XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 13:09

Erməni analitik: “Rusiya Ermənistanı mərhələli həllə məcbur edir” –Təhlil

lavrov

Gevorq Darbinyan

Yerkir (Ermənistan),14.07.2016

 

Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin Azərbaycanın ANS TV agentliyinə (mətndə bu cürdür-tərc.) müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan silah tədarükü haqda yeni saziş imzalayacaq. Səfir bu bəyanatı Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində verib.  

Rusiya XİN-in buna qədər bildirdiyi kimi, gündəliyin əsas məsələlərindən biri Qarabağ münaqişəsinin nizamlanmasıdır. Lavrovn artıq Bakıda olub, həm prezident Əliyevlə, həm də xarici işlər naziri Məmmədyarovla görüşlər keçirib və sonra elan edib ki, tərəflər problemin nizamlanmasına daha çox yaxınlaşıb.

İlk baxışdan son dərəcə qəribə görünür ki, rəsmi Moskva bir tərəfdən Qarabağ münaqişəsinin nizamlanması üçün fəal səylər sərf edir, digər tərəfdən isə birbaşa Lavrovun səfərindən öncə Azərbaycana yeni partiya hərbi texnikanın tədarükü haqda sazişin olduğunu vurğulayır. Məsələ bundadır ki, Moskvada başa düşməyə bilməzlər ki, bu bəyanat İrıəvanda hansı reaksiyanı doğuracaq. Deməli, Azərbaycana hərbi texnika tədarükü haqda informasiya axınının fəallaşması Rusiyanın səriştəsiz və qeyri-ardıcıl siyasətinin nəticəsi deyil və konkret siyasi hədəfləri güdür.

İlham Əliyev NATO sammitinə baş çəkməzdən və Qarabağ məsələsini ATƏT MQ həmsədrləri, ABŞ dövlət katibi Con Kerri ilə müzakirəsindən əvvəl iki son dərəcə aydın ismarıc səsləndirdi. Birincisi, Azərbaycanın ərazi bütövlüyündən kənarda DQR-ə (mətndə bu cürdür-tərc.) hansısa bir status verməyə heç vaxt razılaşmayacaq. İkincisi, məsələ istisnasız olaraq mərhələli üsulla həll edilməlidir ki, bu da əvvəlcə Ermənistan qoşunlarının “Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması”nı nəzərdə tutur. Bakı buna paralel olaraq Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və qismən Sankt-Peterburq görüşlərində qoşunların təmas xəttində təhqiqat mexanizminin tətbiqi, ATƏT-in indiki sədrinin təmas xəttində monitorinq keçirən Özəl təmsilçisinin ofisinin genişləndirilməsinə nisbətdə əldə edilmiş sazişlərin icrasına təkidlə mane olur.

Ermənistan prezidenti Serj Sərkisyan öz növbəsində NATO sammiti zamanı bildirib: “Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmə hüququ qəbul edilsə, status-kvo dəyişiləcək”. Əslində, Sərkisyan eyham vurub ki, Ermənistan tərəfi üçün birinci növbədə Dağlıq Qarabağın öz müqəddəratını müəyyən etməsi mexaniziminin artıq bu mərhələdə konkretləşdirilməsi vacibdir. Yəni Ermənistan ona can atır ki, bu mexanizm Kazan sənədinin nəzərdə tutduğu kimi gələcəyə saxlanmasın, ərazilərin qaytarılmasından əvvəl konkretləşsin. Bu da ondan xəbər verir ki, proses “mərhələli sazişlər, mərhələli nizamlama” formulu üzrə irəliləyir.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın mərhələli nizamlamaya nisbətdə Panorama.am agentliyinə şərhi də bundan xəbər  verir: “Münaqişə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnu gerçəkləşdirilməsi və Azərbaycanın öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağ respublikasına qarşı təcavüz məsuliyyəti çərçivəsində həyata keçirilməsi əsasında nizamlanmalıdır”.

Yəni aydın olur ki, danışıqlar nizamlamanın mərhələli və yaxud zərf variantları arasında seçimin dönüş mərhələsindədir. Ermənistan DQR üçün referendumun keçirilməsinin konkret müddətini əldə etməyə çalışır, Azərbaycan isə iddia edir ki, Dağlıq Qarabağ keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri ilə de-yure Azərbaycanın tərkibində qalsın, hər hansı tərkib əldə etmək perspektivi olmasın, həmsərhəd ərazilər isə ona qaytarılsın.

Ermənistan tərəfi öz məqsədinə yetişmək üçün Vyana və Sankt-Peterburqda əldə edilmiş sazişlərin gerçəkləşməsinin zərurətini “təzədən çalır” ki, bir tərəfdən sərhədlərdə nisbi sakitliyi saxlasın, digər tərəfdən isə mərhələli nizamlamadan yayınsın. Azərbaycan bu sazişi rədd etməyə cəhd edir ki, “legtim müharibə” deyilən şantajlı taktikaya qayıtmaq imkanı əldə etsin. İlham Əliyev bildirib ki, yeni toqquşmalar imkanı istisna olunmur. O bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Tvitterdə öz mikrobloqunda Əliyevin Varşavada ABŞ dövlət katibi Con Kerri ilə görüşündə müharibə istəmədiyini bildirdiyini yazandan cəmi bir gün sonra bəyan edib. Hətta bu bəyanat Lavrov Bakıda olarkən və Rusiya səfirinin silah tədarükü haqda yeni Rusiya-Azərbaycan sazişinin imzalandığı haqda açıqlaması fonunda baş verib.  

Bu qayda ilə aydın olur ki, Rusiya tərəfi Qarabağ münaqişəsinin sürətlə nizamlanmasını əldə etməyə can atmaqla Azərbaycan üçün prinsipial “mərhələli” nizamlamaya üstünlük verir. “Mərhələli” nizamlama altında nəzərdə tutulan mətləb münaqişənin nizamlanmasının “Lavrov planı” deyilən Ruisya görümü ilə praktik olaraq üst-üstə düşür. Məsələ bundadır ki, Ermənistan tərəfi bu varianta razılıq verməyə inandırılsın və yaxud məcbur edilsin, yəni Dağlıq Qarabağda referendum keçirmək tələbindən imtina edilsin.

İrəvan Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni danışıqların başlanması üçün ilkin şərt kimi Vyana sazişlərinin gerçəkləşdirilməyini son günlər ərzində yenidən tələb etməyə çalışır. Ermənistan XİN başçısı Edvard Nalbəndyan Kiyevdə Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü zamanı bəyan edib: “Danışıqlar prosesinin davamı üçün şəraitin təmin edilməsi məqsədilə prezidentlərin görüşündə danışılan və əldə edilən razılaşmaların – münaqişənin istisnasız olaraq dinc həlli, müddətsiz barışıq haqda üçtərəfli 1994-1995-ci illər sazişinin gerçəkləşdirilməsi, insidentlərin təhqiqatı mexanizminin qurulması, ATƏT-in fəaliyyətdə olan sədrinin Özəl təmsilçisinin ofisinin genişləndirilməsini həyata keçirtmək zəruridir”.

Bu dəyişiklik, İrəvanın ahənginin dəyişilməsi, ultimativ taktikaya qayıdış ondan xəbər verir ki, Ermənistan tərəfi mərhələli nizamlama məsələsində həqiqətən də basqı hiss edir və Vyana razılaşmalarının yeinə yetirilməsni tələb edərək müdafiə olunmağa çalışır. Ehtimal ki, məhz bu müdafiəni qırmaq üçün İrəvanı dolayı təhdid vasitəsilə – Lavrovun Bakı səfəri ərəfəsində Azərbaycana silah tədarükü haqda yeni sazişin imzalandığı bəyanatı ilə psixoloji təcavüzə məruz qoyurlar.

Bu durumda ATƏT Minsk qrupunun qalan iki həmsədrinin – Fransa və ABŞ-ın mövqeyi önəm qazanır.ABŞ dövlət katibi Con Kerri ən yaxın günlərdə Moskvaya səfər edəcək. Gündəlikdəki digər məsələlər sırasında həm də Qarabağ münaqişəsi müzakirə ediləcək. Güman ki, Ermənistan tərəfini mərhələli nizamlamaya tərəf məcbur etməyə yol verilib-verilməyəcəyi məhz bu danışıqlardan asılı olacaq.

 

Tərcümə Strateq.az-ındır.