XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 09:40

Ərdoğan Mendereslə müqayisə edildi:“Çevrilişin səbəbi Türkiyənin Avrasiyaya dönüşüdür” – Təhlil

cev

Serkan Üstüner

Haber7 (Türkiyə), 22.07.2016

 

1960-cı il çevrilişi ilə 15 iyul hadisələri arasında oxşarlıq göz qabağındadır.

Son çevriliş cəhdinin əsas səbəblərindən birini qeyd edək: Türkiyə hər dəfə ABŞ və AB-nin çirkin oyunlarını ifşa edərək Avrasiyaya sarı dönüş edərkən, ölkədə hökmən qeyri-adi hadisələr baş verir.

Bəs 1960-cı ildə Amerikanın dəstəyi ilə baş tutmuş çevrilişin əsas səbəbi hansı idi? 1950-1960-cı illərdə Türkiyənin baş naziri olmuş Adnan Menderesin (1960-cı il çevrilişindən sonra vəzifədən götürülərək mühakimə edilib və asılıb – tərc.) Rusiyaya səfəri, bağlanacaq sazişlər və İraq nefti.

Gəlin, yaddaşımızı bir qədər təzələyək: 1960-cı il mayın 27-də hərbi çevriliş baş verməsəydi, Adnan Menderes 1960-cı il iyunun 2-də Moskvaya gedəcəkdi.

Bu dövrü qısa şəkildə yada salaq. Hadisə, proses və böhranlara görə fikir yürüdülsə, 1950-1960-cı illər dövrünü Türkiyə xarici siyasətinin fövqəladə dərəcədə intensiv olduğu dövr alandırmaq olar. Eynilə bu günki kimi… Bu on il həm Şərqdə, həm də Qərbdə müxtəlif ideoloji ölçülərdə olsa da, transformasiya prosesini ifadə edirdi. Demokratik Partiya (DP – Menderesin 1946-cı ildə yaratdığı və 1950-ci il seçkilərində qələbəyə gətirmiş partiya – tərc.) bu illərdə də, birbaşa desək, o dövrün üstün iqlimi, mentaliteti və soyuq müharibə alətlərinin böyük təsiri altında idi.

Səfir Zəki Kuneralp öz xatirələrində bu cür suala cavab verir: biz Amerikanın satelliti idikmi?

“Xeyr, bizim aramızda tabelik deyil, uzlaşma var idi”.

Bu cür münasibətlər formasını müasir ədəbiyyatda “qarşılıqlı asılılıq” adlandırırlar. Havadar/himayəçilik sindromunu da bu çərçivələrdə nəzərdən keçirmək lazım gəlir. Bu arada Ercüment Yavuzalpın xatirələrindən öyrənirik ki, DP hökuməti və hər şeydən əvvəl, Fatin Rüştü Zorlu (Menderes hökumətiniə daxil olmuş türk siyasətçisi və diplomat, 1960-cı il çevrilişindən sonra edam edilib-tərc.) Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına fəal səylər göstərib.

“DP hökuməti idarəçiliyinin son illərində baş tutmamış və zərurət kimi müəyyən edilmiş bu yaxşılaşma baş vermədiyinə görə DP hökuməti ünvanına mümkün tənqid haqda yaxşı-yaxşı düşünmək lazımdır”.

Yavuzalp deyir ki, yuxarıda sözügedən nizamlamanı həyata keçirə bilmədilər. Bacarmadılar, yaxud bunu etməyə imkan vermədilər?

O, Menderesin Moskvaya səfərini belə xatırlayır: “Təəssürat yarandı ki, MKİ dərhal fəallaşdı və səfərə mane olmağa başladı. Əslində, Vaşinqton Moskva səfərindən heç də vəcdə gəlməmişdi. Türkiyə hökuməti ilk dəfə birtərəfli fəaliyyətə əl atırdı. Bundan başqa, soyuq müharibənin tam gücüylə getdiyi bir dövrdə müttəfiqin, NATO üzvünün Amerikadan icazəsiz Moskva ilə dialoq qurmaq cəhdləri NATO və azad dünyada siyasi sabitsizliyə şərait yaradardı. Amerikalılar Rza Pəhləviyə xəbərdarlıq etmişdilər. Türkiyə hara gedirdi? Mərkəzi Müqavilə Təşkilatının (CENTO) sonu yaxınlaşırdı?”

Nəticədə 1960-cı il mayın 27-də Amerikanın dəstəyi ilə çevriliş baş verdi.

Bu hadisənin tarixinə və indiki şəraitə diqqət yetirin. Şimali İraqın nefti hansı marşrutla gedəcək? Türkiyədən? Yaxud “Demokratik Birlik” partiyası terrorçu təşkilatına təhvil veriləcək oyuncaq bölgədən?

Türkiyə prezident Ərdoğanın dönəmində ikinci dəfə Avrasiya sıçrayışına başladı. Soruşacaqsınız ki, bu cür ilk addım nə vaxt atılıb? Türkiyənin “Ərgənəkon” sui-qəsdində “Gürz” əməliyyatı ilə üzləşməzdən birbaşa əvvəl. Sonrakı hadisələr məlumdur: Fətulla Gülənin FETÖ terrorçu təşkilatından yaramazların indi etdikləri və ordunu necə dəyişməyə cəhdləri ümumbəlli faktdır. Türkiyə ikinci Avrasiya təşəbbüsünə başlayan kimi terrorçu təşkilatın başçısı Fətulla “ibn Səbbah” və onun “əsasinləri” çevriliş adı altında terrorçu hücuma başladılar.

Tarix bizə ən böyük təcrübə verən ön önəmli elmdir. Hər şeyi tam şəkildə aydınlaşdırmaq üçün məqaləmizi belə bir misalla bitirək. Adnan Menderes 1960-cı il iyulun 2-də Rusiyaya səfər edə bilmədi. Prezident Ərdoğan avqustda Rusiya prezidenti Putinlə görüşməyə hazırlaşır.

 

Tərcümə Strateq.az-ındr.




Yuxarı Əvvələ Ana Səhifə