XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 10:55

Erməni analitikdən Türkiyə hadisələrinə maraqlı baxış:"NATO Türkiyədə Çinə qarşı “ikinci cəbhə” açdı" - Təhlil

darbe-4

Sərkis Saturyan,

 REGNUM İA, 18.07.2016

 

Ankarda hərbi çevriliş cəhdi dünya KİV-lərinin ilk səhifələrində hələ uzun müddət qalacaq. Bunun rasional izahı var, çünki bu gün Yaxın və Orta Şərqdə bir çox məsələlər təkcə XX əsrdə 5 hərbi çevrilişdən – 1960, 1961, 1971, 1980, 1997 –  keçmiş Türkiyədəki işlərin vəziyyətindən asılıdır.

Bəs indiyədək hərbçilərin fəaliyyəti niyə bu qədər uğurlu olub?

Təfsilata varmazdan öncə xatırladaq ki, 1952-ci ildən NATO üzvü olan Türkiyə Şimali Atlantika Alyansının vahid kəşfiyyat sisteminə sığışdırılıb. İsveçrəli analitik Daniel Hanser bunu “məxfi ordular” adlandırır.

Onun sözlərinə görə, “məxfi bölmələr II dünya savaşından sonra Amerika MKİ və Britaniya məxfi Mİ-6 kəşfiyyat xidmətinin dəstəyi ilə Qərbi Avropada kommunizmin təzahürlərinə qarşı mübarizə üçün yaradılıb və NATO-nun hərbi əməliyyatların qeyri-ənənəvi üsullarla aparılması üzrə şöbəsi tərəfindən əlaqələndirlirdi”.

Məsələn, məxfi şəbəkənin İtaliyada “Qladio” (“İkiağızlı qılınc”) kod adı var idi.

Şəbəkə başqa ölkələrdə də kod adıyla hərəkət edirdi: Danimarkada “Absalon”, Norveçdə ROS, Belçikada SDRA8.

Hanser “NATO-nun məxfi orduları: “Qladio” əməliyyatı və Qərbi Avropada terrorizm” kitabında bu cür iyerarxiya quraşdırır: “Hərbi kəşfiyyat xidməti parlament və ictmayyətdən gizlicə MKİ və Mİ-6 ilə sıx əməkdaşlıqda hər bir ölkədə məxfi antikommunist ordusuna rəhbərlik edib. Hər bir ölkədə baş nazir, prezident, daxili işlər və müdafiə nazirləri daxil olmaqla icra hakimiyyətinin aparıcı siyasətçiləri işbirliyinə cəlb edilib. NATO-nun Məxfi Əməliyyatlar üzrə Komitəsi (Allied Clandestine Committee – ACC) və Məxfi Əməliyyatların Planlaşdırılması Komitəsi (Clandestine Planning Committee — CPC) benəlxalq səviyyədə prosesin təşkilini həyata keçirdib”.

İsveçrəli müəllifin tezisləri sıradakı detallarda təsdiqini tapır:

* Qiyamçıların hərbi əməliyyatı zamanı Berlin, London və Paris Ərdoğanın laynerini qəbul etməkdən imtina etdi;

* 1952-ci ildən alyansn üzvü olan Yunanıstan Türkiyə HHQ helikopterinə Aleksandrupolis aeroportuna təhlükəsiz enməyə imkan verdi və hərbçilərin Ankaraya qaytarılmasına incə şəkildə rədd cavabı verdi;

* Türkiyə xüsusi xidmətləri baş tutmamış çevrilişdən bir gün sonra qiyamçıları Bundesver və Pentaqonun artıq uzun illər ərzində istifadə etdiyi “İncirlik” aviabazasının ərazisində həbs etdi;

* Almaniya vitse-kansleri Ziqmar Qabriel qiyamdan üç gün əvvəl alman hərbçilərini “İncirlik"i tərk etməyə çağırdı. Bu isə o deməkdir ki, Berlin hazırlanan çevrilişdən xəbərdar idi;  

* Eyni hal analoji dövrdə Türkiyədəki diplomatik və konsul təmsilçiliklərini bağlamış Fransaya da aiddir;

* Öz vətəndaşlarını kurort bölmələrini tərk etməməyə çağıran ABŞ və Britaniya qalana hamıdan çox əminlik nümayiş etdirdi;

* Türkiyə rəhbərliyini ziddiyyətli bəyanatları – XİN başçısı Mövlud Çavuşoğlu iyunun əvvəlində “İncirlik” aviabazasının Rusiya HKQ-nin  istifadəsinə verilməyi imkanları haqda bəyanat verdi, bir müddətdən sonra isə öz sözlərini geri götürdü.

 

Bölgəsəl səviyyə

Ona görə də türk ordusu təsadüfən ölkənin siyasi həyatını on illərlə silkələməyib və analitik və salnaməçiləri Ankardakı hakim rejimi nəzakət xatirinə “poqonlu demokratiya” adlandırmağa məcbur edib. Bu ilin iyulundakı hərbi çevriliş cəhdi “islamçılar”la hərbçilərin başlanğıcını Rəcəb Ərdoğanın başçılığı ilə ƏİP-in hakimiyyətə gəlişindən (2002-ci ilin noyabrı) götürmüş qarşıdurmanın nəticəsidir. Artıq 2003-cü ildə Ərdoğanın dövlət çevrilişində ittiham etdiyi və Türkiyənin güc qurumlarının gizli təşkilatı hesab edilən “Ergenekon” ətrafında qalmaqallı dastan başlandı. Hərbçiləri tam on il mühakimə etdilər, lakin Türkiyədə bununla sakitlik yaranmadı.

2013-cü ili mayında İstanbulun Gəzi parkında ABŞ Dövlət Departamentinin dəstəklədiyi və sonradan Türkiyənin digər şəhərlərinə yayılmış etirazlar başlandı. Amerikalılar və britaniyalılar "New York Times" və "Time" vasitəsilə mitinqçilərə açıq dəstək məktubu göndərir, dekabrda (2013) səs-küylü korrupsiya – “Böyük rtüşvət” qalmaqalından keçmiş Ərdoğanın siyasi fəndgirliyini diqqətlə izləyirdilər. Vaşinqton və Londonda Ankaradakı hakim rejimin legitimliyini artıq o zaman şübhə altına aldılar. Lakin sonradan sakitlik başlandı – Ərdoğanın xarici siyasəti Amerikanın Suriya planları ilə həmahəng oldu.

Oyunun mənası bundan ibarət idi ki, ABŞ Çinin “İpək yolu”na qarşı mübarizədə Türkiyəyə müttəfiq kimi yanaşırdı. Pekinin niyyətinə görə, bu layihə Suriyanın cənub istiqamətindəki Dəməşq, Palmira, Homs, Rakka, Dura-Avropos, Tartus və Hələb kimi şəhərlərindən keçməliydi.

Bəs NATO üzrə müttəfiqləri Ərdoğanı (bu il iyulun 15-də) taleyin ixtiyarına buraxmağa  nə vadar etdi?

Bunun səbəbi bir neçədir. 

İntriqa 2015-ci ilin sentyabrında Rusiya HKQ Dəməşqin xahişi ilə ərəb respublikasının ərazisində antiterror əməliyyatına girişərkən başlandı. NATO ölkələri nə vaxtsa Fransa və Britaniya müstəmləkəçiliynin hökm sürdüyü zonada Moskvanın necə hərəkət etdiyini qısqanclıqla müşahidə edirdi. Həm də irimiqyaslı energetik layihələrə hədəflənmiş Rusiya-Türkiyə münasibətləri əlavə ağırlaşdırıcı vəziyyət oldu. O zaman Ankaranı taleyüklü seçim etməyə məcbur etdilər və o, keçən ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına qol qoydu. Eyni zamanda faciədən bir gün əvvəl Britaniya XİN alyansın Rusiya ilə hərbi toqquşmasına yol verən “Ağ Kitab”ı nəşr etdi. Maraqlıdır, elə deyilmi? Londonun demarşı yoluxdurucu çıxdı – Bundesver bu ilin iyununda özünün “Ağ Kitab”ını nəşr edir və açıq mətnlə bildirilir ki, Moskva milli təhlükəsizliyə təhdidlər sırasındadır.

 

Kürəsəl səviyyə

 

Türkiyədə qiyam Fransanın Nitsa şəhərindəki qanlı teraktdan bir gün sonra başlandı. Yəni NATO-nun iki ölkəsi praktik olaraq eyni zamanda hücuma məruz qaldı.

Niyə?

Bu suala cavab vermək üçün Amerika-Avropa münasibətlərinin əsas probleminə – əvvəlcə Berlinin, sonra isə artıq Parisin zərbə altında qoyduğu Transatlantik azad ticarət zonası haqda sazişə üz tutaq.

“Bizim kənd təsərrüfatının, əkinçiliyin və bazarlara qarşılıqlı çıxışın əsas prinsiplərini heç vaxt şübhə altında qoymayacağıq. Fransa danışıqların bu mərhələsində “yox” deyir”, – deyə bu il martın 5-də Fransa prezidenti Fransua Olland bəyan etdi. Fransa mətbuatı o zaman Yelisey sarayının siyasətini “sosialistlərin ABŞ-la azad ticarət zonası haqda sazişə xeyli dərəcədə şübhə ilə yanaşan sol elektorat içində mövqelərini möhkəmləndirmək cəhdiylə” izah etdi.

Lakin gerçəklikdə ziddiyyətlərin məğzi Beşinci respublikanın hüdudlarından kənara çıxır. Vaşinqtonun Berlin və Parisdə müxalifətlə mübarizəsi Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq haqda referendumundan sonra üzə çıxdı – almanlar və fransızlar bir saatın içində AB-nin həcmcə üçüncü böyük iqtisadiyyatının dəstəyindən məhrum oldular. Həm də zərbə ikibaşlı çıxdı – Brüssel britaniyalıların gedişi ilə cəmi ÜDM-in 15%-i, britaniyalılar isə hər il 52%-ədək mal və xidmət təklif etdikləri əsas ixracat bazarını itirir. Amerikalılar bu qayda ilə Köhnə Dünyaya qatışıqlıq salaraq onu zəiflədirlər. Bu mənada Nitsada terakt Fransa hökumətinə əyani şəkildə nümayiş etdirdi ki, təhlükəsizlikdə yaşamaq və bundan sonra da inkiaşf etmək istəyirsə, onda London sitisi ilə ittifaqda Avropa Birliyinin maliyyyə-iqtisadi inkişafı üzərində nəzarət əldə etmək istəyən Səmalar ölkəsinə deyil, hər şeydən əvvəl bir kassaya müraciət etmək lazım gələcək.

Pekinin Paris, Berlin və Londonla münasibətləri “bal” görünməsin deyə iyulun 15-də (Amerikanın NATO-dakı generallarının sakit razılığı ilə) Ankarada Çinin “İpək yolu”na qarşı ikinci cəhbə olan qiyam alovlanır. (Əvvəllər Pakistanla azad ticarət haqda saziş bağlamış) Türkiyə və İranın ÇXR-in xeyir-duası ilə “dəmiryolları relsinin əvəzinə neft” formulu ilə barter sövdələşməsinə getdiyi bir durumda Vaşinqton əllərini yanına qoyub otura bilməz. Axı bu, perspektivdə Çin mallarının AB-yə maneəsiz çıxışını bildirir və sıradakı logistikaya  – yüksəksürətli Qərbi Çin-Qazaxıstan-Türkmənistan-İran-Türkiyə xəttinə və sonra Balkan yarımadası və son məntəqəsi London olan Qərbi Avropaya bağlıdır. Amerika-Çin qarşıdurmasının kürəsəl səviyyəsi bu cürdür və artıq Şimali Atlantka alyansının dərinliklərinə işləyir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə