XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 09:57

Xəzər hövzəsində qaz müharibəsi qızışır –Dənizdə hər an "zəlzələ" baş verə bilər - Təhlil

xezer-1

İrina Corbenadze

Rosbalt.ru, 24.06. 2016,

 

İyun Türkmənistan qazının Rusiyadan yan keçməklə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya tədarükü üçün Transxəzər qaz kəmərinin inşa layihəsi ətrafında fəal hərəkətlənmə ayı oldu. Xatırladaq ki, CQD Gürcüstan ərazisi üzrə Türkiyəyədək 16 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu həcmin 6 milyard kubmetri Türkiyə, qalanı isə Avropa üçün hesablanıb. Avropa Birliyi “qalan” Qərblə birlikdə artıq çoxdan (və indiyədək uğursuz şəkildə) Transxəzər qaz kəməri layihəsinin inşasını gerçəkləşdirməyə cəhd edir. Türkmənistan Xəzər dənizinin dibi ilə Azərbaycan ərazisinədək salınmış boru vasitəsilə onunla bərabər öz qazını CQD üzrə Avropaya nəql edəcək.    

Bakı ilə Aşqabadın uyğun danışıqlar aparmağı sirr deyil – tərəflər iqtisadi məqsədəuyğunluq üzündən bu layihənin bərpası yollarını arayırlar. AB və ABŞ isə artıq siyasi təsəvvürlər ucbatından bu işə yardım etməyə səy göstərir. Lakin bu məqamda Rusiya və İran “ilişir”, çünki müxtəlif səbəblərə görə Türkmənistan qazının CQD vasitəsilə Türkiyə ərazisindən tədarükü hər iki ölkəyə qətiyyən sərfəli deyil.

Birincisi, İran Türkmənistanın simasında rəqibə malik olmaq istəmir, çünki öz qazına Türkiyə ərazisindən AB-yə yol açmağa cəhd edir. 

Bundan başqa, İran da Türkmənistan kimi Pakistan və Hindistan bazarlarını tutmağa hədəflənib.

Transxəzər qaz kəmərinə gəlincə, İran nə Azərbaycana yoldaşdır, nə də Türkmənistana. Amma budur, burada Rusiyaya tərəfdaşdır – Moskva da layihəni pozmaq istəyir, çünki Qərb “Qazprom”-u Avropa və istənilən başqa qaz bazarından maksimum sıxışdırmaq üçün layihəyə lobbilik edir.

Bundan savayı, Qərb Rusiyanın postsovet məkanı dövlətləri ilə energetik əməkdaşlığına mane olmağa səy edir. Söhbət təkcə Azərbaycan və Türkmənistandan deyil, həm də Qazaxıstandan gedir. Görünür, Moskva və İran hazırda çalşırr şüb ki, Mərkəzi Asiya dövlətləri öz qazı ilə Avropaya çıxa bilməsin. Çünki bu, Rusiyanın öz malikanəsi saymağa vərdiş etdiyi postsovet məkanının karbohidrogenli dövlətlərinə Qərbin siyasi təsirinin genişlənməyini də bildirəcək. Çox ehtimal ki, Rusiya və İran Transxəzər qaz kəməri layihəsini pozmağa və yaxud heç olmasa, qeyri-müəyyən perspektivdə təxirə saldırmağa  müvəffəq olacaq.

Çox güman ki, bu borunun çəkilməyinə qarşı əsas arqument ekoloji təhlükə, həmçinin Xəzər dənizinin statusunun həll edilmədiyi olacaq. Moskva və İran ekoloji kontekstdə dənizin dibinin tektonik hərəkətlənməsi halında boru kəmərində böyük qəzaya səbəb ola biləcək yüksək seysmik fəallıq zəminində böyük hay-küy sala bilər ki, bundan qapalı su hövzəsinin – Xəzərin bütün dövlətləri ziyan çəkəcək.

Demək lazımdır ki, yuxarıda qeyd edilən arqumentlər hələlik elmi baxımdan konkret risk dəyərləndirməsi və mütəxəssislərin uyğun hesablaması ilə möhkəmləndirilməsə də, yetərincə əsaslıdır. Lakin Rusiya bunda təkidli olacaq – xüsusən də mane ola bilmədiyi CQD-nin sürətləndirilmiş inşası, “Tük axını” layihəsinin yığışdırıldığı, Avropa Birliyinin “Cənub axını”nın qabağını aldığı və “Şimal axını-2”-nin inşası ilə bağlı tam müəyyənliyin olmadığı bir şəraitdə.

Aydındır ki, Azərbaycan CQD-i ildə 33 milyard kubmetr qazla doldura biləcək Transxəzər qaz kəmərinin inşasında kommersiya baxımından maraqlıdır – axı Azərbaycan qazı borunu doldurmağa bəs etməyə bilər. Lakin Tükmənistan indiyədək ehtiyatlı davranırdı – ya Rusiyaya baş qoşmaq istəmirdi, ya da Çinə, həmçinin TƏPH qaz kəməri vasitəsilə Əfqanıstan, Pakistan və Hindistana perspektiv tədarüklərə qazın bəs edib-etməyəcəyindən şühbələnirdi.

tanap-222

Ehtimal ki, Rusiyanınkına mümkün qədər tez alternativ qaz əldə etmək istəyən Avropa Birliyi artıq Türkmənistana təzyiq edir, çünki yuxarıda xatırladılan 10 milyard kubmetr həcmdən artıq Azərbaycan qazı ona açıq şəkildə bəs etmir. Lakin Aşqabad tezliklə qərar qəbul edə bilməz – buna təkcə önləyici Rusiya amili deyil, həm də TƏPH qaz kəmərinin təhlükəsiz inşasının təminatı və terrorçu qruplaşmaların fəaliyyət göstərdiyi Əfqanıstan sərhədindəki (Əfqanıstan-Türkmənistan sərhədinin faktiki olaraq bütün perimetrini hazırda qaynar nöqtə saymaq olar)  problemlər üzündən TƏPH-in istismarı mane olur.

Əfqanıstandakı sabitsizlik azalmasa – ki, az ağlabatandır – Aşqabad, ola bilsin, Rusiyaya qaz tədarükünü çoxaltmaq istəyəcək. Lakin bu zaman AB-nin böyük narazılığı və basqısı ilə üzləşəcək. Əvəzində Türkmənistan Moskva ilə sövdələşməyə başlar və bu işdən konkret imtiyazlar əldə edə bilər – məsələn, Türkmənistan qazının tranzitinə qiymətlərin artırılmasını.

Bir sözlə, Türkmənistan hazırda nəzəri olaraq öz qazını sağa-sola sata bilər, praktikada isə onun ticari fəallığına xeyli amil mane olur. Bunların sırasında yuxarıda göstərilənlərdən savayı Qətərin bazarları, ən azı, Pakistanla Çini Türkmənistanla bölüşmək istəksizliyi var. Türkmənistan tədarükü Qətərinkindən uzuc düşə bilər, özünə rəqiblər yaratmaq isə qeyri-məntiqidir.

Yeri gəlmişkən, bəzi ekspertlər hesab edirlər ki, Türkmənistan-Əfqanıstan sərhədindəki iğtişaşları məhz Qətər törədir ki, Aşqabad, Qərb və layihənin potensial yatırımçıları TƏPH layihəsinin təhlükəsiz olmadığı və nəticə etibarilə inşasının məqsədəuyğunluğu haqda ölçüb-biçsinlər.

Bu məqsədəuyğunluq hazırda olduqca şübhəli görünür və buna görə də Tükmənistan Transxəzər qaz kəməri layihəsinə meyllənir, lakin Rusiya və qaz kəməri inşa olunarsa, ərazisindən qazı keçəcək Türkiyənin siyasi problemlərindən həmişə uzaq durmağa çalışıb.

Və güman etmək olar ki, Transxəzər layihəsini Bakı və Aşqabadla münasibətlər üçün ziyansız şəkildə pozacağı halda mümkün bütün variantları hesablayan Rusiya bunu gözəl anlayır. Yəni Rusiya və İran beynini fəal şəkildə işlətməli olur ki, Transxəzər layihəsinin mümkün  iflasından Türkmənistanın itkilərini kompensasiya etsin.

Azərbaycana gəlincə, Rusiya onunla sazişə gəlməyi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq etməyi öyrənib. Axı Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi hələ nizamlanmayıb, ona görə də Moskvanın Bakıya təzyiq rıçaqları qalır. Azərbaycan qazının CQD ilə vurulması isə Rusiya üçün qorxulu deyil, çünki onun həcmi Avropaya Rusiya tədarükünə rəqabət yaratmır.

Lakin burada gözlənilməz vəziyyət meydana çıxa bilər: Tehran Transxəzər qaz kəmərinin Azərbaycana və sonra Türkiyəyədək çəkilməsinə qarşı olsa da, yayındırıcı hərəkət edə bilər: Türkmənistana İran ərazisindən Türkiyəyə qaz vurmağı təklif edər. Lakin bu cür ssenari Rusiya-İran və Rusiya-Azərbaycan münasibətlərini dağıdar: necə deyərlər, “ifratçılıq” olar.

Bir sözlə, dünyada qaz müharibələri davam edir və ona daha çox oyunçu qoşulur. Türkmənistan indiki anda dalana dirənib: praktik olaraq heç haradan “yaşıl işıq” yoxdur. Lakin hələlik…

 

Tərcümə Strateq.az-ındır.