XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 12:23

Rus ekspert: “Rusiya keçid mərhələsində sülhməramlılarını Qarabağa yeridəcək” –Təhlil

Qarabg

İrina Corbenadze

Rosbalt.ru, 27.06.2016

 

Fransa Putinin İlham Əliyev və Serj Sərkisyanla danışıqlarından dərhal sonra Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünə təşəbbüs göstərdi. Ehtimal ki, Qərb Putinin Sankt-Peterburqda danışıqlara artıq “pərdə düşərkən” özlərini çatdırmış Qarabağ nizamlaması üzrə ATƏT Minsk qrupunun həmsədrləri olmadan iki düşmən dövlətin başçıları ilə “separatcasına” görüşməyə cürət etdiyini bağışlamır. “Prezident üçlüyü”nün danışıqlarından heç iki gün keçməmiş Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi Serj Sərkisyanla İlham Əliyevin yeni görüşünü təşkil etməyə hazır olduğunu bildirdi. APA-nın xəbər verdiyi kimi, Parisin təşəbbüsünü Fransanın Azərbayacn səfiri Oreliya Buşe səsləndirib.

Ümumiyyətlə, Əliyevlə Sərkisyan nadir hallarda görüşəndə hamı Qarabağ müharibəsinin təzələnəcəyindən ehtiyat edirdi. İndi isə onların tez-tez görüşməyi adamı ehtiyatlandırır.

Fransanın sürətli reaksiyasına görə fikir yürüdülsə, sülh prosesində Putinin çələngləri Qərbə rahatlıq vermir və AB ABŞ-la birlikdə bu məsələdə birinciliyi Rusiyaya vermək istəmir, çünki Qərbin nizamlama planı Moskvanın Ermənistanla Azərbaycanı meylləndirməyə cəhd etdiyi Rusiya planından radikal şəkildə fərqlənir. Əlbəttə ki, bu halda Qərbin təcili tədbirlər görməyi lazımdır ki, Rusiya planının “arxitektura”sı sındırılsın.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Rusiya planı Ermənistanın işğal etdiyi yeddi rayondan beşinin Azərbaycana qaytarılmağını, sonra isə (müddət müəyyən edilməyib) Dağlıq Qarabağ statusunun nəzərdən keçirilməyini nəzərdə tutur. Lakin bu zaman istisna etmək olmaz ki, Rusiya “keçid dövründə”, yəni “mərhələli nizamlama” prosesində Qarabağa öz sülhyaradıcı qüvvələrini daxil edərək Cənubi Qafqazda hərbi iştirakını gücləndirəcək. Yəni DQR (mətndə bu cürdür-tərc.) hələ xeyli müddət statussuz qalacaq, Bakı isə Ermənistanın tutduğu ərazilərinin böyük hissəsini əldə edəcək. Prinsipcə bu cür variant münaqişə zonasında sülhü təmin edə bilər.

ATƏT Minsk qrupunun himayəsi altında artıq uzun illər yerində sayan nizamlamanın Qərb variantından fərqli olaraq Rusiya planında Ermənistandansa Azərbaycanı razı salan konkretlik var. Qərb planı isə daha çox münaqişənin dondurulmasına hesablanıb ki, bu da Ermənistanın maraqlarına daxildir, lakin nə Moskvanı qane edə bilər, nə də Bakını. Münaqişənin dondurulmağına Qərb marağı isə Cənubi Qafqazda “qaynar nöqtə”nin saxlanmasına hesablanıb: axı Azərbaycan rayonlarının, heç olmasa, bir qisminin işğalsızlaşdırılması baş verməsə, yekunda Bakı onları zorla qaytaracaq ki, bu da öz növbəsində Rusiya üçün əlavə təhlükələr yaradacaq.

Azərbaycan parlamentinin deputatı Zahid Orucun “Новости – Азербайджан” agentliyinə dediyi kimi, “bu gün Rusiya ilə Moskvanın qarşıdurması yer almasaydı, Moskva ümumiyyətlə, ATƏT-in Minsk qrupunun ləğvinə çağırardı”.

Onun fikrincə, “Ehtimal ki, Putin pərdə arxasında Sərkisyana eyham vurub ki, əhalinin müəyyən proseslərə hazır olmasına başlamalıdır. Çünki Rusiya bu gün Şimal-Cənub logistik yoluna böyük ümidlər bəsləyir və bu istiqamətdə risklərin azalmağı Rusiyanın maraqlarına xidmət edir”.

Siyasətçi hesab edir ki, “kommunikasiyaların açılmağı və Ermənistanın mühasirəsizləşdirilməyi əvəzində Azərbaycanın işğal edilmiş, ən azı, üç rayonu tezliklə geri qaytarılacaq. Rusiya bölgədə təhülkəsizlik və sabitlik qarantı kimi təmsil olunacaq. Rusiya elitası hazırda anlayır ki, Qərb bu bölgəyə ancaq münaqişələr gətirə bilər. Digər tərəfdən, bölgə üçün müsbət məcrada addımlar atmaq istəsə, Qərb buna mane olacaq. “Putin planı”nı iflasa uğratmaqdan ötrü Qərbin Ermənistan və Azərbaycana şirnikləndirci təklifləri olacaq”.

Fransa buna görəmi Sərkisyan-Əliyev görüşünü təşkil etməyə tələsdi? Qərbin Rusiyanınkına alternativ hansı planı təklif edə biləcəyini indi hesablamaq çətindir. Lakin o hər necə olur-olsun, Sərkisyandan fərqli olaraq Əliyev çətin ki buna satılsın.

Digər tərəfdən versiya var ki, Putin öz planını Qərblə razılaşdırıb və əslində, nizamlamada təkcə Rusiyanın deyil, həm də ATƏT Minsk qrupunun adından çıxış edir. Lakin bu cür variant gerçəklikdən daha çox arzu kimi görünür.

Lakin budur, politloq Dmitri Verxoturovdan yetərincə maraqlı bir fikir. Onu “Moskva-Baku” internet portalı dərc edib: “Azərbaycan artıq Ermənistana “sonuncu Çin ismarıcı”nı göndərib – bu, aprelin əvvəlindəki eskalasiya idi və onun gedişi göstərdi ki, Ermənistan Qarabağın müdafiəsini təmin etmək qabiliyyətində deyil. Bundan sonra siyasi manevrlər başlandı. Azəbaycan başa düşür ki, Ermənistan Rusiyanın müttəfiqidir və buna görə özünü ehtiyatlı aparır, lakin bununla belə, Dağlıq Qarabağı tam və bütöv şəkildə qaytarmaq hədəfinə doğru qətiyyətlə gedir”. Və politoloq əmindir ki, Bakı güc ssenarisinə keçsə, bu variant Moskva ilə bu və ya digər şəkildə razılaşdırılacaq.

Verxeturov deyir: “Qarabağ məsələsinin inkişafı kürəsəl proseslərdən asılı olacaq. Rusiya başa düşür ki, Qarabağ münaqişəsinin həll edilməməyi (bu isə Bakı üçün son dərəcə önəmli və prinsipial məsələdir) alternativ güc mərkəzlərini məsələnin həllində Azərbaycana öz yardımlarını təklif etməyə itələyər. Durumu Moskva ilə alyans arasında ziddiyyətlərin gücləndiyi müstəvidə nəzərdən keçirsək, NATO nəzəri olaraq Bakıya öz köməyini təklif edə bilər”.

O sual edir – NATO bundan nə uda bilər? Cavab bu cürdür: “Rusiyanın bütün güney cinahı kəskin şəkildə zəifləyir. Xəzərə, Türkmənistana və s.-ə nüfuz etmək imkanı meydana çıxır. Yəni Rusiyanın strateji durumu kəskin şəkildə pisləşər. Buna görə də Moskvanın əsas vəzifələrindən biri Qarabağ zəminində Azərbaycanla NATO-nun yaxınlaşmağına yol verməməkdir”.

Ekspert bununla bağlı hadisələrin başqa inkişaf variantını nəzərdən keçirir: Moskva Qarabağ məsələsində NATO rolunun güclənməyinə yol verməməyə cəhd edərək hansısa mərhələdə Ermənistandan Dağlıq Qarabağı və ətraf rayonları tam şəkildə Azərbaycana qaytarmağı ultimativ formada tələb edə bilər.

Mənim baxşımca, Qarabağ müharibəsinin nəticəsi gözlənilməz olacaq. Ermənistan hansısa bir anda Qarabağı tamamilə Azərbaycana verəcək. Həm də bu, Rusiya tərəfdən ultimativ basqı üzündən ediləcək”, – deyə o, qeyd edir. Lakin bu halda Ermənistan daxili çevrilişdən yayına bilməyəcək.

Ekspert yekun vurur: “Yadda saxlamaq lazımdır ki, Sərkisyan keçmiş Qarabağ yaraqlılarının lideridir. Aprel məğlubiyyəti onun üçün sillədir. Və aydındır ki, hakimiyyət və nüfuzu buna görə aşağı düşüb və praktik olaraq siyasi manevri yoxdur. Ola bilsin, növbəti Qarabağ cəncəli törətməyin əleyhinə də deyil: məğlubiyyətə görə qisas almaq və s., lakin Rusiyanın tələblərini yerinə yetirmək məcburiyyətindədir”.

 

Tərcümə Strateq.az-ındır.