XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2016 - 12:02

Çevrilişin yatırılması Türkiyəyə investisiya cəlbini gücləndirib: Ölkəni 250 milyardlıq ərəb sərmayəsi gözləyir - Təhlil

cev

Taha Dağlı

Haber7 (Türkiyə), 24.07.2016

 

 

Teraktlar, qanlı çevriliş cəhdi, fövqəladə vəziyyət. Bu üç böyük fəlakətin təbii nəticəsi kimi iqtisadi böhran proqnozlaşdırılır. Yaxşı, lakin ən yaxın üç ayda Türkiyəni və hər şeydən əvvəl bazarları nə gözləyir?

Prezident Ərdoğan fövqəladə vəziyyət tətbiq edildiyini elan edərək iqtisadi böhrana qarşı tədbirlərin görüləcəyinə əmin edir. Əslində, iqtisadi böhran həm ölkənin düşdüyü şərait, həm də onu əhatə edən dövlətlərin iflası üzündən Türkiyənin qapısı ağzında çoxdan öz saatını gözləyirdi. Hətta bəziləri durumu gərginləşdirməyə və böhranın yaxınlaşdığından danışmağa başlamışdılar.

Bu şəraitdə bu fakta diqqət yetirmək vacibdir ki, son bir ildə Fars körfəzi ölkələrnin kapitalı öz marşrutunu Tükiyəyə sarı dəyişib. Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb ölkələri Türkiyəyə yatırım qoyur. Bu durum xüsusən də 2015-ci il 1 noyabr seçkilərindən sonra duruş gətirdi.

Türkiyədə çevriliş cəhdi Fars körfəz ölkələrində də böyük rezonans doğurub. Səudiyyə və Qətər informasiya qaynaqlarına əsasən, yaxın yarım ildə ərəb ölkələrindən Türkiyəyə kapital axını 250 milyard dollar təşkil edə bilər.

Türkiyə xalqının bu günlərdəki çevriliş cəhdinə qarşı qətiyyətli çıxışı bir çox iqtisadi icmalçılar tərəfindən Ərdoğanın iqtisadi və siyasi siyasəti ilə əlaqələndirilir. “Uğursuz dövlət çevrilişi cəhdi və onun iqtisadi nəticələri” başlıqlı məqalənin müəllifi Əhməd əl-Şəlqami diqqəti Türkiyənin yeni hökumətinin iyunda elan etdiyi iqtisadi proqrama yönəldir və qeyd edir ki, Türkiyədə terrorçu hücumlara və çevriliş cəhdinə baxmayaraq, onun bank sistemi ayaqüstə mökəm durub. Ərəb köşə yazarı sonra qeyd edir ki, yaxın altı ayda Türkiyəyə isti pul axını fasiləsiz davam edəcək və 2016-cı ildə Türkiyə iqtisadiyyatına pul daxilolmaları 200 milyard dolları keçə bilər.

Qətərli iqtisadiyyat icmalçısı doktor Əmir əl-Busləmə“Ruhlandırılmış çevriliş cəhdi” başlıqlı məqaləsində bu mövzuya toxunur. О vurğulayır ki, Türkiyənin güclü siyasi və iqtisadi strukturu qiyama qarşı duruş gətirdi. Müəllifin ifadəsinə görə, “Türkiyəni çevrilişdən, hər şeydən əvvəl Allah, həmçinin iqtisadi struktur xilas edib”.

Müəllif həm də qeyd edir ki, Fars körfəzi ölkələrindən Türkiyəyə isti pul axını çoxalacaq və investisiyalar artıq ilk mərhələdə 50 milyard dollar təşkil edə bilər.

Qətər iqtisadçısının fikrincə, bu məbləğ uzunmüddətli perspektivdə 250 milyard dollara çata bilər.

Qətərin maliyyələşdirdiyi və mərkəzi Londonda yerləşən alaraby.co.uk xəbər kanalı tezis irəli sürür ki, çevrilişin iflasa uğrama səbəbi güclü iqtisadi strukturdur. Türkiyə Mərkəzi bankının çevriliş cəhdinin ardınca hətta faiz tariflərini azaltdıqdan sonra Fars körfəzi ölkələrindən qeyri-məhdud likvidlik (pula çevrilə bilmə qabiliyyəti-təc.) axınına diqqət yetirilir.

Çevriliş cəhdindən sonra xarici kapital Türkiyədə özünü necə hiss edir? Ən parlaq nümunələr yenə də Səudiyyə Ərəbistanı və Qətərdir. Səudiyyə biznesmenləri iyulun 15-dən sonra Türkiyəyə gəlişi davam etdirirlər. İndiki anda Türkiyədə, demək olar,  dörd min səud investoru var. Yenə də 15 iyuldan sonra rəqəmlərə baxarkən görürük ki, bir həftə ərzində Səudiyyənin iki şirkəti – “Nomow Capital” və “IskanTürkiyədə 500 milyon dollarlıq investisiya müqaviləsinə imza atıb.

Boğulmuş çevrilişdən sonra heç bir narahatlıq duymadan Türkiyəyə gəlmiş Qətər investorlarının yatırımları, təxminən, dörd milyard dollardır. Fars körfəzi ölkələri Türkiyənin birinci növbədə İstanbul, Yalova, Bursa, Trabzon kimi bölgələrinə pul qoyurlar.

Beləliklə, Türkiyədə qanlı dövlət çevrilişi cəhdi xarici investorları qorxutmadı; əksinə, qiyam boğulduqdan sonra Türkiyə daha cazibədar investisiya mərkəzi olur.

 

Tərcümə Strateq.az-ındır.