XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 08:07

İncirlikdən İŞİD-lə mübarizədə istifadə olunmayacaq

Türkiye: İncirlik, IŞİD'le mücadelede kullanılmayacak

Türkiyənin Xarici İşlər nazirliyinin sözcüsü Tanju Bilgiç beynəlxalq koalisiyanın IŞİD-ə qarşı əməliyyatlarında İncirlik hərbi bazasından istifadə olunmayacağını bildirib. Onun fikrincə, bu baza daha genişmiqyaslı əməliyyatlar üçün nəzərdə tutulub.

Türkiyə mətbuatına isnad edən Strateq.az-ın verdiyi xəbərdə belə deyilir. Məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bunları bildirib. Bilgiç eyni zamanda IŞİD-i həm Türkiyənin, həm də bölgənin sabitliyi üçün təhdid olaraq gördükləri və beynəlxalq koalisiyanın bir hissəsi kimi ona qarşı mübarizə apardıqlarını da etiraf edib.

İraqın İŞİD-lə mübarizəsini dəstəklədiklərini deyən diplomat bu çərçivədə Türkiyənin 1511 peşmərgəni yetişdirdiyini və bölgəyə 15 “TIR” (yük maşını) dolusu hərbi sursat göndərdiyini xatırladıb. O həmçinin bildirib ki, son dövrlərdə İraqı ziyarət edən Müdafiə Naziri İsmət Yılmaz İraqlı yetkililərlə görüşmələrində İŞİD-ə qarşı kəşfiyyat və lojistik dəstək verəcəklərini dilə gətirib.

Bölgədə, xüsusilə Tikritdə İraq ordusu və partizan dəstələri tərəfindən IŞİD üzərinə hücuma keçildiyini və gərgin qarşıdurmaların indi də sürdüyünü bildirən diplomat bu mübarizədə bölgə xalqını və sosial qruplarını təcrid edən yanaşmalardan uzaq durulmasının vacibliyini vurğulayıb.

Yalnız hərbi yanaşmalarla uğur qazanmağın mümkünsüzlüyünə inan diplomat siyasi həllə ehtiyac duyulduğunu dilə gətirərək deyib: “Türkiyə, önümüzdəki dövrdə ortaya çıxacaq proseslərlə bağlı beynəlxalq koalisiyaya nə kömək edə biləcəyini gözdən keçirir”.

Xarici döyüşçülərin İraq və Suriyaya keçməsinə heç bir maneə yaradılmaması ilə bağlı suala Türkiyə yetkilisinin cavabı da maraqlı olub: “Türkiyənin İraq və Suriya ilə uzun bir sərhədi var və bu sərhədin idarə edilməsi asan deyil. Türkiyənin bu hallara qarşı kifayət qədər mübarizə aparmadığı iddiaları əsassızdır. Az da olsa kəşfiyyat paylaşımı mövzusunda bəzi addımların atıldığını görürük. İndiyə qədər təxminən 12 min civarında adamı əhatə edən şübhəlilər siyahısı hazırlanıb. Bu siyahı əlaqədar ölkələrdən aldığımız adların bir araya gətirilməsiylə meydana gəlir. Təxminən 1100 civarında xarici döyüşçünü tutub deportasiya etdik”.

Bu məsələdə Türkiyənin həyata keçirəcəyi tədbirlərin təkbaşına kifayət etmədiyini vurğulayan Bilgiç Suriyaya gəlmək üçün yola çıxanlara öz ölkələrində maneə törədilməsinin həyati əhəmiyyət daşıdığını söyləyib. Sözcü IŞİD-ə qatılmaq üçün Türkiyəyə gəldikləri iddia edilən və daha sonra xəbərləri alına bilməyən 16 İndoneziya vatandaşıyla bağlı suala cavabında isə bu barədə bilgi sahibi olmadığını deyib.




Yuxarı Əvvələ Ana Səhifə