XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 15:50

Çin Mərkəzi Asiyada:Tacikistan və Türkmənistan da Çindən asılı duruma düşüb - Təhlil (III məqalə)

chin-asiyada

Xəbər verdiyimiz kimi, EurasiaNet.org (ABŞ) Çinlə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər haqda silsilə məqalələrin dərcinə başlayıb. Ötən saylarımızda bu silsilədən olan iki məqaləni Strateq.az oxucularına təqdim etmişdik (Aşağıdakı linklər vasitəsi ilə həmin məqalələrlə tanış ola bilərsiniz: 

Çin Mərkəzi Asiyada –Pekin "Bir zolaq və bir yol"la sürətlə irəliləyir – Təhlil (I məqalə)

Çin Mərkəzi Asiyada –Pekin Özbəkistan üçün də cazibə mərkəzinə çevrilir – Təhlil (II məqalə))

Bu dəfə isə EurasiaNet.org-un bu mövzuda III materialını – Çinin Türkmənistan və Tacikistanla münasibətlərindən bəhs edən məqaləsini Strateq.az-ın oxucularına təqdim edirik:

 

Türkmənistan dünya qaz ehtiyatlarının, təxminən, onda birinə sahibdir. Tacikistan isə o qədər kasıbdır ki, ölkənin kişi əhalisinin yarısı qürbətdə iş axtarmalı olur. Bu iki dövlətin olduqca müxtəlif iqtisadi durumuna baxmayaraq, onları bir aspekt birləşdirir – Çindən artan və ola bilsin, dönməz asılılıq.

Türkmənistan iqtisadiyyatının qapalılığı onun vəziyyətini qiymətləndirmək cəhdini çətin vəzifəyə çevirir, lakin energetik sektorun ölkədə həlledici durumu şübhə doğurmur. Beynəlxalq valyuta fondunun Türkmənistan ixracatına nisbətdə son məlumatlarının (2014-cü il üçün) təhlili sıradakını göstərir: Türkmənistandan Çin Xalq Respublikasına (ÇXR) ixracat 8,65 milyard dollar təşkil edib, ikinci yerdə çox böyük fərqlə Türkiyə durur: 567 milyon dollar.

Energetika sahəsində ekspert Con Roberts deyir: “Türkmənistan getdikcə Çindən daha çox asılı duruma düşür. ÇXR-ə qaz ixracatı və Çinin təqdim etdiyi borclardan savayı, ölkənin daha hansı gəlir qaynaqlarının olduğunu təsəvvür etmək çətindir”.

Son illərdə Aşqabad gələcək tədarüklərə görə borclar verən Pekin qarşısında xeyli borcla yüklənib. 2009-cu ildə qaz kəmərində partlayış nəticəsində Rusiyaya tədarükün kəsilməsi dönüş məqamı oldu. Bu hadisə sonadək nizamlamaq mümkün olmayan münaqişə törətdi. “Türkmənqaz” dövlət şirkəti bunun ardınca Çin inkişaf bankından bir neçə milyard dollar borc aldı.   

Hər şeyə görə fikir yürüdərkən, Türkmənistan rəhbərliyi borcları artırmağa hazırdır.

Roberts əlavə edir: “Türkmənistan 2013-cü ildə Qalkınış yatağının işlənməyinin ikinci mərhələsi haqda müqavilə imzalayanda Çinin "CNPC" dövlət neft-qaz korporasiyası 25 milyard kubmetri Çinə tədarük ediləcək hasilatın ildə 30 milyard kubmetrədək çatdırılması üzrə proqramın gerçəkləşməyi ilə məşğul olmağa razılaşdı. Eyni zamanda bu layihəyə  maliyyə təqdim etmək üçün ÇXR Dövlət İnkişaf Bankı ilə danışıqlar başlandı”.

Əgər Aşqabad ümid edirdisə, ÇXR-in Türkmənistan iqtisadiyyatına dərindən cəlb edilməsi münasibətlərdə canlanmaya səbəb olacaq, ola bilsin ki, onu məyusluq gözləyir.

“Çin alışı çox da artırmır. Bu, ona işarə edir ki, Çin bu cür asılı münasibətlərdə maraqlı deyil, – Britaniya Qlazqo universitetinin Mərkəzi Asiya üzrə mütəxəssisi Luka Ançeşçi deyir. – Bu asılılıq Tükmənistanın günahıdır – Aşqabad "CNPC"lə müqavilə bağlayarkən, ehtimal ki, borcu investisiya sayıb, indi isə təəccüblənir ki, gəliri niyə azalıb”.

Türkmənistan yaranmış ağır durumdan çıxış yolunu Transəfqanıstan TƏPH və Xəzər dənizindən keçməklə Avropaya qaz kəməri daxil olmaqla alternativ qaz kəmərlərinin çəkilişində görür. Lakin çox güman ki, bir sıra maliyyə, siyasi, təhlükəsizlik və s. səbəblər üzündən ən yaxın vaxtlarda bu layihələrdən heç biri gerçəkləşməyəcək.

Tacikistana gəlincə, o, zəiflik mövqeyindən çıxış edir. Şanxay əməkdaşlıq təşkilatının bu yaxınlarda Daşkənddə keçən sammitində gülür və münasibətlərin müvəffəqiyyətini nümayiş etdirirdilər.

Tacikistan lideri İmaməli Rəhman və Çin prezidenti Si Szinpin arasında görüşdən sonra Tacikistan prezidenti administrasiyasının iyunun 23-də elan edilmiş açıqlamasında qeyd olunurdu: “2016-cı ilin I rübündə Tacikistanla Çin arasında ticarət dövriyyəsi 200 milyon dolları keçdi. Hətta əminlik ifadə edildi ki, bu göstərici birgə səylərlə 2020-ci ilə doğru ildə 3 milyard dollara çatdırılacaq”.

Ümumi mal dövriyyəsinin 2015-ci ildə 793 milyon dollar təşkil etdiyi nəzərə alınsa, bu, yetərincə cürətli proqnozdur. Bu məbləğin böyük hissəsini ÇXR-dən Tacikistana mal tədarükü təmin edib. Bununla belə, Tacikistan ixracatının cəmi 8,5%-i Çinə göndərilir.

Nəzərə almaq lazımdır ki, Çinin güclənən rolu Tacikistan iqtisadiyyatının sağlamlığını əks etdirmir, Rusiya kimi ənənəvi tərəfdaşların iştirakının azalması ilə izah olunur. Tacikistan iqtisadiyyatına birbaşa Çin yatırımları 2015-ci ildə 273 milyon dollara çatıb. Həmin dövrdə Rusiya yatırımları isə 35 milyon dollar təşkil edib. Rusiya yatırımları hələ 2010-cu ildə yekun məbləğin 30%-i təşkil edirdi.  

Nə qədər RF-də yüz minlərlə əmək mühaciri işləyir, Rusiya Tacikistan üçün önəmli rol oynamağı davam etdirəcək. Lakin bu adamların son illərdə evə göndərdikləri pul köçürmələrinin məbləği bu durumda xeyli dəyişikliyə işarə edir. Rusiya Mərkəzi Bankının martda dərc edilmiş məlumatlarına görə, Tacikistana köçürmələr, təxminən, 67% azalıb (2014-cü ildəki 3,8 milyard dollardan 2015-ci ildəki 1,28 milyard dollaradək). Bu göstərici 2013-cü ildə 4,16 milyard dollara çatmışdı. Tacikistanın xarici borcunun yarısı Rusiyayadır. Çindən artan iqtisadi asılılığın potensial nəticələri 2011-ci ildə qabarıq şəkildə üzə çıxdı: Düşənbə borcun bir qisminin silinməsi əvəzində Tacikistan ərazisinin 1%-ni Çinə verməyə razılaşdı.

Digər tərəfdən, Çin sərgilədi ki, etibarlı tərəfdaşdır və öz maliyyə öhdəliklərini yerinə yetirir. Son nümunə 200 milyon dollar həcmində Çin maliyyəsi cəlb etməklə Tacikistanın quzeyində İstiklol şəhərində  metallurgiya zavodunun bu ayda başlanmış inşasıdır. Şəhər administrasiyasının iqtisadi inkişaf və ticarət şöbəsinin rəhbəri Tatyana Panteleyeva bildirir ki, bu ancaq başlanğıcdır. Radio Ozodi (Azadlıq radiosu-tərc.) onun sözlərini misal gətirir: “Burada 70 hektar ərazidə “Tacikistan-Çin sənaye zonası” yaratmaq planlaşdırılır. Burada 5 sənaye müəssisəsi tikməyi planlaşdırırıq. Birinci növbədə zənginləşdirici fabrik inşa etmək niyyətindəyik”.

Tacik hökuməti ilin əvvəlində bildirdi ki, Çin respublikanın şimalında yeddi konsernin inşasına 500 milyon dollar qoyacaq. Tacikistan hökuməti son illərdə hər cür müxalifliyi boğub və müstəqil KİV-i sıxışdırıb. Nəticədə Çinin potensial hədsiz təsirinin ictimai müzakirəsi boğuq deyintiyə və müxalif ünsürlərin önəmli təsiri olmayan etiraza çevrilib.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə