XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 14:02

Putin yoxa çıxıb

Rusya Devlet Başkanı Putin, bir haftadır hiçbir yerde görülmedi

Qazaxıstanın paytaxtı Astanada 12-13 Mart tarixlərində keçirilməsi planlaşdırılan Rusiya, Qazaxıstan, Belarus Liderlər Zirvəsində Putinin iştirak edə bilməyəcəyi açıqlandı.

Zirvəni təşkil Qazax diplomatlardan biri “Putin hərhalda xəstələnmiş. Ona görə gələ bilmir” -deyincə, “Putin harada?” sualı bütün Rusiyanın gündəm mövzusuna çevrildi. Strateq.az xəbər verir ki, bu məlumatı Türkiyənin “Hürriyyət” qəzeti yayıb. Qəzetin bildirdiyinə görə, Rusiyanın qəzet və xəbər agentlikləri Putinin 5 Martdan bu yana ictimaiyyətin qarşısına çıxmadığını yazıblar. Putin son olaraq 5 Martda İtaliya Baş naziri Matteo Renzi'yi Kremlin Sarayında qəbul etmişdi.

Kremlin rəsmi internet saytı isə Putinin son günlərdə iki qubernatorla görüşdüyünü və Rusiya Təhlükəsizlik Şurasının yığıncağına qatıldığını yazır. Prezidentin mətbuat müşaviri Dmitriy Peskov da xəbərin şaiyə olduğunu qeyd edərək “əmin ola bilərsiniz, Prezident Putin sap-sağlamdır” deyib.

Putinin harada olduğu və niyə görünmədiyinə açıqlıq gətirməyən Peskov Astana sammitinin ümumi razılıqla təxirə salındığı söyləməklə kifayətlənmişdi.