XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 14:46

Çin Mərkəzi Asiyada –Pekin Özbəkistan üçün də cazibə mərkəzinə çevrilir - Təhlil (II məqalə)

Si

EurasiaNet.org Çinlə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər haqda silsilə məqalələrin dərcinə başlayıb.

Ötən dəfə bu silsilədən olan ilk materialı – ÇXR-in bölgədəki rolu barədə "Royal United Services Institute"nun beynəlxalq təhlükəsizlik məsələlərinin araşdırılması üzrə şöbəsinin direktoru və "China in Central Asia" bloqunun həmredaktoru Rafaello Pantuççinin məqaləsini yayınlamışdıq.

Bax: (http://strateq.az/manshet/70823/cin-m%C9%99rk%C9%99zi-asiyada-t%C9%99hlil-i-m%C9%99qal%C9%99.html)

Bu dəfə isə EurasiaNet.org-un bu mövzuda II materialını – Çinin Özbəkistanla münasibətlərindən bəhs edən  məqaləsini Strateq.az oxucularına təqdim edirik:

 

Özbəkistan parlamentinin deputatları onların qarşısında nitq söyləyən ÇXR prezidenti Si Szinpinin çxışını dəfələrlə ayaqüstə coşqun alqılşarla kəsdilər. İyunun 22-də Oliy Majlisdə (Ali Məclis-tərc.) Çin liderinin nitqi xarici liderin ilk tarixi çıxışı idi. O dedi: “Çin-Özbəkistan strateji tərəfdaşlığında yeni era başlanır. Ölkələrimiz çiyin-çiyinə durmalıdır ki, əməkdaşlıq üçün yeni imkanlardan istifadə etsin”.

Özbəkistan lideri İslam Kərimov ondan sonra tribunaya çıxarkən – sözləri asan tərcümə olunsun deyə üçün rusca danışırdı – səsi hərarət və səmimiyyətlə dolu idi.

O dedi: “Bizdə bir deyim var: “Dost dar gündə tanınar”. Çin məhz çətin anda əl uzadan belə bir dost çıxdı”. Kərimov Çinin hansı problemlərin öhdəsindən gəlməkdə yardımçı olduğunu dəqiqləşdirmədi, lakin bu problemlər Özbəkistan əhalisinin əksəriyyətinə yaxşı məlumdur. Hökumətin ölkə iqtisadiyyatının keçdiyi yüksəliş haqda inandırmalarına baxmayaraq, çox şey buna işarə edir ki, hər şey o qədər də buludsuz deyil.

Rusiya Mərkəzi bankının bu yaxınlarda dərc edilmiş məlumatına görə, özbək əmək mühacirlərinin bu ilin birinci rübündə RF-dən köçürmələri 2014-cü ilin həmin dövrü ilə müqayisədə 256 milyon dollaradək aşağı düşüb.

Özbəkistan müstəqillik qazanandan sonra xarici tərəfdaşlardan asılı düşmək qorxcusuna görə onların hər birindən eyni məsafədə uzaq durmağa çalışıb. Lakin Daşkənd son zamanlar Pekinə sarı güclü şəkildə meyllənməyə başlayıb. Çin keçən il Rusiyanı “taxtdan” düşürərək Özbəkistanın ən böyük ticarət tərəfdaşı oldu – ölkələr arasında dövriyyə 3 milyard dollar təşkil etdi. Düzdür, 2014-cü ildə Çin-Özbəkistan dövriyyəsi 4,7 milyard dollar olub, lakin Rusiyada iqtisadi böhranın sürəkliliyi nəzərə alınsa, tendensiya göz qabağındadır.

Parlamenti ziyarətdən sonra Si və Kərimov əhalisi sıx Fərqanə vadisini Özbəkistanın qalan hissəsi ilə birləşdirən 19 km-lik dəmiryol tunelinin açılış mərasiminə qatıldılar. Bu tunel Mərkəzi Asiyada ən uzun tunel, eyni zamanda Çinin bölgədə rəhbərlik etdiyi ən böyük layihədir. Si qeyd  edib: “Bu nadir tunel Çin-Mərkəzi Asiya-Avropa beynəlxalq dəmiryolu tranzit dəhlizinin önəmli hissəsi olacaq”.

455 milyon dollara başa gəlmiş layihəni Çinin "China Railway Tunnel Group" şirkəti həyata keçirib. Tunel Qırğızıstandan ÇXR-ə gedən 124 km-lik Anqren-Pap qanadının bir hissəsidir. Bunda bir qədər kinayə var, çünki Anqren-Pap qanadı ona görə salınıb ki, Özbəkistan hələ sovet dövründə Tacikistan ərazisindən çəkilmiş dəmiryolu kəsiminin istifadəsindən imtina edə bilsin. Daşkəndlə Düşənbə arasındakı münasibətlər artıq çoxdan gərgindir. Bununla belə, Özbəkistan Çinə çıxış xatirinə Daşkəndlə qəliz münasibətləri yaranmış daha bir qonşu – Qırğızıstanla təmasları genişləndirməli olub.

Gerçəkləşdirilən layihələrin miqyası xırda dedi-qoduları ikinci plana keçirdir. Pekinin Daşkənd üçün cazibədarlığı birinci növbədə onunla bağlıdır ki, ÇXR, demək olar,  heç bir siyasi tələblər irəli sürmədən investisiya və "nou-hau" təklif edir.

Politloq Ənvər Nəzirov deyir: “Bizim dostluğumuz ancaq iqtisadi layihələrə və ŞƏT-in bölgə birliyi çərçivəsinə əsaslanır. Mən bunu ehtiyatlı tərəfdaşlıq adlandırardım. Bir tərəfdən ticarət etmək istəyi var, digər tərəfdən Özbəkistanda ÇXR-lə hədiz dərəcədə yaxınlaşmaq xüsusunda qorxu var”.

Çin Mərkəzi Asiyanın başqa ölkələrindəki kimi, Özbəkistanda da “yumşaq güc”ün inkişafı siyasətini yürüdür. O, 2005-ci ildə Daşkənddə Almaniyanın Höte institutu və yaxud Britaniya Şurasının ekvivalenti  Konfutsi institutunun ilk yerli şöbəsini açıb. İnstitut ÇXR-də təhsil almağa qrant təqdim edir və özbək tələbələr arasında populyarlıq qazanıb. Çin ali məktəblərinin məzunları bir qayda kimi Çin şirkətlərində işə düzəlir. Bununla bağlı Özbəkistan da qonşu ölkələr kimi elmi mühitdə çinşünaslar qıtlığı hiss edir. Coşqun antiçin əhvali-ruhiyyəsinin yer aldığı Qırğızıstan və Qazaxıstandan fərqli olaraq Özbəkistanda hökumətin KİV üzərində daha sərt nəzarəti üzündən cəmiyyətdə ÇXR-ə münasibət xeyli sakitdir.

Nəzirov əlavə edir: “Özbəklər çinlilərə ehtiyatla yanaşırlar – xüsusən də əyalətlərdə onları dini, mədəni planda yad sayan mömin özbəklərin mühitində”.

Nəzirovun sözlərinə görə, problemli aspektlərdən biri budur ki, əhalinin bir qismi özbək qazının Çinə ixracını Özbəkistanın maraqları üçün çox ziyanlı sayır, yəmi bu, ölkə daxilində qaz qıtlığına aparır. Lakin beynəlxalq münasibətlərdə simvolizmin böyük önəmi var. Kərimov həmişəki kimi Moskvada II dünya savaşının başa çatmasını bayram edən 9 may paradına getmədi. Bununla belə, ötən ilin sentyabrında Pekində həmin hadisənin şərəfinə tədbirə qatıldı.  

Moskvada yaşayan özbək tarixçisi Maksim Matnəzərov qeyd edir: “Özbəkistanda “Böyük vətən müharibəsi” termini işlədilmir. Əvəzində “II dünya savaşı” termini işlətmək qəbul edilib. Kərimov Çində Sinin dəvəti ilə qələbə paradında iştirak etdi ki, bu da ideoloji baxımdan Özbəkistanda II dünya savaşına baxışla üst-üstə düşür”.

Dəmiryolu çəkən şirkətdə işləyən Çin dilindən tərcüməçilərdən birinin sözlərinə görə, Çin investisiyaları Özbəkistanda çinlilərlə yerli fəhlələr arasında bərabər şəkildə bölünən iş yerləri yaradır. Bu da əhalinin narazılığını cüziləşdirir. O deyir: “1500 dəmiryol inşaatçısının yarısı özbək fəhlələri və mütəxəssisləridir. Çinlilər ona görə hökumətimizi qane edir ki, əksəriyyəti ateistdir və türklərdən fərqli olaraq dini ideya və cərəyanların təbliği ilə məşğul olmur. Burada çinlilərə biznesdən savayı heç nə lazım deyil”.

Özbəkistan hökuməti ölkənin işçi qüvvəsinin tərkibi və respublikada çalışan çinli fəhlələrə nisbətdə mötəbər statistka dərc etmir, buna görə də iş yerlərinin hər yerdə bərabər şəkildə bölünməyini müəyyən etmək çətindir. Çin Özbəkistanda iştirakını artırır, halbuki Rusiya tədricən öz nüfuzunu itirir. Daşkənd bu fonda digər böyük beynəlxalq tərəfdaşların cəlb edilməsi üzrə addımlar atır. Mayın 21-də respublikada Cənubi Koreya ilə birgə Surgil yatağının bazasında Mərkəzi Asiyanın ən böyük qaz-kimya kompleksinin açılışı oldu. 4 milyard dəyərində kompleks ildə 4,5 milyard kubmetr təbii qaz emal edəcək. Koreya respublikasının açılış mərasimində iştirak edən baş naziri Xvan Ge Anuya müraciət edən özbək həmkarı Şövkət Mirziyayev bu layihənin Özbəkistan üçün vacibliyini vurğuladı.

Surgil layihəsi iki ölkəmiz arasında dostluğun inkişafının yeni simvolu və iqtisadi əməkdaşlığın lokomotividir, – Miziyayev dedi. – Özbəkistan hökuməti Cənubi Koreya şirkətlərinin iştirakı ilə bütün layihələrə tam dəstək verəcək”.

Müşahidəçilər qeyd edirlər ki, Daşkənd bu istiqamətdə xeyli iş görməli olacaq ki, əcnəbi tərəfdaşlar arasında tarazlığı saxlasın.

Matnəzərəov əlavə etdi: “Nə qədər ki əlaqələrin təhlükəsiz siyasi şaxələnməyi mövcuddur, Daşkənd  Çinə, Cənubi Koreyaya və başqa ölkələrə bərabər səviyyədə yanaşacaq. Özbəkistan üçün Çin birinci növbədə pul və Mərkəzi Asiyada maraqların balansıdır”.

 

Tərcümə Strateq.az-ındır.