytı yəqin ki, bir neçə saata bərpa edə biləcəklər. Nəticədə isə indiyə qədər saytı tanımayan dünyanın radikal dindarları bundan sonra elə bir sosial şəbəkənin varlığından xəbər tutacaqlar. Odur ki, istər-istəməz sual yaranır-ziyanı xeyrindən daha çox olan bu mübarizə metodu kimə və nəyə lazımdır?