XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 15:38

Türkiyə azərbaycanlı qadının başına 1 milyon 500 min pul qoydu –Sensasion faktlar və fotolar

ulker-memmedova-isiddd

Türkiyə Daxili İşlər Nazirliyi İŞİD terror dəstəsinin üzvlərinin axtarış siyahısını yeniləyib.

Strateq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytındakı "terorarananlar.pol.tr" bölməsində qırmızı xətlə axtarılan siyahıda Azərbaycanı da yaxından maraqlandıracaq faktlar yer alıb. Belə ki, axtarışda olan terrorçuların yerini söyləyənlərə böyük məbləğdə pul mükafatının vəd edildiyi siyahıda 1987-ci il təvəllüdlü Ülkər Məmmədova adlı azərbaycanlı qadının da adı göstərilib.

O, ötən ilin oktyabrın 10-da Ankarada törədilən terror aktı nəticəsində 100 nəfərin ölümü, yüzlərlə şəxsin yaralanmasında günahlandırılaraq, 21 nəfərlə birlikdə axtarışa verilib. Bu səbəbdən başına bizim pulla 750 min manat pul mükafatı qoyulub.

Onu da qeyd edək ki, axtarış siyahısında Azərbaycanla yanaşı, Qazaxıstan vətəndaşı olduğu bildirilən başqa bir qadının da adı var.

Strateq.az xəbər verir ki, Ülkər Məmmədovanın yerini söyləyən şəxsə 1 milyon 500 min lirə (təxminən 750 min manat) pul mükafatı veriləcək.

Ümumiyyətlə, siyahıda başda axtarışda olan və fotoları qırmızı rəngli siyahıda göstərilən 3 İŞİD-çi üçün 4 milyon lirə, mavi rəngli syahıda olan 18 İŞİD üzvünün həbs edilməsinə yardımçı olanlara isə 1 milyon 500 min lirə mükafat veriləcəyi rəsmən bəyan edilib. Yaşıl siyahıda adları olan İŞİD üzvlərinin yaxalanması üçün 1 milyon, narıncı siyahıda olanlar üçünsə 600 min lirə pul ayrılıb. 300 min mükafat isə 18 İŞİD-çinin yerini söyləyənə təqdim olunacaq.

Strateq.az Ülkər Məmmədova daxil olmaqla, axtarışda olanlardan bəzilərinin fotosunu da təqdim edir:

 

 




Yuxarı Əvvələ Ana Səhifə