XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2016 - 03:43

“Qiyamçı”lar Böyük Millət Məclisinin binasını vurdu –VİDEO

TBMM-turkiye

Ordunun qiyamçı dəstəsinə məxsus olan helikopterlər Ankarada yerləşən Boyük Millət Məclisinin binasını vurublar.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, BMM-də məclis başqanı və AKP deputatlarının olmasına baxmayaraq, 3-4 helikopter qəfildən məclisə hucum edərək, binanı atəşə tutublar. Hadisə zamanı məclsin binasının üstündə, o cümlədən giriş qapısında böyük partlayış səsləri eşidilib, ətraf qatı tüstü və yanğına bürünüb.

Maraqlıdır ki, qiyamçılara məxsus helikopterlər işıqlarını söndürərək hərəkət edirlər. Canlı yayımdan göstərilən süjetlərdə hadisə yerinə F-16-ların da yönləndirildiyi görünür.

Hadisə yerində olan polis və özəl hərəkat qüvvələrinin helikopterlərlə qarşılıqlı atışdıqları da müşahidə edilib. Bu dəqiqələrdə gərgilik davam edir.

BMM və ətrafının yanğın və tüstüyə büründüyü açıqlanır. Məclisin bütün işıqları da söndürülüb.

03.44-də BMM ətrafında daha iki partlayış səsi eşidilib. Güman edilir ki, bu dəfə F-16 gecə qaranlığında hərəkət edən helikopterin gizləndiyi ərazini yenə vurub.