Hərbi çevrilişdə ittiham edilərək saxlanılan Bursa şəhərinin Jandarma rəisi, polkovnik Yurdakul Akkuşun çantasından çevrilişdən sonra qurulması planlaşdırılan "kölgə kabineti"nin siyahısı çıxıb.
Strateq.az bildirir ki, bu iddia ilə Türkiyənin "Milliyyet" qəzeti çıxış edib.
İddiada bildirilir ki, hərbi çevrilişdə iştirak etməkdə təqsirləndirilək saxlanılan polkovnik Yurdakul Akkuşun çantasından yeni dövlət quruluşuna dair plan sənədləri aşkar edilərək götürülüb və bu sənədlərdə dövlət çevrilişindən sonra kimlərin hansı vəzifəyə gətiriləcəkləri qeyd olunub: "Bu sənəddə çevrilişdən sonra 81 rayona təyin olunacaq valilərin, həmçinin Mərkəzi Bankla yanaşı, digər iri banklara rəhbərlik edəcək şəxslərin, eləcə də nazirliklərə təyina olunacaq adamların adları var".
Xatırladaq ki, Yurdakul Akkuş və daha 10 nəfər hərbçi çevrilişə cəhddən dərhal sonra Bursada keçirilən əməliyyat zamanı türk polisi tərəfindən saxlanılıb.