XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

13 İyul 2016 - 18:22

Məşhur amerikalı ekspert çeçen liderin əleyhinə yazdı:“Ramazan Kadırov Putinə necə kələk gəlir?”

putin-kadırov

Mark Qaleotti

Vox (ABŞ), 13.07.2016

 

Ramzan KadırovÇeçenistan respublikasının 39 yaşlı lideri və narazılığı ifadə etməkdən ötrü adamı boks rinqində kötəkləməyi məqbul üsul hesab edən adam özünə yeni köməkçi axtarır. O, məhz Kadırova məxsus ibarəli üslubda televiziya realiti-şousunda özünə köməkçi seçir. Lakin Kadırovun bandit, diqqəti cəlb etməyə yönəlmiş əzilib-büzülmələri altında qəribə, effektli, indicə siyasi çevriliş keçirmiş və Vladimir Putinin taktikasını bir çox baxımdan onun özünə qarşı yönəltmiş bir siyasi xadim gizlənir.

Quruyan iqtisadiyyatı böhran yaşayan və əhalisi rekord sayda mühacirət edən ölkənin lideri kimi Putin, sözsüz ki, öz gücünü gərəyindən artıq qiymətləndirir və beynəlxalq münasibətlər sahəsində öz kateqoriyasında (dzüdo zərbələri?) vuruşmur. O, qaraqorxu, iradə və həyasızlıqdan kombinasiya tətbiq edir, qalanlarını hələ də bir-birinə bağlayan qaydaları pozmağa can atır.

Deyəsən, o, Ramzan Kadırovda özünə bənzərini tapıb. Bir çox yerlərin, məsələn, Ukraynanın son illərdə Rusiyadan böyük asılılığa düşdüyü vaxtda Kadırov öz kiçik bölgəsini (Konnektikutdan bir az  böyükdür) praktik olaraq Moskvadan azad etməyin yolunu tapıb. Kadırov iyulun 2-də formal olarq elan edib ki – və heç kim heç bir təəccüb bildirmədi – bu ilin sentyabrında yenidən Çeçenistan prezidentliyi postuna namzidəliyini irəli sürəcək və bununla da, yəqin ki, qələbə çaldığı Moskva ilə pərdəarxası mübarizənin başa çatdığına işarə edir.

Kadırov dünyaya söyləyir ki, Putinin ən sadiq tərəfdaşıdır, lakin əməldə öz prezidentini naqolay vəziyyətdə qoyur, Moskvadan milyonlar oğurlayır və sudan quru çıxır.

 

Qroznı Moskvaya qarşı

 

Rusiya Federasiyasının güney sərhədi boyunca yerləşmiş kiçik bölgə  – Çeçenistan 19-cu əsrdə işğal edildiyi vaxtdan Rusiya üçün problem olub. Çeçenlər istənilən imkandan istifadə edərək Rusiya idarəçiliyindən qurtulmağa çalışıb və Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ilin axırında müstəqillik elan etdilər ki, Moskva da buna yol verə bilməzdi. 1994-1996-cı illərdə ilk dəhşətli müharibə çıxılmaz vəziyyətdə başa çatdı. İkinci müharibə (1999-2009) dəhşətli itkilər və Əhməd Kadırovun başçılıq etdiyi qiyamçı fərarilərlə əməkdaşlıq sayəsində Çeçenistanı Rusiyanın qanadı altına qaytardı. O, 2004-cü ildə bomba partlayışı zamanı həlak olduqdan sonra oğlu Ramzan əvvəlcə Çeçenistanın baş naziri, sonra isə prezidenti oldu.

Lakin bu il Kremllə Kadırov arasında zaman-zaman qəribə qarşıdurmalar baş verir. Kadırov 2007-ci ildən qiyamçı Çeçenistanda Putinin adamı idi. O, Çeçenistanı narahat Şimali Qafqazda nisbi sabitlik limanına çevirdi. Lakin bu sabitlik Rusiyanın pulu və Çeçenistanda insan haqları bahasına satın alınıb. Çeçenistan respublikası büdcəsinin 80%-dən çoxu Moskvadan Çeçenistanın mərkəzi hissəsini Kadırov şöhrətpərəstliyinin görkəmli, çoxmərtəbəli (və parktik olaraq boş) arxitektura abidəsinə çevirmiş, onu və adamlarını hədsiz dərəcədə varlandırmış subsidiyalarla təmin edilir.

Kadırov bir insan kimi – gəlirləri haqda son hesabatda 5 milyon rubl (78 min dollar) rəqəmi göstərilir – ağa həyatı sürür, "Lamborghini Reventón" daxil olmaqla dəbdədəli maşınlardan qarajı və həmçinin şəxsi zooparkı var. Eyni zamanda Çeçenistan “kadırovçular” deyilənlərin, texniki baxımdan Moskvaya tabe, lakin əslində Kadırova loyal təhlükəszlik qüvvələrinin nəzarət etdiyi polis dövlətidir. “Human Rights Watch” qurumu bu il xəbərdarlıq edib ki, Çeçenistan hökuməti “onu tənqid edənlərə qəddarcasına və kəskin şəkildə divan tutur”.

Bu, Moskvanı o qədər də narahat etmir. Kadırovun getdikcə daha çox təcavüzkar və qeyri-adi hərəkətləri lap çox narahatlıq doğurur. Rusiyalı siyasətçi, Putin hökumətinə müxalif Boris Nemtsov 2015-cin il fevralın 15-də hərfi mənada Kremlin qarşısında qətlə yetirildi. Getdikcə daha da aydın olur ki, hücumun arxasında duran çeçenlər ya Kadırovun əmri, ya da ən azı, onun postfaktum dəstəyi ilə hərəkət ediblər.

Güman etmirəm ki, Putin Nemtsov üçün  darıxacaq, lakin qətl onu yolundan çıxartdı. Yazılmamış qayda var: xırda balıqlar təmiz qənimətdir, lakin Kremlin göstərişi olmadan müxalif liderlərə toxunmaq olmaz. Qərb Rusiyanı artıq rüsvayçılıq dirəyinə mıxladığı bir vaxtda Putin ya mənasızcasına qana batmış şəkildə, ya da zəncirdəki köpəklərinə nəzarət etməyə iqtidarsız görünürdü.

Kadırovun təhlükə təşkil etməyində həmfikir olan Rusiya xüsusi xidmətlərinin başçıları ümid edirdilər ki, onun hərəkətləri Putinin havadarlıqdan imtinası üçün kifayət edəcək, lakin Rusiya prezidenti ən sonda geri çəkildi – əlbəttə, Çeçenistanda daha bir müharibəyə başlamayacaqsa.

Kadırov sakitləşmək əvəzinə, plankanı qaldırmağı qət etdi. Sibirli bir siyasətçi facebook-da onu “Rusiyanın üzqarası” adlandıranda “Çeçen xalqı təmsiçiləri” bandası onun yanına gəldi ki, ictimai şəkildə üzr istəməsə, onun da Nemtsov kimi ziyan çəkə biləcəyi haqda eyham vursun. Kadırov o zaman Instagram-a – öz sevimli kommunikasiya vasitəsinə – müxalif siyasətçiləri tüfəng nişangahında göstərən video  qoydu.     

Hətta federal xüsusi xidmətlərə xəbərdarlıq edib ki, icazəsi olmadan Çeçenistana nüfuz etməyə cəhd zamanı onun adamları ölümcül atəş açacaqlar.

cecen

Kadırovun davranışı Putinin özünün dərsliklərindən köçürülüb. Putin NATO-ya – xərcə və silahlarına görə Rusiyadan üstün alyansa – meydan oxuyur və hədə-qorxu gəlir və əmindir ki, Qərb açıq qarşıdurmaya girişməyəcək. Durum nəzarətdən çıxarsa, qaraqorxunu qaraqorxu adlandırmağa cürət etməyən opponentlərinə arxayın olaraq, beynəlxalq diplomatiya qaydalarını pozur.

Kadırov da bu qaydada Moskvaya meydan oxuyur, lakin büdcəsi ondan asılıdır və Moskva onun hər əsgərinə daha on əsgər tapa bilər. O isə əksinə, Putinin üçüncü Çeçenistan kampaniyasına risk etmək istəksizliyinə bel bağlayır. Lakin qətlə görə cəzadan yayınmaq başqa məsələdir. Kadırov isə daha çox şeyə nail olmağa çalışır – Moskvadan pul almağa davam edəcəyi vədinə. Ən nəhayətdə, bu pullar təkcə onun şəxsi əyləncələri üçün deyil, həm də öz adamları və güc qurumlarını ələ almaq üçün lazımdır.

Belə ki bu ilin fevralında Putinə yeni lider seçmək təklifi verərək hamını şoka saldı. Guya, Kadırov özünü ailəsinə, İslama həsr etsin və hətta ola bilsin, orduya qoşulsun.

Bu, birmənalı və birbaşa şantaj idi. Qəbul edilmiş qaydaların pozulmasında çəkili siyasi alternativlər təklif edən bütün çeçenlər son illərdə qətlə yetirilib. 30 min nəfərə yaxın sayı olan Çeçenistan təhlükəsizlik qüvvələri məhz ona şəxsi and içdiyinə görə “kadırovçular” kimi məşhurlaşıb.

Guya, Çeçenistana yeni lider tapmaq cəhdiylə rejimə meydan oxuyan Kadırov, əslində, onları etiraf etməyə məcbur etdi ki, buna nail olmayacaqlar.

Rusiya xüsusi xidmətinin bir zabiti bir zamanlar mənə danışırdı ki, “əgər kimsə Ramzanın yerini tutmaq istədiyinə işarə etsə, kadırovçular elə ertəsi gün onun cəsədini Sunju çayına atarlar”.

 

Kadırovun üstünlüyü

 

Putin Kadırovu və onun manerasını – qanlı üsullarını, şəxsi ordusunu, kütləvi şəkildə adam oğurlamağı – ya qəbul edə bilər, ya da alternativ təklif edə bilərdi. Putin asan yol seçdi və Kadırovun hərəkətini qaraqorxu adlandırmaqdan imtina etdi. Kadırov incə şəkildə özünü qalmaq üçün dilə tutmağa imkan verdi – millətin rifahı və indicə şantaj etdiyi, şəxsi dərin sədaqəti olan adama görə…

Kadırov indi tam toxunulmazlığı haqda nəticə çıxarda bilər. Hətta federal büdcənin güclü basqı altında olduğu və Krımın yenidən təşkilinin başda durduğu bir vaxtda pullarını almağa davam edir. Çeçenistan subsidiyalarının əsas məbləği azalanda hökumət ziyanı ödəmək üçün başqa qaynaqlar tapacaq.

ramzan

Respublikanın neft-kimya infrastrukturuna nəzarət edən  “Чеченнефтехимпром” dövlət şirkəti Kadırovun nəzarətinə keçir və Çeçenistanda federal pullar sayəsində yeni (tələb olunmayan) neft emalı zavodu tikiləcək.

Buna görə də Kadırovun prezident seçkilərinə qatılmaq qərarı (hansı ki, bu və ya başqa şəkildə ciddi üstünlüklə udacaq) yalnız onun yekun zəfərinin ifadəsidir. Putini “putinləşdirdilər” və öz çeçen komandiri ilə toqquşmadan yayınsa da, gələcəkdə buna təəssüflənə bilər.

Ən nəhayətdə, Kadırov təkcə Putin siyasətinin qaydalarını pozan, bunu açıq şəkildə və zəfərlə edən əcaib insan deyil. O, sübut etdi ki, Kremlə meydan oxumaq və qalib gəlmək mümkündür.

 

Tərcümə Strateq.az-ındır.