Marina Baltaçeva
Vz.ru, 16.07.2016
Dünya KİV-ləri qeyd edir ki, Türkiyədəki yöndəmsiz çevriliş cəhdinin arxasında təkcə daxili nifaqlar deyil, həm də ABŞ xüsusi xidmətləri də dura bilərdi. Həm birinci, həm də ikinci arqumentin lehinə əsaslı sübutlar var. Müşahidəçilər həmrəydirlər ki, Ərdoğanın davranışları və militarist iddiaları hərbçiləri özlərini göstərməyə məcbur etdi. Bununla bərabər, politololqar işarə edirlər: ən yaxın dövrdə durum həllini tapmasa, Türkiyə ümumiyyətlə dağıla bilər – kürdlər işə qarışacaqlar.
“Bu ölkə Türkiyəyə qarşı gizli müharibə aparır”
“ABŞ dövlət çevrilişi xüsusunda təlaşını dərhal ifadə etməliydi, lakin onu qınamağa tələsmədi. Əslində gözləyirdilər ki, hərbçilər qalib gəlsinlər”.
Qərb KİV-ləri Türkiyədə dövlət çevrilişinə cəhddə ABŞ-ın rolunu istisna etmir. "The Financial Times" yazır: “ABŞ prezidenti Barak Obama administrasiyası Rəcəb Tayyib Ərdoğanın siyasətindən, xüsusən də kütləvi mediaya münasibətdə hərəkətlərindən məyusdur”.
Qəzet əlavə edir: “Lakin Vaşinqton əvvəlkitək Ankaradan güclü şəkildə asılıdır. Türkiyə Yaxın Şərqdə Rusiyaya qarşı durmaqda ciddi çəkiyə malik üç qeyri-ərəb ölkəsindən biri və NATO üzvüdür. Ankara həmçinin İŞİD-lə mübarizə üçün son dərəcə önəmlidir – xüsusən də İraq və Suriyada tapşırığa uçmaq üçün İncirlik bazasını Amerika bombardmançılarına təqdim etməyə razılaşandan sonra”.
Beləliklə, Türkiyədə hərbi çevriliş cəhdi ABŞ və onun Şimali Atlantika alyansı üzrə avropalı tərəfdaşları üçün “böyük test”dir.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin eksperti Nik Heras nəşrə müsahibəsində qeyd edir: “Onlar anlamalıdır ki, öz siyasətində birmənalı olmayan, lakin demokratik seçilmiş hökuməti devirmək istəyirlərmi?”
Xatırladaq ki, Türkiyə ədliyyə nazirliyi çevrilişin ehtimal edilən təşkilatçısının – bəzi məlumatlara görə, ABŞ-da yaşayan islamçı müxalif vaiz Fətullah Gülənin adını çəkib. Türkiyə baş naziri Binəli Yıldırm isə əlavə edib: “Gülən terrorçu təşkilatın lideridir. Bu ölkə terrorçunu gizlədirsə, onda Türkiyənin dostu deyil və Türkiyəyə qarşı gizli müharibə aparır”.
Baş nazir qeyd edib: “Çevrilişin təşkialtçısı cəzasını çəkməlidir”. Onun dediyinə görə, bütün sui-qəsdçilər, Gülənin “paralel dövlət”inin təmsilçiləri, o cümlədən Türkiyə SQ-dəkilər artıq prokurorluğun əlindədir.
Bununla belə, ABŞ-da kök atmış Gülən tərəfdarları qrupu Türkiyədə çevrilişə dəxli olmaq ittihamını təkzib edib, Gülən isə qiyamı şəxsən ittiham edib.
“Çevrilişi qınamağa tələsmədi və gözləyirdi”
Politoloq, İctimai palatanın üzvü Sergey Markov da “ВЗГЛЯД “” qəzetinə ABŞ-ın çevrilişə dəxli ola biləcəyini bildirir. O, izah edir ki, bu güman üçün bir neçə əsas var: “Birincisi, müddətdir: Ərdoğan Rusiyaya münasibətdə siyasətini hərfi mənada kəskin şəkildə müsbətə doğru dəyişdi. Ərdoğanın çevrilişdə ittiham etdiyi Gülən xeyli illər ərzində ABŞ-da yaşayır və bu illərdə ABŞ xüsusi xidmətlərinin himayəsindən istifadə edir”.
Bundan başqa, ABŞ NATO-nun lideri və Türkiyənin alyans üzrə tərəfdaşı olmaqla sanki dərhal “dövlət çevrilişi və zorakılığın təzahürü xüsusunda narahatlığını” ifadə etməliydi. "Lakin bu çevrilişi qınamağa tələsmədi. Əslində, gözləyirdi ki, hərbçilər qalib gələrək hakimiyyəti ələ keçirtsin” – deyə Markov xülasə edir.
Qeyd etməmək olmaz ki, “Amerika KİV-ləri də Ərdoğanın ölkədən qaçması, Almaniyada və guya sonra İngiltərədə sığınacaq axtarması və ona rədd cavabı verilməsi haqda yalan məlumatlar yayaraq, hərbçilərə yardım edirdi. Bu dezinformasiya Ərdoğan tərəfdarlarının müqavimət iradəsini ciddi şəkildə qırmalı idi”.
Politoloq Uilyam Enqdal da “Вечерняя Москвa”-ya müsahibəsində qeyd edir: “Bu, MKİ-nin dəstəyi ilə Fətulla Gülənin şəbəkə hərəkatının Ərdoğana münasibətdə coupd'etat (dövlət çevrilişi – tərc.) həyata keçirtməkdə olduqca yöndəmsiz cəhdi idi”.
O, işarə edir ki, Ərdoğanın gözlənilməzliyindən başqa, Türkiyənin Rusiya və İsrailə qarşı gözlənilməz dostluq addımları Vaşinqtonu sayıqlaşdırdı. Enqdal qeyd edir: “Vaşinqtonu fəallaşdıran “tabuta son mıx” Ankaranın keçən həftə Suriya ilə dinc münasibətlərin təzələnməsnə hazırlıq haqda bəyanatı oldu. Bu bildirir ki, Bəşər əl-Əsəd indi Türkiyə üçün yüksək prioritet syasətçidir. Bu, geopolitik istiqamətin dəyişilməsidir, MKİ-nin yöndəmsiz cəhdi də buradan doğdu. Məsələ bundadır ki, indi Vaşinqtonun Yaxın Şərqə təsiri çox böyük şəkildə zəifləyib”.
“Xalq diplomatiyası” Vətəndaş Cəmiyyəti İnstitutlarının İnkşafı Fondunun eksperti Vladimir Kireyev də “dövlət çevrilişi cəhdinin ABŞ tərəfindən törədildiyi”ni bildirir. O, izah edir ki, bu cəhd “müxalif güclərə müxtəlif üsullarla yardım edən və uğurlu çevriliş halında türk hərbçilərinin ABŞ tərəfdən dəstək və legitimləşmə alacağına işarə edən amerikalıların fəal dəstəyi ilə yerli hərbçilər tərəfindən həyata keçirildi”.
O xatırladır ki, Ərdoğanın gözlənilməz davranışı həm Avropa Birliyndə, həm də Birləşmiş Ştatlarda narahatlıq doğurur…
Bundan başqa, qiyamın daxili səbələri də var: “Ərdoğan uzunmüdətli siyasi karyerası ərzində hərbçiləri əzib. Yüzlərlə yüksəkçinli hərbçinin (Türkiyənin hərbi elitasının) gözaltına alınması, bəzilərinin ömürlük həbsə atması, başqalarının isə müəmmalı şəraitdə həlak olduğunu yada salmaq olar”, – deyə Kireyev vurğulayır…
“PKK öz rolunu oynaya bilər”
"Ən yeni dövlətlər" Beynəlxalq İnstitutunun “Yaxın Şərq-Qafqaz” Araşdırma mərkəzinin direktoru Stanislav Tarasov qeyd edir ki, Türkiyədə durum “dedikcə qəlizdir: qiyam hələlik bitməyib, davam edir”.
Xatırladaq ki, Yunanıstan KİV-ləri əvvəllər xəbər verib ki, türk freqatı “Yavuz” çevriliş tərəfdarlarının əlindədir, onlar həmçinin donanma komandanını əllərində saxlayırlar.
Bundan başqa, Ərdoğanın harada ola biləcəyi haqda ziddiyyətli məlumatlar gəlir. O cümlədən baş nazirdən. Politoloq işarə vurur ki, xeyli versiyalar irəli sürmək mümkündür ki, Ərdoğanın Putinlə yaxınlaşması İstanbul teraktına, sonra isə çevrilişə səbəb oldu. Lakin Tarasovun fikrincə, hadisələrin arxasında Gülənin, yəni ABŞ-ın durduğu ehtimalı az ağlabatandır.
Ekspert vurğulayır ki, hazırda birmənalı qənaətlərə gəlmək “asan və səthi mühakimələr irəli sürmək” deməkdir: “Hələlik hərbçilər və cəmiyyət daxilində qarşıdurma əlamətləri göz qabağındadır. Bu cür ssenari bundan sonra da davam etsə, Türkiyə tamamilə dağıla bilər – şərq əyalətlərində durumdan istifadə də bilərlər, PKK burada öz rolunu oynaya bilər”.
Ərdoğanın özü də gözləmirdi
Hərbçilərin çevriliş cəhdi ekspertlərin əksəriyyəti üçün gözlənilməz oldu. Onlardan ölkədəki problemlərə siyasi reaksiya gözləyirdilər. Analitik Qenul Tor “Foreign Affairs” dərgisi üçün məqaləsində yazır: “Ölkənin hərbi xunta tərəfindən idarə edilməsi üçün Türkiyə öz siyasi və iqtisadi təkamülündə olduqca uzağa gedib”.
Onun fikrincə, ehtimal ki, hərbçilərin cavabını Ərdoğanın özü də gözləmirdi.
“Kinayəyə bax ki, Ərdoğan bu həftə daxili təhlükəsizliyin təminatında iştirak edən hərbçilərə təqiblərdən immunitet təqdim edən qanun layihəsi imzalamışdı, – "The Guardian" qeyd edir. – Sənədə hökumətlə ordu arasındakı münasibətlərin yaxşılaşmasının təsdiqi kimi yanaşılır və kürd ərazilərində əməliyyatlarda orduya həlledici rol ayrılırdı”.
Ərdoğanın ritorikası cəmiyyəti həqiqətən də parçaladı və dini, etnik mübahisələri qızışdırdı. Ənənəvi türk ordusu özünə dünyəvi dövlətin zəmanəti kimi yanaşır və Ərdoğanın avtoritar idarə üslubu hərbçilər arasında narazılığı ilbəil artırırdı…
Tərcümə Strateq.az-ındır.