XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 08:10

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirildi –General Hulusi Akardan isə xəbər yoxdur

dundar-1

General Ümid Dündar

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirilib.

Strateq.az xəbər verir ki, bu vəzifə Birinci Ordu komandanı general Ümid Dündara həvalə edilib.

Məlumatı Türkiyənin baş naziri Binali Yıldırım TVNet-də canlı yayımda bildirib.

Qeyd edək ki, yeni Baş qərargah rəisi Ümid Dündar hərbi çevrilişə qarşı çıxan ilk yüksək çinli ordu mənsubudur.

Yeni vəzifəsinin icrasına başlayan Ümid Dündar ”Bu təşəbbüsün uğur qazanma  imkanı sıfırdır” deyərək, çvriliş təşəbbüsünün qarşısının alınması üçün I ordunun öz öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdiyini və bunun sayəsində çevriliş təşəbbüsünün uğur qazanma ehtimalının sıfır olduğunu bildirib.

Dündar, Trakiya bölgəsindən çağırdıqları zirehli hərbi birləşmələrin İstanbuldakı hərbi birləşmələri daha da gücləndirdiyini vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin artıq sabiq Baş Qərargahı rəisi Hulusi Akarın isə harda olması barədə isə məlumat yoxdur. Onun əvvəlcə girov götürüldüyü, daha sonra azad edildiyi və vəzifəsinin başına döndüyü xəbərləri yayılsa da, hələ də generalın taleyi barədə səhih informasiya  əldə edilməyib.

akar-2

General Hulusi Akar




Yuxarı Əvvələ Ana Səhifə