XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 09:31

Rus mətbuatından Türkiyə hadisələrinə ilk reaksiya:“Türkiyəni böyük dəyişikliklər gözləyir”-Təhlil

Is

İvan Preobrajenski

Rosbalt.ru. 16.07.2016

 

Türkiyədə dövlət çevrilişi, daha dəqiqi, deyəsən, buna cəhd ölkənin, təxminən, iki əsas şəhərində – Ankara və İstanbulda cümə günü gecəyarısı eyni vaxtda başlanıb. Qiyamın səbəbi, çox güman ki, bütün hakimiyyətin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın əlində cəmlənməsi və onun ictimai həyatı islamlaşdırmaq cəhdləridir.

Bir qrup hərbçi xəbər verib ki, Baş Qərargah rəisni həbs edib, ölkədə hərbi vəziyyət və komendant saatı tətbiq olunub. Eyni zamanda tanklar aeroportları mühasirəyə alıb, şəhərlərin küçələrində zirehli texnika peyda olub, ölkənin ən böyük meqapolisi İstanbulda isə şəhərin Asiya və Avropa hissələrini ayırmaqla Bosfordan keçən körpülər bağlanıb.

Bundan başqa, hərbçilər ölkənin fəaliyyətdə olan islamçı hökumətinə loyal polislə atışmağa başlayıb. Yalnız ən ilkin məlumatlara görə, nəticədə 20-dən çox adam həlak olub.

Sonradan KİV-də təsdiqlənməmiş məlumat yayılıb ki, prezident Ərdoğan şəxsi təyyarəsində ölkədən qaçıb, Almaniyadan sığınacaq istəyib və guya rədd cavabı alıb. Kreml sözçüsü Dmitrti Peskov Rusiyanın Ərdoğana sığınacaq verə bilib-bilməyəcəyi haqda suala gecəyarısı cavab verərək bildirdi ki, bu cür xahiş daxil olsa, nəzərdən keçiriləcək. Moskva bütünlükdə münaqişənin hər hansı bir tərəfini aydın şəkildə dəstəkləmir. Peskov qeyd edib ki, əsas prioritet Rusiya vətəndaşlarının təhlükəsizliyidir.  

Lakin sonradan aydınlaşmağa başlayıb ki, qiyamçılar nə Ərdoğanı, nə baş naziri, nə də nazirləri ələ keçirə biliblər. Dövlət başçısı bütün tərəfdarlarını küçələrə çıxmağa çağırıb və minlərlə adam bunu edib.  

cev

Bundan başqa, möminləri müəyyən edilmiş vaxtdan əvvəl namaza çağıran müsəlman ruhaniləri Ərdoğanın tərəfində çıxış ediblər ki, bu da Ərdoğan tərəfdarlarını ruhlandırmalı idi.

İlkin məlumatlara görə, çevrilişin ilk mərhələsində kəşfiyyat, polis və ordu bölmələrinin bir hissəsi Ərdoğanın tərəfində qalıb. Nəticədə Ankarada hər iki tərəf hətta aviasiyanı işə salıb və qırıcı təyyarə helikopteri vurub. Helikopterlər həmçinin tankların mühasirəyə aldığı parlament binasını atəşə tutub. Bu arada küçəyə çıxan adamlar həm hərbçilərə, həm də bir-birinə hücum etməyə başlayıb, çünki onların içində prezidentin tərəfdarları və əleyhdarları olub.

Ərdoğan Tükiyədə özünü dövlətin dünyəvi xarakterinin müdafiəçisi sayan müxalifət, müstəqil mətbuat və yüksəkçinli hərbçilərə nisbətdə sərt repressiyalar aparıb. Bu, nəzərə alınsa, qiyamçılar lap əvvəldən dəqiq bilirdilər ki, məğlubiyyət fiziki məhv təhlükəsi deməkdir. Prezident öz tərəfdarlarına müraciətində bildirib ki, çevrilişin ilhamçısı onun çoxdankı düşməni, ABŞ-a məcburən mühacirət etmiş Fətulla Gülən ola bilər. Lakin qiyamçılar ölkəyə yeni konstitusiya vəd etməklə dərhal bildiriblər ki, ölkənin ilk prezidenti Kamal Atatürkün mirasını Ərdoğan islamlaşdırmasından qoruyurlar.Yəni Türkiyə cümhuriyyətinin dünyəvi quruluşunu.

ank

Mediaya gəlincə, telekanalların əksəriyyəti Ərdoğanın tərəfində qalıb. Nəticədə milli telemərkəz hücum və dağıntıya məruz qalıb. Arada isə xəbər gəldi ki, guya orada partlayış baş verib.

Hələlik demək olmaz ki, Türkiyədəki çevrilişin tarixçəsi başa çatıb. Dərhal və sürətlə qalib gələ bilməyən hərbçilər sonadək vuruşmağı qət edə bilər. Ən azı, tamamilə darmadağın edilənədək. Lakin əminliklə demək mümkündür ki, Türkiyəni böyük dəyişikliklər gözləyir. Həm də təkcə daxili siyasətdə yox.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə