XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 00:10

Türkiyədə Ərdoğana qarşı qiyam:Atışma gücləndi, yaralılar var, Ərdoğan xalqı meydanlara səslədi... (VİDEO)

herbi-korpu

Türkiyədə iqtidara qarşı hərbi çevrilişə cəhd olub: ordu birləşmələri ayağa qalxaraq, İstanbulda strateji əhəmiyyət daşıyan iki körpüdə nəqliyyatın hərəkətini dayandırıb. Bundan başqa, qiyamçı hərbçilər orduya aid xeyli texnika və silahla hərəkətə keçərək, açıq formada iqtidarı devirmək istəklərini elan ediblər.

Strateq.az xəbər verir ki, baş verənlər barədə az öncə Türkiyənin baş naziri Binəli Yıldırım da açıqlama verib.

O, Avropa ilə Asiyanı birləşdirən körpüləri "Ordudakı yapılanma"nın dövlətə qarşı qiyamı olduğunu təəssüflə açıqlayaraq, deyib ki, baş verənlər hərbçilərin bir hissəsinin hökumətə qarşı çıxışlarıdır: "Millət rahat olsun. Kimsənin qanunsuz əməlinə, demokratik prinsiplərə zidd hərəkətinə, o cümlədən ölkənin seçilmiş hökumətini qanunsuz, hərbi güc tətbiq etməklə devirməsinə imkan verilməyəcək! Bu, ordu içindəki bir qrupun dövlətə üsyan cəhdidir. Ancaq heç kimsə bununla istəyinə çata bilməyəcək, demokratiya zidd hər hansı bir hərəkətə yol vermək olmaz. Seçilmiş hökumət var və bu hökumət də iş başındadır. Bu hökumətlə bağlı qərarı ancaq millət verə bilər. Bu hərəkətə qalxanlar isə ən ağır formada cəzalandırılacaqlar! Millətimiz rahat olsun!".

Baş nazir bildirib ki, hazırda güvənlik gücləri əməliyyata başlayıb və tezliklə hakimiyyəti devirməyə cəhd edən hərbçilər zərərsizləşdiriləcək.

Son məlumata görə, artıq döyüş helikopterləri və jandarma, o cümlədən digər aidiyyəti qüvvələr əməliyyata başlayıblar.

*** 

Türkiyənin NTV kanalı F-16 qırıcılarının da havaya qaldırıldığını açıqlayb. Hazırda qiyama qalxan hərbi birləşmələrin zərərsizləşdirilməsi əməliyyatının keçirildiyi açıqlansa da, o da bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı üzərində də super helikopter – "Kobra"lar alçaqdan uçuş həyata keçirməyə başlayıblar. Bu uçuşların hansı qrup tərəfindən keçirildiyi isə bilinmir…

***

Türk Silahlı Qüvvələri rəsmi saytında məlumat yayaraq, ölkənin idarəçiliyinə əl qoyulduğunu açıqlayıb. Artıq ordu rəhbərliyi küçələrə zirehli texnika çıxarıb. Maraqlıdır ki, polislərin orduya qarşı müqavimət göstərdiyi bildirilir, hətta "Vətən" küçəsində silahlı atışma xəbərləri də var.

***

00.36. Bu dəqiqələrdə ordu ilə polis qüvvələri arasında danışıqların getdiyi bildirilir. Ordunun polisdən silahı yerı qoymaq tələbinin olduğu deyilir. Ancaq əraziyə yaxın olan Polis Akademiyası ilə MİT-ə bağlı qurumlardakı qüvvələrin ordu ilə güclü atışmalara başladığı xəbərləri də yayılır.

***

00.43. NTV-də canlı verilən məlumata görə, Boğaziçi körpüsü yaxınlığında 20 dəqiqəyə yaxındır atışma səsləri eçidilir. Jurnalistlər hadisə yerinə buraxılmır…

***

00.45. "Anadolu" xəbər verir ki, baş qərargah rəisi Hulisi Akar qiyamçılar tərəfindən girov götürülüb. Məhz bundan sonra qiyamçılar əvvəlcə havaya F-16-ları qaldıraraq, İstanbul üzərindən alçaqdan 1 saata yaxın uşuş həyata kemirdikdən sonra ordu hərəkətə gətirilib.

***

00.47. Bu dəqiqələrə qədər prezident Ərdoğandan hər hansı bir açıqlama və xəbərin olmaması da Türkiyə mediasının gündəmindədir.

***

00.55. Bir əsgərin yaralandığı açıqlandı. Xəbərə görə, polis və jandarma qüvvələri də silahlandırılaraq qiyamçı ordu ilə üz-üzə gətirilir. Ordu isə artıq bəzi həssas nöqtələrə tanklalr da çıxarıb və bu görüntülər canlı yayımda da açıq görünür…

***

01.00. Türkiyə Müdafiə Naziri TSK-nın "yönətimə əl qoyduq" açıqlamasını "korsan (quldur) açıqlama" adlandırdı.

***

01.01. Atatürk Hava Limanının da ordu tərəfindən nəzarətə alındığı bildirilir…

***

01.05. "Anadolu" bildirib ki, Ərdoğan bu dəqiqələrdə Atatürk Hava limanına doğru gedir.

***

01.05. TSK-nin iqtidarı ələ keçirməsi dövlət kanalı TRT-dən rəsmi bəyanatla açıqlandı. Açıqlamada Ərdoğana və hökumətə qarşı açıq ittihamlar yönəldilib, onların devrildiyi və məhkəməyə çəkiləcəkləri rəsmən bildirilib.

Ordu hazırda ölkədə fövqəladə vəziyyət də elan edib.

***

01.20. AKP xalqı küçələrə səslədi. Seçilmiş iqtidar isə güvənlik güclərinə orduya müqavimət əmri verdiyini açıqladı.

AKP İstanbul təşkilatı sədri Səlim Timur açıqlama verərək, xalqı Atatürk hava limanına – Ərdoğanı qarşılamağa səsləyib. 

***

01.25. Ərdoğan bütün xalıq meydanlara küçələrə çağırdı. Bəyan elədi ki, ordunun bu devrimini də puça çıxaracaqlar və "havanı bulandıranların çox ağır şəkilində cəzalandırılacaqlar".

***

01.33. Daxili İşlər naziri Efqan Ala bu dəqiqədə açıqlama verib. Deyib ki, bu, ordunun deyil, bir çetenin çevriliş cəhdidir. Polis, Jandarma hazırda iş başındadır və gərəkli addımlar atılaraq həmin "çete"nin cəzalandırılacağını bəyan edib. Nazir hadisənin başında Fətullah Gülənə bağlı olan "Paralel"çilərin olduğunu açıqlayıb.

***

01.40. "Vətən" küçəsində Ərdoğan tərəfdarları tankların qarşını kəsiblər. Xalq tankların qabağına çıxdı, bir tankı geri çəkilməyə məcbur elədi… Türkiyədə durum dəyişirmi?! Maraqlı proseslər gedir… Bir yandan da atəş səsləri eşidilir.

Müxalif liderlərdən isə hələ də səs çıxmır…

***

01.45. Ərdoğan bir daha açıqlama verərək, baş verənlərin bir çevriliş olmadığını, bu ölkənin baş komandanı olduğunu bəyan edib:

"Bizim bu yöndə şübhələrimiz vardı. Bu hadisələrdə ordunun üst rəhbərliyinin xəbəri yoxdur. Bu vəziyyətin qarşısını alacağıq. Demokratiyaya inananları meydana çağırırıq. Mən də, baş nazir də meydanda olacağıq. Bütün bunalra qarşı addımlar atılacaq. Əmniyyət güclərimiz gərəkənləri atır, atacaqdır. Onlara dərsini verəcəyik. Buradan ordunun açıq fikirlilərinə səslənir, içlərindən çıxanlara qarşı təpkilərini qoymağa səsləyirəm. Bunlar gedəcək, ancaq bizlər əl-ələ verərək bu ölkədə qalacağıq".

Ərdoğan İstanbulda olduğunu deyərək, bütün siyasi qüvvələri meydana çıxmağı səsləyib.

O bildirib ki, ona qarşı hər hansı bir yönəlik addım olmayıb: "Bunlara yerini göstərəcəyik. Bu tanklar onların deyil, millətindir. Millət də onu əllərindən almağı bacaracaq".

***

01.55. Türkiyənin Avropa üzrə naziri Ömər Çelik hökumətin iş başında olduğunu deyrək, küçəyə çıxanları yerlərinə qayıtmağa səsləyib, qiyama qalxan ordunun məlum birləşməsinə xəbərdarlıq edib: "Biz işimizin başındayıq. Bu çevriliş cəhdinə qalxanların hər biri cəzasını alacaq. Son nəfəsimizə kimi burdayıq, bu, birbaşa xalqa hucum, qəsddir. Bununla bağlı Avropadakı məsləkdaşlarımla məsləhətləşdim. Hamı bizi, Türkiyənin demokratik iqtidarını dəstəkləyirlər. Bir daha orduya, əsgərlərə səslənirik: qiyama qalxanları özünüz həbs edin! Biz dim-dik durub, ölkəni qoruyacağıq! Nə lazımdırsa görüləcək və buna da şahid olacaqsıznız ki, bu çevriliş cəhdini bərtəraf edəcəyik!".

***

02.15. Boğaziçi körpüsü yaxınlığında 30 dəqiqəyə yaxındır güclü atışma başlandığı xəbəri yayıldı. NTV-nın açıqlamasına görə, 3 nəfər yaralanıb. Türkiyənin Anadolu tərəfində mövqe tutan ordu əraziyə əlavə 3-4 tank cəlb edib…

***

 

04.10. Türkiyə kəşfiyyatının – Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz qiyamın artıq yatırıldığını açıqlayıb.

N. Yılmaz “qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən "vətənə xəyanət" maddəsi ilə mühakimə olunacaq” – deyib.

Türkiyənin NTV kanalı da Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarın artıq xilas edildiyi xəbərini yayıb.

CNN-Türk kanalı artıq TRT-nin də qiyamçılardan geri alındığını və hərbçilərin həbs edildiyini bildirib.

görüləcək və buna da şahid olacaqsıznız ki, bu çevriliş cəhdini bərtəraf edəcəyik".

 




Yuxarı Əvvələ Ana Səhifə