XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyul 2016 - 13:27

İŞİD-ə qarşı Rusiya-Türkiyə ittifaqı? –İki ölkə arasında Suriya ilə bağlı mühüm razılaşmalar

CL

Yuri Zaynaşev

Vzqlyad.ru, 01.07.2016

 

Türkiyə və Rusiya Suriyada fəaliyyətin ümumi yanaşmasını razılaşdırıb. Həm də Türkiyə hökuməti işarə vurub ki, nəhayət, öz sərhədindən İŞİD-in “qidası”nı kəsməyə hazırdır. Türkiyə elitasına nə olub? Ankara niyə Rusiyanın çoxdan bildirdiyi mövqeyə kəskin şəkildə dönməyə məcbur olub?

Prezident Vladimir Putin və Rəcəb Ərdoğan iki ölkənin münsibətlərini bərpa etməyi qərara aldıqdan iki gün sonra Rusiya və Türkiyənin baş diplomatları cümə hünü danışıqlar apardı. Sergey Lavrov və Mövlud Çavuşoğlu Soçidə Qara dəniz iqtisadi əməkdaşlıq Təşkilatının XİN başçıları Şurasının toplantısında görüşüblər. Danışıqlar dövlət başçılarının qoyduğu vəzifələrin icrası yolunda ilk addım oldu. Lavrov danışıqların yekunları üzrə bildirdi ki, Rusiya və Türkiyə terrorla mübarizə üzrə işçi qrupun fəaliyyətini təzələyib, bundan savayı, hərbçilərin xətti üzrə təmasların yenilənməsi gözlənilir.

Lavrov deyib: “Bizim Türkiyə tərəfi ilə terrorizmlə mübarizə üzrə xarici işlər nazirlikləri və xüsusi xidmətlərin təmsilçilərinin daxil olduğu  ikitərəfli işçi qrupumuz yaradılıb. Onun fəaliyyəti məlum səbəblər üzündən son yeddi ayda dayanmışdı, lakin bu gün bunu operativ şəkildə yeniləməyi qət etdik. Düşünürəm ki, təmaslar başqa kanallarla, o cümlədən Suriya hökumətinin dəvətinə uyğun olaraq bizim HKQ-nin fəaliyyəti və Türkiyənin ABŞ-ın başçılıq etdiy koalisiyanın üzvü olduğu nəzərə alınmaqla iki ölkənin hərbçiləri arasında da inkişaf edəcək”.

 

Sərhəddən “terrorçulara dəstəyin kəsilməsi”

 

Lavrovun fikrincə, Rusiya və Türkiyə hər şeyi, hətta ən çətin məsələləri, o cümlədən “sərhəddən keçməklə terrorçulara xaricdən yardım gəlməsi”ni də müzakirə edə bilər. Nazir qeyd edib: “Bu gün bu mövzunu ümumi şəkildə qeyd etdik, ümid edirəm ki, praktikada ümumi nəticəyə çata bilərik”.

Lavrov əlavə edib ki, kimi terrorçu saymaqda Rusiya ilə Türkiyə arasında fikir ayrılığı yoxdur. “Bizi atıq çoxdan narahat edən durumu, yəni amerikalı tərəfdaşlarımızın ayrı-ayrı müxalif dəstələri “Cəbhət ən-Nusra”dan ayıra bilmədiyi vəziyyəti bu gün müzakirə etdik”, – deyə yada saldı ki, amerikalılar bunu çoxdan etməyə söz veriblər.

Düşünmürəm ki, terrorçu qruplara nisbətdə RF və Türkiyə baxışları arasında fərq var, – Mövlud Çavuşoğlu onu təkrar etdi.- Radikal qruplar var, mötədil qruplar var və onlar bəzi bölgələrdə bir-birinə qarışıb. Biz xahiş edirik ki, yaxşı insanlar radikal qruplardan ayrılsınlar, əks halda təhlükə var ki, mötədil müxalifət daha da radikal olar”.

Türkiyəli nazir əmin edir ki, Ankara da İŞİD-lə müharibə aparır. Lakin Lavrovdan fərqli olaraq qonaq dərhal qeyd etdi ki, Suriyadakı xalq özünü müdafiə dəstələrini də terrorçu sayır. Və bu aşkar şəkildə o məsələ deyil ki, Rusiya və Türkiyənin mövqeyi üst-üstə düşə bilsin. İstənilən halda, Ankara Cenevrədə Suriyadaxili danışıqların tezliklə təzələnməyi uğrunda çıxış edir. Türkiyə XİN başçısı deyib: “Siyasi nizamlama ən yaxşı variantdır. Cenevrədə danışıqlar mümkün qədər tez təzələnməlidir. Biz humanitar çıxış və Suriyadakı durumun ehtiva etdiyi bütün təhlükələrlə bağlı Rusiya ilə daha sıx şəkildə koordinasiya olunmağa razılaşdıq”.

 

Ərdoğan 180 dərəcə dönüş etdi

 

Türkiyəli politoloqların yazdığı kimi, Ankara Suriya üzrə mövqeyini dəyişdirir, xüsusən də de-fakto daha Əsədin dərhal gedişini tələb etmir. Ekspertlərin fikrincə, Ankara əvvəllər Şimali Suriyanın sabitsizləşdirilməsini daim dəstəkləyirdi, lakin indi artıq birbaşa Türkiyənin özünün mövcudluğu haqda məsələ qarşıda durur.

Türkiyə Suriya ilə bağlı məsələni aşkar şəkildə həll etmək istəyir –  xüsusən də ətrafında döyüşlər gedən Hələblə bağlı məsələni, – strateji kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov “Vzqlyad” qəzetinə izah edir. – ABŞ kürdlərə, böyük Kürdüstana istinad edir ki, bu da Türkiyə üçün öldürücüdür. İran boru kəmərlərinin əksəriyyəti kürd torpaqlarından (mətndə bu cürdür-tərc.) keçir. Yəni yekunda Türkiyəni neftdən də, Yaxın Şərqdən də aralı salacaqlar. Türkiyə faktiki olaraq iki dənizlə kürdərin arasında qısılımış vəziyyətdə qalacaq. Bundan uyğun effekt olacaq. Hazırda Türkiyənin seçimi çox da böyük deyil. Amerikanın kürd ssenarisi gerçəkləşərsə və kürdlər ciddi şəkildə güclənsə, onda Türkiyənin türkmənlərə halı qalmayacaq və özünü xilas etməli olacaq”.

Ekspert məlumat verir: “Türkiyə xüsusi xidmətləri hazırda İstanbulda terrorçuların bazalarında və həmçinin güney-şərqdə Surya sərhədinin yaxınlığında kütləvi həbslər aparır. Onlar Moskvanın artıq iki il öncə xahiş etdiyi işlə indi məşğul olmağa başlayıblar. MDB-dən gələnlərin əksəriyyətini nəzarətə götürüblər, yaraqlılaırın yaşadığı, istirahət etdiyi, müalicə olunduğu, sonra isə asudə şəkidə Suriaya axışdığı mənzilləri dağıdırlar”.

Politoloq xəbərdarlıq edir: “Hazırda bütün məsələ bundadır ki, Türkiyə  öz addımlarında nə qədər ardıcıl olacaq, yaraqlılarla mübarizədə Ərdoğanın sərtliyi kifayət edəcəkmi? Axı İstanbul aeroportundakı partlayış Ərdoğana aşkar siqnaldır ki, Rusiya ilə dostluq etmək lazım deyil. Əks halda MDB-dən çıxanlara Suriyaya çıxış kanalları bağlanmasa, onlar artıq Türkiyəyə qarşı da vuruşmağa başlaycaqlar. Əslində, Ərdoğanın seçimi o qədər də asan deyil, çünki hərbi rəhbərliyin, o cümlədən əks-kəşfiyyatın önəmli qismini əvvəllər həbsə atdı. İndi isə xüsusi xidmətləri fundamental şəkildə inkişaf etdirməyi lazımdır – artıq xarici deyil, daxli əməliyyatlar üçün. Ankara trafiklə ciddi şəkildə mübarizə aparmağa başlamasa, Moskva ciddi imtiyazlar buraxmayacaq”.

Abzalov hesab edir: “Bu, baş versə, onda İŞİD Suriyaya qapanacaq. Türkiyə tərəfdən qidalanma tam kəsilsə, Rakka çökəcək – həm də bir-iki həftə ərzində. Hazırda Türkiyə üçün iki şərdən qismən ziyansızı budur ki, bunu ABŞ-ın dəstəyi ilə kürdlər deyil, Rusiyanın dəstəyi ilə Suriya ordusu etsin. Bundan sonra İŞİD problemi ancaq İraqda qalacaq, lakin burada İraq ordusu artıq işinin öhdəsindən uğurla gəlir. Ona görə də Ərdoğanın maraqlıdır ki, Surya ordusu “kürd xüsusi təyinatlısı”nı və Amerika gündəliyini qabaqlasın”.

Rusiyanın Suriya səfiri Aleksandr Kinşakın “Vzqlyad” qəzetinə bildirdiyi kimi, ümid edir ki, hazırda Moskva ilə Ankaranın bir çox məsələlər üzrə yanaşması yaxınlaşacaq.

 

“Türkiyə, heç olmasa, kürsüsünü saxlamaq istəyir”

 

“Türkiyə sərhədi bağlasa və yaxud heç olmasa, nəzarəti gücləndirsə, Hələblə bağlı sabitləşmədə olduqca önəmli amil olar. Orada fəaliyyət göstərən “ən-Nusra” və onun törəmə təşkilatları Türkiyəyə olduqca ciddi şəkildə bağlıdır. Yekunda azdan-çoxdan hansısa sazişə gəlmək üçün Ankara onların köpünü ala bilər”.

Ekspert sadalayır: “Türkiyə indi danışıqlar prosesində, heç olmasa, öz kürsüsünü saxlamaq istəyir. Moskva bunda ona kömək edə bilər. Ankara türkmənlərin və digər milli qrupların maraqlarını təmin etmək istəyir. Aydındır ki, Moskva bütün oyunçuların – Bəşər Əsəd, İran, İsrail, səudlar, indi isə hələ türklərin maraqları üçün dərhal eyni məxrəc tapmaq niyyətindədir. Beləliklə, Moskva Suriyada sabitlik əldə edəcək və göstərəcək ki, amerikalıların hamı ilə – Türkiyə, Səudyyə Ərəbistanı və İsraillə dalaşdığı bir vaxtda arbitr, danışıqçı rolunda çıxış edə bilər. Moskva indi danışıq mövqelərinin hamısını bir sahəyə daxil etmək istəyir. Hazırda bizim hamı ilə danışıq möveyimiz yaxşıdır. Türkiyə ilə bu günki əhvalat bütün Böyük Yaxın Şərqdə sabitləşmədə son naxış ola bilər ki, bu da bölgədə artıq ciddi üstünlüyə iddia etməyə imkan verər”.

 

Tərcümə Strateq.az-ındır.